Məhkəmə qərarları › İş №e-2(075)-1372/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1372/2025

06.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1372/2025 06.08.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Hüryanova Şəbnəm Fərhad qızının katibliyi, İddiaçı və vəkili Nümayəndə2, Cavabdeh və etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, qardaşına bağışladığı torpaq sahəsi və evin hisəsini öz adına geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla mərum qardaşı X23 arasında bağlanmış xx.xx.1993-cü il tarixli 8/1053 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh adına alınmış 0,026 ha torpaq sahəsinə dair çıxarışın ləğv edilməsi, Şəki şəhər Bəxtiyar Məmmədov küçəsiev 26 ünvanında yerləşən, atası X10 miras qalmış 0,082 ha-nın ¼ hissə torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin (uzunluğu 13,80m x eni 7,90m), atasından miras qalmış ¼ hissə qardaşları mərhum X11 vərəsələri (Cavabdeh qızna və X16) - 1/3 pay, mərhum X24 vərəsələri (X12 və X27) 1/3 pay, qardaşı X25 1/3 pay bərabər olaraq bölünmədiyinə görə, X2 verdiyi, ünvan 5nvanında yerləşən, atası X10 miras qalmış (0,082 ha) ¼ pay torpaq sahəsi və onun üzərində yerləşən (uzunluğu 13,80m x 7,90m) fərdi yaşayış evinin ¼ hissəsinin öz üzərinə geri qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1993-cü ildə mərhum X37 dəfələrlə ondan xahiş etmişdir ki, atası X10 ünvan 5nvanında yerləşən torpaq sahəsinin 0,082 ha-nın ona miras qalmış ¼ hissəsi və üzərində yerləşən fərdi yaşayış evinin (uzunluğu 13,80m x eni 7,90m olan) miras qalan ¼ hissəsini ona - X13 pulsuz pay versin. O razılaşmamışdır. Buna baxmayaraq yenə də dəfələrlə gəlib xahiş etmişdir. Bir gün qardaşı X9 Rayon Məhkəməsinin ayrı-ayrı tarixlərdə 2 məktubunun nömrəsini ona göstərmişdir. Hər iki məktubu oxuduqdan sonra ona məlum olmuşdur ki, X23 1993-cü ildə ona verdiyi, ünvan 5nvanında yerləşən torpaq sahəsinin (0,082 ha) ¼ hissəsi və üzərində yerləşən fərdi yaşayış evinin (uzunluğu 13,80m x 7,90m) ¼ hissəsini 3 qardaş arasında bərabər yox, öz adının üzərinə sənədləşdirərək ½ hissə X11 adına və ½ hissə X14 adına 17 iyun 1993-cü il tarixli (Reqistirasionnoye udostovereniye) kupça almışdır. ½ X14 adına və ½ hissə X11 adına “Şaumyan 30 saylı” ünvan yazılmış, pasport verilmişdir. X23 17 iyun 1993-cü ildə aldığı (Reqistirasionnoye udostovereniye) kupça və pasportu xx.xx.2023-cü il tarixə kimi (vəfat etdiyi tarixə kimi) ona göstərməyərək gizli saxlamışdır. Cavabdeh atasından miras qalmış 4/8 hissənin 2/3 hissəsinə vərəsəlik hüququna dair xx.xx.2024-cü il tarixli şəhadətnamə verilmiş, onun əsasında çıxarış almışdır. Eyni zamanda X15 da miras qalan payın 1/3 hissəsinə vərəsəlik hüququ tanınmışdır. İddiaçı Maddi vəsaiti olmadığı üçün ona dövlət hesabına vəkil verilməsini xahiş etmişdir. Güman etmişdir ki, yazdığı iddia ərizəsi yerli yerində dinləniləcək, lazımı araşdırmalar aparılacaqdır. Məlumat olaraq bildirmişdir ki, 1976-cı ildən indiyə qədər ünvan 2 ünvanında yaşamış, 77-78yaşı vardır, hazırda xəstədir, maddi vəziyyəti ağırdır, 45 il ibtidai sinif müəllimi işləmişdir. Qardaşının onu aldatdığı indi ona məlum olmuşdur. Uzun müddət sözügedən müqaviləni mübahisələndirmək üçün, bağışlama müqaviləsini əldə edə bilməmişdir. Hal-hazırda da həmin müqavilənin əldə edilməsi ilə bağlı cəhdləri nəticə verməmişdir. Məcburiyyət qarşısında qalaraq məhkəməyə iddia tələbi ilə müraciət edərək, xx.xx.1993-cü il tarixli, 8/1053 saylı “Bağışlama müqaviləsinin” AR MPM-178.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən tələb edilərək alınmasını xahiş etməli olmuşdur. Notariat arxivinə ünvanlanan məktublara verilən cavabları əlavə edərək vəsatətinin təmin olunaraq sübutun məhkəmə tərəfindən əldə edilməsini xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 tərəfindən verilmiş iddia ərizəsinə qarşı etirazda göstərilir ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, onunla mərhum qardaşı X23 arasında bağlanmış xx.xx.1993-cü il tarixli 8/1053 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh adına alınmış 0,026 ha torpaq sahəsinə alınmış Çıxarışın ləğv edilməsi, ünvan 3 ünvanında yerləşən, atası X10 miras qalmış 0,082ha-nın ¼ hissə torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin (uzunluğu 13,80m x eni 7,90m) atasından miras qalmış ¼ hissə qardaşları mərhum X11 vərəsələrinə (Cavabdeh və X16) 1/3 pay, mərhum X24 vərəsələrinə (X12 və X27) 1/3 pay, qardaşı X25 1/3 pay bərabər olaraq bölünmədiyinə görə, X2 verdiyi, ünvan 5nvanında yerləşən, atası X10 miras qalmış (0,082ha) ¼ pay torpaq sahəsinin və üzərində yerləşən (uzunluğu 13,80m x 7,90m) fərdi yaşayış evinin ¼ hissəsinin öz üzərinə geri qaytarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, hər hansı əqdin etibarsız hesab olunması barədə iddiaya baxarkən məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarsız hesab edilməsində iddiaçının hüquqdan sui-istifadə hallarının olub olmadığını müəyyən etməkdən ibarətdir. Əgər belə bir hal müəyyən olunarsa əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. İddiaçı iddia ərizəsində iddia etmişdir ki, “1993-cü ildə mərhum X37 dəfələrlə onlara gedərək, ona atası X10 miras qalan ünvan 5nvanında yerləşən torpaq sahəsinin 0,082 ha-nın ¼ hissəsi və üzərində yerləşən fərdi yaşayış evinin (uzunluğu 13,80m x eni 7,90m olan) ¼ hissəsini ona - X13 (pulsuz) pay verməsini xahiş etmiş, o, razılaşmamışdır. Buna baxmayaraq Fikrət Əsgərov yenə də dəfələrlə gəlib xahiş etmişdir. Nəhayət, o, bağışlayacağı mirasın - torpaq sahəsi və fərdi yaşayış evinin ¼ hissəsini qardaşlarının hamısının arasında bərabər bölünməsi - 3 qardaşına 3 yerə bərabər olaraq bölünüb, ayrıayrılıqda hər birinin adına sənədləşdirilməsi şərti ilə verməyə razılaşmışdır. X34 da ona “sənədləşdirdim, narahat olma” demişdir. O, X34un dediyinə inanmışdır. Hər dəfə soruşanda, “Mənə inan. Şübhən var ki? Mənə inan, sənədləşdirmişəm” demişdir. Bir gün 2024-cü ilin aprel ayında qardaşı X31 onlara gəlib Şəki Rayon Məhkəməsinin ayrı-ayrı tarixlərdə 2 məktubunu ona göstərmiş, hər iki məktubu oxuduqdan sonra, verdiyi mirasın hissəsini X11 1993-cü ildə öz adına sənədləşdirdiyi, ½ hissə öz adına və ½ hissə X14 adına 17 iyun 1993-cü il tarixli qeydiyyat vəsiqəsi - kupça aldığı ona məlum olmuşdur. X23 17 iyun 1993-cü ildə aldığı kupça və pasportu vəfat etdiyi xx.xx.2023-cü il tarixə kimi ona göstərməyərək gizli saxlamışdır. xx.xx.2024-cü il tarixdə Cavabdeh atasından miras qalmış 4/8 hissənin 2/3 hissəsinə vərəsəlik hüququna dair şəhadətnamə verilmiş, onun əsasında çıxarış almışdır. Eyni zamanda X15 da miras qalan payın 1/3 hissəsinə vərəsəlik hüququ tanınmışdır.” İddiaçının iddia ərizəsində göstərdikləri tamamilə absurd və uydurma fikirlər olmaqla real həqiqəti gizlətmək məqsədi daşımaqdadır. Belə ki, iddiaçının əlavə etdiyi sənədlərdən onun özünün iddia etdiyi kimi razılığın aldadılma nəticəsində verilməsini təsdiq edəcək heç bir sübut mövcud deyildir. Eyni zamanda iddiaçının nəyə görə bu günə kimi gözləməsi də, cavabdeh tərəfdə şübhə doğurmaqdadır. Həmçinin “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il tarixli qərarında göstərilmişdir ki, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin Səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Ümumiyyətlə iddiaçının iddia ərizəsində göstərdiyi bütün xüsusatlar absurd, yalan məlumatlardır. İddiaçı məhkəməyə tələbini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Həmçinin məlumunuz olduğu kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Hazırki iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi iddia tələbi üzrə iddia müddəti keçmişdir. Buna görə də iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmiş olduğu halda belə, iddia müddəti keçdiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, mülki mübahisə üzrə iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədinin hüquqi müəyyənlik olduğunu, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratdığını, məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad etdiyini, mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyub, eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur etdiyini nəzərə alaraq hesab edirik ki, iddiaçı qanunla müəyyən olunmuş iddia müddətini buraxmaqla (ötürməklə) məhkəmədə iddia qaldırdığı üçün də iddia təmin edilməməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında hüquqi mövqeyi aşağıdakı kimi olmuşdur; İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Göründüyü kimi mövqe ondan ibarət olmuşdur ki, əgər iddia tələbi əsassızdırsa iddia müddətinin tətbiq edilməsinə lüzum yoxdur. Yəni iddia tələbi əsassızlığına görə rədd edilməlidir. Yox əgər iddia tələbi əsaslıdırsa və iddiaçı iddia müddətini ötürübsə onda iddia müddətinin tətbiq edilməsi mümkündür. Hazırki vəziyyətdə hüquqlarını müdafiə etdiyim şəxslər iddia tələbini tam əsassız və qanunsuz hesab edərək təmin edilməməsi qənaətindədir, ancaq yekunda məhkəməin iddia tələbinin əsaslı olduğu qənaətinə gələcəyi təqdirdə isə iddia müddətinin keçməsi səbəbi ilə iddia tələbinin təmin edilməməli olduğunu qanuni və ədalətli hesab etmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, hal-hazırda ünvan 4 ünvanında yaşamış, mübahisəli mülk ata evi olmaqla ünvan 5nvanında yerləşmişdir. Onlar ailədə 3 qardaş 1 bacı olmuşlar. Qardaşları ilə münasibətləri əvvəllər çox mehriban olmuşdur. O özü qardaş və bacılarına mənəvi analıq etmişdir. İki il əvvəl qardaşı Fikrətin yas mərasimindən mehriban şəkildə sağollaşaraq ayrılmışlar. İndiyə qədər aralarında hər hansı inciklik olmamışdır. 1993-ci ildə qardaşı X23 onu və digər qardaşlarını bir yerə toplayaraq, atası X10 miras qalmış ünvan 5nvanında yerləşən (0,082 ha) torpaq sahəsinin 1/4 hissəsi və üzərində yerləşən fərdi yaşayış evinin ½ hissəsini ona bağışlasın ona təklif etmişdir. O da qardaşı olduğu üçün etibar etmiş və inanmışdır. Bir şərtlə razılaşmışdır ki, miras qalmış torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin bağışladığı hissəsi 3 qardaşı arasında bərabər bölünsün. Fikrət də, onun istədiyi kimi olacağına və 3 qardaş arasında bərabər bölünəcəyinə söz vermişdir. Bir neçə dəfə bununla bağlı məlumat soruşduqda Fikrən ona narahat olmamasını demiş, bağışladığı ünvan 5nvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evini 3 qardaş arasında bərabər böldüyünü bildirmişdir. İki il əvvəl Fikrət dünyasını dəyişmişdir. Fikrətin ölümünün ildönümünə 10 gün qalmış digər qardaşı zəng edərək, ünvan 6 ünvanında yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin bağışladığı hissəsini 3 qardaşın adına bərabər yox, Fikrətin öz adına rəsmiləşdirdiyini məlumat vermişdir. Sözügedən fərdi yaşayış evi atasından miras qalarkən 2 otaqlı olmuş, amma sonradan evə artırılmalar edilmişdir. Buna görə də o evdən digər qardaşına düşəcək payın çox az hissə təşkil etdiyini düşünmüşdür. O bu məsələni araşdırmaq üçün Şəki regional "ASAN xidmət" mərkəzinə müraciət etmiş və ünvan 5nvanında yerləşən (0,082 ha) torpaq sahəsinin 1/4 hissəsi və üzərində yerləşən fərdi yaşayış evinin çıxarışını istəmiş, bu sənəd şəxsi olduğu üçün verilməsinin mümkün olmadığını ona bildirmişlər. Sözügedən evdə 2017-ci ildə bölgü aparıldığı və sənədləşdirildiyi sonradan ona məlum olmuşdur. Bu səbəbdən də 1993-cü ildə qardaşına etibar edərək özünə məxsus miras payını bağışlama müqaviləsinin etibarsız hesab edilməsini istəmişdir. Məhkəmə iclasında İddiaçı vəkili Nümayəndə2 iddia ərizəsinin və iddiaçının izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək etirazın məzmununa uyğun izahat verib əlavə olaraq bildirmişdir ki, atası X23 82 yaşında vəfat etmişdir. Hal-hazırda atasının vərəsələri olaraq özü və bacısı Vəfa qalmışlar. Anası ağır onkoloji xəstə olmaqla, eyni zamanda insult keçirtmişdir. ünvan 5nvanında yerləşən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ən birinci babası X14 adında olmuşdur. Sonra həmin torpaq sahəsi və fərdi yaşayış evinin ½ hissəsi vərəsəlik qaydasında atasının adına keçmişdir. Atası vəfat etdikdən sonra miras payı ona və bacısına qalmışdır. Əmlakın yerdə qalan hissəsi babasının adında açıq saxlanılmış, daha sonra digər vərəsələr - əmisi və dünyasını dəyişən əmisinin həyat yoldaşı rəsmi qaydada müraciət edərək mirası qəbul etmişlər. Bildiyinə görə iddiaçı öz miras payını X1. O, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 iddia ərizəsinə qarşı ünvanladığı etirazın məzmununa və iddiaçının izahatına uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir. Sübutların tədqiqi: 1987-ci il sentyabr tarixli qeydiyyat vərəqəsindən görünür ki, Şaumyan 32 küçəsindəki 26 №-li yaşayış evi (yeni ünvanla ünvan 7930-cu ildə X14 adına qeydiyyata alınmışdır. X13 verilmiş 9 iyun 1993-cü il tarixli arayışdan görünür ki, o, 18 fevral 1941-ci ildə Şəki şəhərində anadan olmuşdur. X13 verilmiş 16 iyun 1993-cü il tarixli arayışdan görünür ki, o, həqiqətən də 1986-cı ilin iyun ayınadək ünvan 3 ünvanında yaşamışdır. 17 iyun 1993-cü il tarixli qeydiyyat vərəqəsindən görünür ki, ünvan 5nvanında yerləşən torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin ½ hissəsi X14, ½ hissəsi isə X11 adına qeydiyyata alınmışdır. Şəki rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 9 iyun 1993-cü il tarixli arayışdan görünür ki, X28 22 mart 1967-ci ildə Şəki şəhərində ölmüşdür. X13 verilmiş 10 iyun 1993-cü il tarixli arayışdan görünür ki, ünvan 3 ünvanında yaşamış X28 vəfat edən zaman qalan vərəsələri X23, X33, X31 və İddiaçıdır. İddiaçı öz imzası ilə təsdiq etdiyi 16 iyun 1993-cü il tarixli ərizədə göstərmişdir ki, atası X14 vəfatından sonra miras qalmış evdən ona düşən paydan qardaşı X11 xeyrinə əl çəkmişdir. Gələcəkdə heç bir iddiası olmayacaqdır və məhkəməyə də müraciət etməyəcəkdir. X5 Notariat Kontoruna yazdığı 17 iyun 1993-cü il tarixli ərizədə bildirmişdir ki, ünvan 5nvanında yerləşən torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin ½ hissəsi atası X10 miras qalmışdır və ondan başqa atasının qalmış vərəsələri X33, X31 və İddiaçıdır. Göstərilən əmlakı qanun üzrə irs almaq hüququna dair ona şəhadətnamə verilməsini xahiş etmişdir. 17 iyun 1993-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Şəki 2 №-li notariat kontorunun dövlət notariusu M.T.Musayev təsdiq etmişdir ki, 22 mart 1967-ci ildə ölmüş X14 əmlakından Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 168 ünvanında yaşayan oğlu X23 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Şəki şəhər İnventar Bürosunun 15 iyun 1993-cü il tarixli 1547 №-li arayışı və qeydəalma vəsiqəsinə əsasən 600 kv/m torpaq sahəsində yerləşən 40,10 kv/m yaşayış sahəsi, 30,5 kv/m köməkçi sahəsi, 88,4 kv/m qeyri-yaşayış sahəsi, birmərtəbəli, iki yaşayış otağından ibarət, daşdan tikilmiş, üstü kirəmitdən olan ünvan 3 ünvanında yerləşən evin ½ hissəsidir. Şəki 2 №-li notariat kontorunun dövlət notariusu M.T.Musayev Şəki şəhər İcra hakimiyyətinə ünvanladığı 05 avqust 1993-cü il tarixli məlumatda bildirmişdir ki, Şəki şəhər Bəxtiyar Məmmədov küçəsi 26 №-li evdə yaşamış X14 ev məsələsi həll edilmiş, onun əmlakı oğlu X11 adına qanun üzrə vərəsəlik hüququ haqda şəhadətnamə verilmişdir. İcazəsiz tikinti vardır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2023cü il tarixli məktubundan görünür ki, “Elektron notariat” İnformasiya sisteminin notariat sənədləri arxivində aparılmış araşdırma nəticəsində mərhum X23 tərəfindən vəsiyyətnamənin qoyulması barədə məlumat aşkar edilməmişdir. ünvan 10 ünvanında qeydiyyatda olan Cavabdeh Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə ünvanladığı 03 avqust 2023-cü il tarixli, **********948 saylı ərizədə bildirmişdir ki, atası X23 xx.xx.2023-cü ildə vəfat etmişdir. Onun özündən başqa vərəsələri arvadı X17 və qızı X18r. Odur ki, mərhumdan qalmış miras əmlakdan ona düşən paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. ünvan 12 ünvanında qeydiyyatda olan X7 Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə ünvanladığı 04 fevral 2024-cü il tarixli, **********079 saylı ərizədə bildirmişdir ki, atası X23 xx.xx.2023-cü ildə vəfat etmişdir. Onun özündən başqa vərəsələri arvadı X17 və qızı Cavabdehdır. Odur ki, mərhumdan qalmış miras əmlakdan ona düşən paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. - ünvan 12 ünvanında qeydiyyatda olan X6 Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədə bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə ölmüş əri X8 qalmış (yaşayış(ev,mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsindən qızı Cavabdeh xeyrinə imtina etmişdir. 4 fevral 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi X30 Azərbaycan Respublikası Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, xx.xx.2023-cü ildə vəfat etmiş X11 vərəsələri: ünvan 10 ünvanında qeydiyyatda olan Cavabdeh 2/3 hissədə və ünvan 13 ünvanında qeydiyyatda olan X29 1/3 hissədə miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlaklar- ƏMDK-nin yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2024-ci il tarixdə verilmiş **********19- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında,yerləşən 98,5 kv/m olan fərdi yaşayış evinin və 0,0820 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə mərhuma məxsus olan 4/8 hissəsindən ibarətdir; Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********19-10301 nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 98,5 kv/m olan fərdi yaşayış evinin 6/24 hissəsi X19, 6/24 hissəsi X3, 8/24 hissəsi Cavabdeh və 4/24 hissəsi X15 xüsusi mülkiyyətindədir. - xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 100 manat məbləğdə dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin: 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Prosessual Məcəllənin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarından görünür ki, ünvan 5nvanında yerləşən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında 25 noyabr 1930-cu ildə X14 adına qeydiyyata alınmışdır. O, 1967-ci ildə vəfat edən zaman qalan vərəsələri X23, X33, X31 və İddiaçı olmuşdur. Miras qoyanın vərəsələrindən biri olan hazırki iş üzrə İddiaçı 16 iyun 1993-cü il tarixdə ərizə yazaraq, atası X14 vəfatından sonra miras qalmış evdən ona düşən paydan qardaşı X11 xeyrinə əl çəkmiş, gələcəkdə heç bir iddiası olmayacağını və məhkəməyə də müraciət etməyəcəyini qeyd etmişdir. 17 iyun 1993-cü ildə ünvan 5nvanında yerləşən əmlakın ½ hissəsi vərəsəlik hüququ əsasında X11 adına qeydiyyata alınmış, ½ hissəsi isə X14 adına açıq buraxılmışdır. İddiaçının mübahisələndirdiyi ünvan 5nvanında yerləşən 0,082 ha torpaq sahəsinin və üzərindəki ümumi sahəsi 98,5kvm fərdi yaşayış evindən ibarət əmlakın 2/8 hissəsinə xx.xx.2017-ci ildə X19, 2/8 hissəsinə xx.xx.2020-ci ildə X4, 4/8 hissəsinə xx.xx.2024-cü ildə X11 mülkiyyət hüququna dair qeydiyyat aparılıb sənəd verilmişdir. X23 vəfat etdikdən sonra vərəsəlik aşılmış onun mülkiyyətində olan əmlak vərəsələri arasında bölünmüşdür. X20 mirasın ona çatası hissəsindən qızı Cavabdeh xeyrinə imtina etmiş, Cavabdeh 2/3 hissədə, X29 1/3 hissədə irs almışdır. İddiaçı iddiasında onunla mərhum qardaşı X23 arasında bağlıanmış xx.xx.1993-cü il tarixli 8/1053 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını, Cavabdeh adına alınmış 0,026 ha torpaq sahəsinə dair çıxarışın ləğv edilməsini, X2 verdiyi ünvan 5nvanında yerləşən, atası X10 miras qalmış 0,082 ha torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin ¼ hissəsinin öz adına geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, iddiaçı ilə mərhum qardaşı X23 arasında xx.xx.1993cü il tarixli 8/1053 saylı bağışlama müqaviləsi mövcud olmamışdır. Notariat işində olan sənədlərdən ayın olur ki, 8/1053 nömrəsi xx.xx.1993-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin reyestrdə qeyd edilmə nömrəsidir. İddiaçı miras payını bağışlamamış, ondan cavabdehin mərhum atasının – öz qardaşının xeyrinə imtina etmişdir. Mövcud olmayan bağışlama müqaviləsinin etibarsız hesab edilməsi mümkün olmadığından təmin edilə bilməz. Ləğv edilməsi iddia edilən Cavabdeh adına alınmış 0,026 ha torpaq sahəsinə dair çıxarışı cavabdeh atasından qalmış mirasdan vərəsəliklə əldə etdiyindən və əldə edilmə əsası qüvvədə olduğu halda çıxarışın ləğv edilməsi mümkünsüzdür. X2 verdiyi ünvan 5nvanında yerləşən, atası X10 miras qalmış 0,082 ha torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin ¼ hissəsinin öz adına geri qaytarılması barədə məhkəmə qeyd edir ki, tələb edilən əmlak iddiaçının adına olmamışdır. Onun qeyd etdiyi mirası qəbul etmək üçün gözlənilən hüququ olmuş, o, həmin mirasdan 32 il əvvəl, xx.xx.1993-cü ildə qardaşının xeyrinə imtina etmişdir. Buna gördə də tələbin həmin hissəsini də təmin etmək mümkün deyildir. İddiaçı tərəfindən iddia irəli sürülərkən ünvan 5nvanında yerləşən torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin ona miras qalmış hissəsinin aldadılması nəticəsində qardaşına bağışlandığı qeyd edilsə də, məhkəmə araşdırması zamanı aşkar olmuşdur ki, iddiaçı, azad iradəsi ilə və hər hansı təzyiq və təsir olmadan, qardaşının xeyrinə miras payından imtina etmiş və bu barədə gələcəkdə hər hansı tələbi olmayacağını, məhkəməyə müraciət etməyəcəyini 32 il əvvəl imzaladığı ərizə ilə dəqiqliklə təsdiqləmişdir. Bununla da, ərizəsində qeyd etdiyi kimi, əmlakdan heç bir pay istəmədiyini bəyan etmişdir, lakin hazırda irəli sürmüş olduğu iddialarla həmin bəyanata zidd olaraq, mülkiyyət hüququnun tələbini irəli sürmüşdür. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilməlidir.

Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə

qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı onunla mərum qardaşı X23 arasında bağlıanmış xx.xx.1993cü il tarixli 8/1053 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılması, Cavabdeh adına alınmış 0,026 ha torpaq sahəsinə dair çıxarışın ləğv edilməsi, ünvan 3 ünvanında yerləşən, atası X10 ona miras qalmış 0,082 ha-nın ¼ hissə torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin (uzunluğu 13,80m x eni 7,90m) atasından ona miras qalmış ¼ hissə qardaşları mərhum X11 vərəsələri (Cavabdeh qızma və X16) - 1/3 pay, mərhum X24 vərəsələri (X12 və X27) 1/3 pay, qardaşı X25 1/3 pay bərabər olaraq bölünmədiyinə görə, X2 verdiyi, ünvan 5nvanında yerləşən, atası X10 ona miras qalmış (0,082 ha) ¼ pay torpaq sahəsi və onun üzərində yerləşən (uzunluğu 13,80m x 7,90m) fərdi yaşayış evinin ¼ hissəsinin onun öz üzərinə geri qaytarılmasi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar