Məhkəmə qərarları › İş №e-2(075)-136/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-136/2023

02.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-136/2023 02.03.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, X1 nümayəndəsi X9, Maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinin nümayəndəsi X2 iştirakı ilə X1 hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: X3 ərizə ilə məhkəməyə müraciət edərək, onunla X7 qohum olması, yəni X7 onun bacısı olması hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 01 yanvar 1936-cı il tarixdə Şəki rayonu Çayqaraqoyunlu kəndində anadan olmuşdur. X4 isə 29 dekabr 1936-cı ildə həmin kənddə doğulmuşdur. Bacısı ərə getməmişdir, övladı yoxdur və onunla birgə yaşamışdır. Bacısı 30 noyabr 2009-cu il tarixdə Şəki rayonu Çayqaraqoyunlu kəndində vəfat etmişdir. Paylı mülkiyyətdə olan torpaq sahəsini adına rəsmiləşdirmək üçün Şəki regional "ASAN xidmət" mərkəzindəki notariat ofisinə müraciət etmiş, lakin bacısının və onun doğum haqqında şəhadətnamələri, həmçinin bacısının ölüm haqqında şəhadətnaməsi tələb edilmişdir. Həmin sənədlər onda olmadığı üçün Şəki rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, təvəllüdü 1936-cı il olduğundan akt kitablarının orada saxlanılmadığı bildirilmiş və ona Respublika Dövlət arxivinin Şəki Filialına müraciət etməsi məsləhət bilinmişdir. O, Respublika Dövlət arxivinin Şəki Filialına müraciət etsə də, doğum haqqında hər-hansı sənəd əldə edə bilməmişdir. Doğum haqqında şəhadətnamələri əldə edə bilmədiyindən ona, bacısının ölüm haqqında şəhadətnaməsi də verilməmişdir. Ona görə də, hazırkı ərizə ilə məhkəməyə müraciət etməkmişdir. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi X15 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqli şəxs Şəki rayon qeydiyyat şöbəsinin nümayəndəsi X5, ərizənin təmin olunmasına etiraz etmədiyini, iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, Famil onun anasının dayısı oğludur. X13 həqiqətən də Familin bacısıdır. Ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, ərizəçi ilə həmkəndli olmaqla qohumdurlar. Familin nəvəsi onun gəlinidir. Familin X4dır. Ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, ərizəçi ilə həmkəndlidir. olmaqla qohumdurlar. Familin nəvəsi onun gəlinidir. Familin X4dır. X13 həqiqətən də Familin bacısıdır. İş materiallarına əlavə edilmiş Şəki şəhər İcra Hakimiyyəti başçısının Turan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 iyun 2022-ci il tarixli 575 nömrəli arayışın surətindən görünür ki, kənd sakinlərinin tərtib etdikləri akta əsasən Çayqaraqoyunlu kəndində yaşamış mərhum X13, hazırda Çayqaraqoyunlu kəndində yaşayan X14 ilə bacı-qardaşdırlar. İş materiallarına əlavə edilmiş Respublika Dövlət arxivinin Şəki Filialı tərəfindən verilmiş 23 avqust 2022-ci il tarixli, 697 nömrəli məktubun surətindən görünür ki, Nuxa VVAQ şöbəsinin 1936-cı ilin Çayqaraqoyunlu kəndi üzrə “Doğulanların qeydiyyat” kitabları X23 filialına təhvil verilməmişdir. İş materiallarına əlavə edilmiş, məhkəmənin sorğusu əsasında Şəki rayon Qeydiyyat şöbəsindən təqdim edilmiş 03 dekabr 2009-cu il tarixli, 14 nömrəli ölüm haqqında akt qeydinin surətindən görünür ki, X13 1935-ci ildə Çayqaraqoyunlu kəndi anadan olmuş, həmin kənddə daimi yaşamış və 30 noyabr 2009-cu il tarixdə həmin kənddə ölmüşdür. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 01 yanvar 1936-cı il tarixdə Şəki rayonu Çayqaraqoyunlu kəndində anadan olmuşdur. X13 onun bacısı olmaqla 1936cı ildə Çayqaraqoyunlu kəndində anadan olmuşdur. Qəribə 30 noyabr 2009-cu il tarixdə Şəki rayonu Çayqaraqoyunlu kəndində vəfat etmişdir. X3, Paylı mülkiyyətdə olan torpaq sahəsini adına rəsmiləşdirmək üçün Şəki regional "ASAN xidmət” mərkəzində Notariat Ofisinə müraciət etmiş, lakin bacısının və onun doğum haqqında şəhadətnamələri, həmçinin bacısının ölüm haqqında şəhadətnaməsi tələb edilmişdir. Həmin sənədlər onda olmadığı üçün Şəki rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, təvəllüdü 1936-cı il olduğundan akt kitablarının orada saxlanılmadığı bildirilmiş və ona Respublika Dövlət arxivinin Şəki Filialına müraciət etməsi məsləhət bilinmişdir. O, Respublika Dövlət arxivinin Şəki Filialına müraciət etsə də, doğum haqqında hər-hansı sənəd əldə edə bilməmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 30 noyabr 2009-cu il tarixdə vəfat etmiş X7, X1 bacısı olması hüquqi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, X1 dövlət büdcəsinə ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 30 noyabr 2009-cu il tarixdə vəfat etmiş X7, X1 bacısı olması hüquqi faktı müəyyən edilsin. X1 dövlət büdcəsinə ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar