Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1338/2023 01.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı “dövlət aktının payına münasibətdə ona məxsus olması” hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Şəki Rayonu Baltalı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarının, həmin qərar əsasında aparılan xx.xx.2007ci il tarixli “Torpaqların alqı-satqısına dair akt”ın, DTXK-nın Şəki Rayon Şöbəsinin xx.xx.2007-ci il tarixli 422 saylı rəyinin, xx.xx.2007-ci il tarixli 20 saylı ödəniş qəbzinin İddiaçı məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxılarkən Şəki rayonu Baltalı Bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Ərizəçi İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, Şəki Rayon Baltalı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 13 saylı iclasının qərarı ilə mülkiyyətinə 0.06 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin dəyəri tərəfindən ödənilmiş, naturada ölçülərək ona təhvil verilmişdir. Həmin vaxtdan sözügedən torpaq sahəsi onun sahibliyində və istifadəsindədir. Maddi imkanı olmadığı üçün torpaq sahəsinin sənədləşdirə bilməmişdir. Hazırda sözügedən torpaq sahəsinə olan hüquqlarını qeydiyyata aldırmaq üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmişdir. Sözügedən qurum xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirimişdir ki, vətəndaşın şəxsiyyət vəsiqəsi ilə qərarda qeyd olunan adlar arasında uyğunsuzluq olduğundan ərizənin icrası mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Bildirmişdir ki, Baltalı Bələdiyyəsinin qərarında, həmin qərar əsasında aparılan xx.xx.2007-ci il tarixli “Torpaqların alqı-satqısına dair akt”da, DTXK-nın Şəki Rayon Şöbəsinin xx.xx.2007-ci il tarixli 422 saylı rəyində, xx.xx.2007-ci il tarixli 20 saylı ödəniş qəbzində onun adı “Sümail”, “Şümail” kimi qeyd olunmuşdur. Hansı ki, şəxsiyyət vəsiqəsində və doğum haqqında şəhadətnaməsində İddiaçı qeyd olunub. Mövcud problemi başqa cür həll edə bilməyəcəkləri üçün sənədlərin ona məxsus olması faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsi və Şəki rayonu Baltalı Bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş qaffarov Nəriman Qaffar oğlu göstərmişdir ki, ərizəçi İddiaçı onun atasının dayısı oğludur. Bildirmişdir ki, ərizəçinin adının düzgün yazılışı Şumaldır. Şumalın özü əslən Şəki rayonu Aşağı Şabalıd kəndindəndir. Ancaq Şəki şəhərində yaşayır. Ərizəçi İddiaçı Şəki rayonu Qoxmuq kəndi ərazisində özünə məxsus torpaq sahəsi vardır. Həmin torpaq sahəsini Şumal təxminən 2007-ci ildə almışdır. Onların nəslində Sümail və ya Şümail adlı şəxs yoxdur. Ərizəçinin qardaşı yoxdur. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, ərizəçi İddiaçı tələbi əsaslıdır. Belə ki, elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 21 fevral 1972-ci il tarixli, İ-ЖГ 345127 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxxx 1955-cİ il təvəllüdlü İddiaçı atası X10, anası X4r. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 26 noyabr 2007-ci il tarixli, 422 saylı rəydən görünür ki, X1 nəzərdə tutulan torpaq sahəsi 0,06 ha olmaqla Baltalı bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına yararsız olmaqla həmin məqsəd üçün satılması qanuna müvafiqdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 29 noyabr 2007-ci il tarixli qəbzdən görünür ki, X6 0,06 ha həyətyanı torpaq sahəsi üçün 300 manat məbləğdə ödəniş etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Baltalı Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 13 saylı ümumi yığıcağının 2 məsələnin qərar hissəsindən çıxarışdan görünür ki, X2 bələdiyyəyə daxil omuş, xx.xx.2007-ci il tarixli ərizəsi əsasında Azərbaycan Respublikası DTXK Şəki şöbəsinin xx.xx.2007-ci il tarixli 3458 saylı, Şəki şəhər İcra Hakimiyyətinin Tikinti – Memarlıq şöbəsinin xx.xx.2007-ci il tarixli 856/106-111 saylı rəyləri və sxem-cizgisi əsasında, ərazidə torpaqların satışının bazar qiyməti satışına uyğun olaraq hər sot (100m) üçün 50 manat heabı ilə 300 manat pulun əvvəlcədən yəni xx.xx.2007-ciil tarixində bələdiyyənin banka olan hesablaşmahesabına köçürüldüyü nəzərə alınaraq Qoxmuq kəndi ilə həmsərhədd ərazidən əkin üçün yararsız sahədən 0,06 ha həyətyanı torpaq sahəsi satılması, torpaq üzərində mülkiyyət hüququna dair şəhadətnamənin DƏDRX-nin Şəki Ərazi İdarəsindən alınmasını təmin etmək X2 özünə həvalə edilməsi qərara alınmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 01 dekabr 2007-ci il tarixli, 496 saylı torpaqların alqı-satqısına dair aktdan görünür ki, X3 Şəki rayonu Baltalı Bələdiyyəsinə 02 noyabr 2007-ci il tarixli müraciəti əsasında Şəki rayonu Baltalı Bələdiyyəsi ərazisində 0,06 ha torpaq sahəsi X5 300 manat məbləğə satılmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 27 yanvar 2023-cü il tarixli, 3-48-DA-12/F/2/S-34/2023 nömrəli arxiv çıxarışından görünür ki, X2 bələdiyyəyə daxil olmuş xx.xx.2007-ci il tarixli ərizəsi əsasında Azərbaycan Respublikası DTXK Şəki şöbəsinin xx.xx.2007-ci il tarixli 3458 saylı, Şəki şəhər İcr Hakimmiyyətinin Tikinti-Memarlıq şöbəsinin xx.xx.2007-ci il tarixli 865/106-111 saylı rəyləri və sxem-cizgisi əsasında, ərazidə torpaqların satışının bazar qiyməti satışına uyğun olaraq hər sot (100m) üçün 50 manat hesabı ilə 300 manat pulun əvvəlcədən yəni xx.xx.2007-ci il tarixində bələdiyyənin bankda olan hesablaşma-hesabına köçürüldüyü nəzərə alınaraq Qoxmuq kəndi ilə həmsərhədd ərazidən əkin üçün yararsız sahədən 0.06 ha həyətyanı torpaq sahəsinin satılması, torpaq üzərində mülkiyyət hüququna dair şşəhadətnamənin DƏDRX-nin Şəki ərazi idarəsindən alınmasını təmin etməyin X2 özünə həvalə edilməsi qərara alınmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 31 yanvar 2023-cü il tarixli, 05 saylı arayışdan görünür ki, Baltalı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 13 saylı ümumi iclasın qərarı əsasında ona satılmış, 0,06 ha həyətyanı torpaq sahəsinin qərar hissəsində adı texniki səhv olaraq X7 yazılmışdır ki, əslində İddiaçı kimi yazılmalı idi. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Azərbayca Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin 07 mart 2023-cü il tarixli, 3-21-3-39/2-S-0004-8/2023 saylı məktubundan görünür ki, Şəki rayonu Baltalı Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 13 saylı qərarına əsasən satılmış 0.06 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsinə köməklik göstərilməsi barədə 08 fevral 2023-ci il tarixli müraciətə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsində baxılmışdır. Təqdim edilmiş sənədlərin araşdırılması zamanı ərizəyə Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydaları”na əlavədə göstərilmiş torpaqların alqı-satqısına dair aktın əlavə edilmədiyi müəyyən olunduğundan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması zamanı məlumat aşkar edilmədiyindən, həmçinin vətəndaşın şəxsiyyət vəsiqəsi ilə qərarda qeyd olunan adlar arasında uyğunsuzluq olduğundan ərizənizin icrası mümkün olmamışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Şəki Rayon Baltalı Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli 13 saylı iclasının qərarı ilə ərizəçi İddiaçı mülkiyyətinə 0.06 ha torpaq sahəsi verilmişdir. Bununla bağlı ona Şəki Rayonu Baltalı Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli qərarından çıxarış, 01 dekabr 2007-ci il tarixli “Torpaqların alqı-satqısına dair akt”, DTXK-nın Şəki Rayon Şöbəsinin 26 noyabr 2007-ci il tarixli 422 saylı rəyi, 29 noyabr 2007-ci il tarixli 20 saylı ödəniş qəbzi verilmişdir. Həmçinin müəyyən olundu ki, Şəki Rayonu Baltalı Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli qərarından çıxarışda ərizəçi “İddiaçı” adı “Şumal” əvəzinə səhvən “Sümail” kimi, 01 dekabr 2007-ci il tarixli “Torpaqların alqı-satqısına dair akt”ında ərizəçi “İddiaçı” adı “Şumal” əvəzinə səhvən “Şumail” kimi, DTXK-nın Şəki Rayon Şöbəsinin 26 noyabr 2007-ci il tarixli 422 saylı rəyində ərizəçi “İddiaçı” adı “Şumal” əvəzinə səhvən “Şümail” kimi və 29 noyabr 2007-ci il tarixli 20 saylı ödəniş qəbzində ərizəçi “İddiaçı” adı “Şumal” əvəzinə səhvən “Şümail” kimi göstərilmişdir. Əslində isə, Şəki Rayonu Baltalı Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli qərarında adı “X7” kimi yazılmış şəxs “İddiaçı” ilə, 01 dekabr 2007-ci il tarixli “Torpaqların alqı-satqısına dair akt”ında adı “X8” kimi yazılmış şəxs “İddiaçı” ilə, DTXK-nın Şəki Rayon Şöbəsinin 26 noyabr 2007-ci il tarixli 422 saylı rəyində adı “X9” kimi yazılmış şəxs “İddiaçı” ilə 29 noyabr 2007-ci il tarixli 20 saylı ödəniş qəbzində adı “X9” kimi yazılmış şəxs “İddiaçı” ilə eyni şəxsdir və Şəki Rayonu Baltalı Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli qərarı, 01 dekabr 2007-ci il tarixli “Torpaqların alqı-satqısına dair akt”, DTXK-nın Şəki Rayon Şöbəsinin 26 noyabr 2007-ci il tarixli 422 saylı rəyi və 29 noyabr 2007-ci il tarixli 20 saylı ödəniş qəbzi İddiaçı məxsusdur. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Şəki Rayonu Baltalı Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli qərarı, 01 dekabr 2007-ci il tarixli “Torpaqların alqı-satqısına dair akt”, DTXK-nın Şəki Rayon Şöbəsinin 26 noyabr 2007-ci il tarixli 422 saylı rəyi və 29 noyabr 2007-ci il tarixli 20 saylı ödəniş qəbzinin İddiaçı məxsus olması hüquqi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi İddiaçı dövlət büdcəsinə ödədiyi 100,40 (bir yüz) manat 40 qəpik dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Şəki Rayonu Baltalı Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli qərarı, 01 dekabr 2007-ci il tarixli “Torpaqların alqı-satqısına dair akt”, DTXK-nın Şəki Rayon Şöbəsinin 26 noyabr 2007-ci il tarixli 422 saylı rəyi və 29 noyabr 2007-ci il tarixli 20 saylı ödəniş qəbzinin İddiaçı məxsus olması hüquqi faktı müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-1338/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1338/2023
01.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver