Məhkəmə qərarları › İş №e-2(075)-1364/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1364/2023

17.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1364/2023 17.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Maraqlı şəxs Şəki rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi İddiaçı “ölüm faktının məyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1972-ci il tarixdə Şəki şəhərində anadan olmuş və xx.xx.2020-ci il tarixdə ölmüş X4 ölüm faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1966-cı il tarixdə Şəki şəhərində anadan olmuşdur. X2 xx.xx.1972-ci il tarixdə Şəki şəhərində anadan olmuş və 09 aprel 2020-ci il tarixdə ölmüşdür. 10 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki rayon qeydiyyat şöbəsinə müraciət edilərək X2nın ölümünün qeydə alınmasını xahiş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki rayon qeydiyyat şöbəsinin 10 may 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 ölümü haqqında akt qeydi aşkar ediləmişdir. Həmçinin Şəki rayon qeydiyyat şöbəsində onun ölümünün qeydə alınması mümkün deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən olunur. Qeyd edilənlərə əsasən X4 ölüm faktının müəyyən edilməsi tələbinə dair məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, X7 ərizəçinin bacısıdır. O, 03 avqust 1972-ci il tarixdə anadan olmuş və 09 aprel 2020-ci il tarixdə vəfat etmişdir. Onun vəfat etməsi ilə əlaqədar ölüm haqqında şəhadətnaməni bu günədək almamışlar. Hazırda mərhumun X2nın ölüm haqqında şəhadətnaməsi zəruri olduğuna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclasında işitirakı edən ərizəçi İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsinin nümayəndəsi X3 məhkəmə iclası zamanı ərizənin təmin edilməsinə etirazının olmadığını bildirdi Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X17 bildirdi ki, mərhum X7 onun xalasıdır. O İ-ci qrup əlil olmuşdur. X7 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və dağ dibi qəbirstanlığında dəfn olunmuşdur. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X8 bildirdi ki, ərizəçi İddiaçı onun qonşusudur. Onların yaşadığı ərazidə məhəllə nümayəndəsidir. X7 ərizəçinin bacısıdır. O, 09 aprel 2020-ci il tarixdə vəfat etmiş və dağ dibi qəbirstanlığında dəfn olunmuşdur. Bütün dəfn xərclərini bacısı İddiaçı ödəmişdir. Məhkəmə, ərizəçinin vəkilini, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, X4 09 aprel 2020ci il tarixdə ölməsi tam sübuta yetirilir. Belə ki, işdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 10 may 2023-cü il tarixli cavab məktubundan görünür ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivindən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Həmçinin, Şəki rayon qeydiyyat şöbəsində onun ölümünün qeydə alınması mümkün deyildir. Odur ki, X4 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1966-cı il təvəllüdlü X5 atası X19, anası isə X9r. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 03 avqust 1972-ci il təvəllüdlü X4 atatı X19, anası isə X9r. İşdə olan Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti “Qışlaq” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 16 yanvar 2023-cü il tarixli, 013 nömrəli arayışdan görünür ki, “Qışlaq” məhəlləsi, Ç.Mustafayev küçəsi, 25/5 nömrəli evdə yaşamış X7 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti “Qışlaq” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 25 iyul 2023-cü il tarixli, 229 nömrəli arayışdan görünür ki, İddiaçı Şəki şəhəri, “Qışlaq” məhəlləsi, Ç.Mustafayev küçəsi, 25/5 nömrəli evdə yaşamış və X14, X15, X10, X16, X11 və X7 (vəfat etmişdir) adlı ailə üzvləri vardır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi İddiaçı X4 ölümünə dair sənədi başqa qaydada əldə edə bilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, İddiaçı bacısı 03 avqust 1972-ci il tarixdə Şəki şəhərində anadan olmuş X4 09 aprel 2020-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307.1, 307.2.8, və 308-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: Ərizə təmin edilsin. Ərizəçi İddiaçı bacısı 03 avqust 1972-ci il tarixdə Şəki şəhərində anadan olmuş X4 09 aprel 2020-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar