Məhkəmə qərarları › İş №e-2(075)-1346/2025

Şəki Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(075)-1346/2025

21.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1346/2025 21.10.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh qarşı sadələşdirlmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəki rayonu Baş Zəyzid kəndində qeydiyyatda olan Cavabdeh 1765 manat (bir min yeddi yüz altmış beş) əsas borcun və əvvəlcədən ödənilmiş 37.65 manat (otuz yeddi manat altmış beş qəpik) rüsum xərcləri, ümumilikdə isə 1802.65 manat (bir min səkkiz yüz iki manat altmış beş qəpik) borcun (pulun) tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2021-ci illin sentyabr ayının sonuncu on günlüyündə Şəki rayonu Baş Zəyzid kənd sakini Cavabdeh evinə gələrək qızının xəstə olduğunu, Türkiyəyə aparmaq üçün pul lazım olduğunu söyləmişdir. Cavabdehin əvvəllər bir neçə dəfə borc pul alaraq qaytarmağını nəzərə alaraq sonuncu müraciətində Cavabdeh borca pul verməyi razılaşmamışdır. Əvvəl Cavabdeh son borcunu ona ödədiyi üçün rahat şəkildə cavabdehə borca pul verməyə razı olmuşdur. Həmçinin əvvəlki borclarına görə Cavabdeh əvvələcədən ailəsinin aztəminatlı olması əsasına görə verilən sosial kart vasitəsilə və cavabdehin iradəsi ilə aylıq olaraq pul çıxararaq borc ödənilməsi razılaşdırılmışdır. Sonuncu dəfə sentyabr ayının pulu çıxarıldıqda cavabdehin kartı bağlanmış, Cavabdeh ilə birlikdə DSMF-yə müraciət edilən zaman cavabdehin adına sürücülük etibarnaməsi olduğu müəyyən edildiyi üçün kartın qüvvəsini itirdiyi bildirilmişdir. Onun bərpası üçün yollar göstərilsə də, Cavabdeh tərəfindən həmin kartın bərpa edilibedilmədiyi barədə məlumatı yoxdur. Bundan sonra dəfələrlə borcun ödənilməsi ilə əlaqədar Cavabdeh ilə əlaqə yaratsa da, soununcu borcu ödəməkdən müxtəlif bəhanələrlə yayınmış və indiki vaxtadək borcu ödəməmişdir. Ailə üzvlərinə belə bir neçə dəfə məlumat verilməsinə baxmayaraq hələki bir nəticə olmamış, Cavabdeh ilə hazırda isə ümumiyyətlə əlaqə saxlamağı mümkün olmamışdır. Məhkəməyə qədər göstərilənlərlə əlaqədar olaraq Cavabdeh barəsində borcun ödənilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün ərizə Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət etmişdir. Müraciəti əsasında tərəflərin izahatları alınmış, eyni zamanda Cavabdeh həqiqətəndə qızının xəstəliyi üçün borc pul aldığını, lakin sonradan imkanı olmadığından həmin borcu ödəyə bilmədiyini yazılı izahatı ilə etiraf etmişdir. Şəki ŞRPŞ-da təhqiqat araşdırması zamanı da müəyyən edilmişdir ki, aralarında olan razılıq əsasında Cavabdeh ondan 1765 manat həcmində borca pul almış, lakin maddi durumu ilə əlaqədar həmin pulu geri ödəyə bilməmişdir. Nəticə etibarı ilə tərəflər arasında borc münasibətləri əsasında müqavilə öhdəlikləri yaranmış, bu öhdəliklər çərçivəsində tərəfindən qaytarmaq şərti ilə Cavabdeh 1765 manat pul verilmiş, lakin sonuncu sözügedən borcu qaytarmamaqla müqavilə şərtlərini pozmuşdur. Hazırda Cavabdeh tələb olunan 1765 manat həcmindəki borc məbləği Şəki ŞRPŞ-da aparılmış təhqiqat araşdırmasında və cavabdehin izahatında öz təsdiqini tapmış və mübahisəsizdir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinin tələblərinə əsasən Cavabdeh iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, İddiaçı Cavabdeh Ağəli oğlu barəsində şikayəti əsasında HK-1/1545 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. - xx.xx.2025-cü il tarixli ********** nömrəli qəbzin surətindən görünür ki, iddiaçı iddia tələbinin məhkəməyə verilməsi ilə bağlı 37,65 manat məbləğdə dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10 000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Hazırkı işdə Mülki Məcəllənin 739.1-ci maddəsinin dispozitiv şərtləri mövcuddur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh Ağəli oğlu İddiaçı aralarında olan şifahi borc müqaviləsinə əsasən borc pul almışdır. İddiaçı, həmin məbləğin 1765 manat olduğunu bildirir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda qeyd edilmişdir ki, material üzrə Cavabdeh Ağəli oğlu bildirmişdir ki, təxminən bir il əvvəl Şəki rayonu, Orta Zəyzid kənd sakini İddiaçı qızının xəstəliyi üçün borca pul almış, lakin sonradan imkanı çatmadığına görə həmin pulu ödəyə bilməmişdir. Hazırda onun borcunun 1000 manat məbləğdən yuxarı olduğunu, maddi vəziyyətinin yaxşı olmadığını, hazırda Bakı şəhərində işlədiyini və üç övladına baxdığını, məhkəmə qaydasında ödəyə biləcəyini bildirdiyi göstərilmişdir. Məhkəmənin sorğusuna əsasən Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı ilə cavabdeh arasında olan telefon danışığına dair disk təqdim edilmiş, həmin disk məhkəmə iclasında tədqiq edilmiş və həmin telefon danışığı zamanı cavabdeh iddiaçıya 1000 manatdan çox borcunun olduğunu bildirmişdir. İddiaçı tərəfindən Cavabdeh borc məbləği verilərək üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Bu səbəbdən də iddiaçı borcun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən 37,65 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1765 (min yeddi yüz altmış beş) manat pul və 37,65 (otuz yeddi manat altmış beş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Şəki Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar