Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1357/2023 24.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı ərizə ilə maraqlı şəxs Cavabdeh qarşı məhkəməyə müraciət edərək, mediasiya reyestrində M-00137 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X4 apardığı mediasiya prosesi nəticəsində mediator, o, və Cavabdeh Väqif oğlu arasında bağlanmış 02 iyun 2022-ci il tarixli, 2022-MŞİH-18178 nömrəli barışıq sazişinin "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə Cavabdeh tərəfindən könüllü icra edilməyən 2.1.2 və 2.1.3-cü bəndlərinin məcburi icrası edilməsi üçün həmin barışıq sazişinin 2.1.2 və 2.1.3-cü bəndlərinin təsdiq edilməsi və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, onunla Cavabdeh Vöqif oğlu arasında birgə nikahlarından anadan olmuş uşaqla ünsiyyət hüququnun təmin edilməsi və min uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş aliment məbləğinin artırılması barədə tələbləri üzrə aparılmış Mediasiya prosesi zamanı 02 iyun 2022-ci il tarixli barışıq sazişi bağlanmışdır. Həmin sazişdə aşağıdakılar razılaşdırılmışdır. 2.1.1-ci bəndə əsasən birgə nikahlarından anadan olmuş uşaqları 23 mart 2018-ci təvəllüdlü X6 ilə atası Cavabdeh hər həftənin bazar günü saat 10:00-dan saat 15:00-dək görüşmələrinə və ünsiyyətdə olmalarına, həmçinin buna şərait yaradılmasına o və Cavabdeh razıdırlar. 2.1.2-ci bəndə əsasən Cavabdeh ilə İddiaçı birgə nikahdan anadan olmuş uşaqları 23 mart 2018-ci təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə təyin edilmiş və Cavabdeh tərəfindən İddiaçı ödənilməli olan aliment məbləğinin 22 may 2022-ci il tarixdən etibarən artırılaraq hər ay üçün 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməsinə İddiaçı və Cavabdeh razıdırlar. 2.1.3-cü bəndə əsasən bu sazişin 2.1.2-ci bəndinə əsasən Cavabdeh 23 mart 2018-ci təvəllüdlü uşağı X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 22 may 2022-ci il tarixdən hesablanmaqla hər ay üçün 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimenti ona ödəyəcəyini öhdəsinə götürür. Ərizəçi İddiaçı və maraqlı şəxs X1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Lakin ərizəçi İddiaçı 18 may 2023-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq iş üzrə bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi və ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(075)-1722/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı X9 ilə Cavabdeh arasında 14 iyul 2016-cı il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində bağlanmış 137 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları 23 mart 2018-ci təvəllüdlü X2 anası X5 yanında qalması, 23 mart 2018-ci təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 130 manat məbləğində alimentin tutularaq iddiaçı X7 verilməsi, aliment tutulmasının əvvəli 22 avqust 2019-cu il tarixdən hesablanması qət edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 02 iyun 2022-ci il tarixli, 2022-MŞİH-18178 saylı barışıq sazişindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahdan anadan olmuş uşaqları 23 mart 2018-ci il təvəllüdlü X6 ilə atası Cavabdeh hər həftənin bazar günü saat 10:00-dan saat 15:00-dək görüşmələrinə, həmçinin buna şərait yaradılmasına, İddiaçı ilə Cavabdeh birgə nikahdan anadan olmuş uşaqları 23 mart 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə təyin edilmiş və Cavabdeh tərəfindən İddiaçı ödənilməli olan aliment məbləğinin 22 may 2022-ci il tarixdən etibarən artırılaraq hər ay üçün 170 manat sabit pul məbləğində müəyyən edilməsinə, bu sazişin 2.1.2-ci bəndinə əsasən Cavabdeh 23 mart 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 22 may 2022-ci il tarixdən hesablanmaqla hər ay üçün 170 manat sabit pul məbləğində alimenti İddiaçı ödəyəcəyini öhdəsinə götürmüşdür və buna hər iki tərəf razı olmuşlar. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. MPM-in 355-25-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəvə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. X3 34-cü maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən ödilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icrası olunmalıdır. Göründüyü kimi tərəflər arasında 02 iyun 2022-ci il tarixdə mediasiya qaydasında bağlanmış barışıq sazişinin imzalanmasına baxmayaraq maraqlı şəxs Cavabdeh tərəfindən həmin barışıq sazişinin şərtləri könüllü qaydada icra edilməmişdir. Bu səbəbdən də ərizəçi İddiaçı 02 iyun 2022-ci il tarixdə bağlanmış barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsini tələb etməkdə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23 və 355-25-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında bağlanmış 02 iyun 2022-ci il tarixli, 2022-MŞİH-18178 saylı barışıq sazişinin 2.1.2 və 2.1.3-cü bəndləri təsdiq edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahdan anadan olmuş uşaqları 23 mart 2018-ci təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə təyin edilmiş və Cavabdeh tərəfindən İddiaçı ödənilməli olan aliment məbləğinin 22 may 2022-ci il tarixdən etibarən artırılaraq hər ay üçün 170 manat sabit pul məbləğində müəyyən edilsin. Bu sazişin 2.1.2-ci bəndinə əsasən 23 mart 2018-ci təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 22 may 2022-ci il tarixdən hesablanmaqla hər ay üçün 170 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-1357/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1357/2023
24.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver