Məhkəmə qərarları › İş №e-2(075)-1391/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1391/2025

07.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1391/2025 07.08.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Hüryanova Şəbnəm Fərhad qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə1, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “xx.xx.2024-cü il tarixində Şəki şəhəri, Səlman Mümtaz küçəsində **-CB-*** dövlət qeydiyyat nişanlı “X9” markalı nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsində **-AU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş 8615 manatın ödənilməmiş hissəsi olan 3615 manat pul vəsaitinin Cavabdeh reqres qaydada alınaraq İddiaçınə ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Aznur" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “reqres qaydada maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixində Şəki şəhəri, Səlman Mümtaz küçəsində **-CB-*** dövlət qeydiyyat nişanlı “X9” markalı nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsində **-AU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş 8615 manatın ödənilməmiş hissəsi olan 3615 manat pul vəsaitinin Cavabdeh reqres qaydada alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, **-AU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətində olmuşdur. Həmin nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər etibarnamə əsasında sürücü X4 (sürücülük vəsiqəsi AE № 739118) istifadəsinə verilmişdir. xx.xx.2024-cü ildə X6 **-AU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Şəki şəhəri, Səlman Mümtaz küçəsi ilə hərəkətdə olan zaman **-CB-*** dövlət qeydiyyat nişanlı “X9” markalı nəqliyyat vasitəsi arxadan gələrək **-AU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sol qapısını vurmuş, nəticədə avtomobil səkinin daş kənarına (bordyürə) çırpılmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-yə məxsus **-AU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumillikdə 8615 (səkkiz min altı yüz on beş) manat məbləğində maddi zərər dəymişdir. Dəymiş maddi zərərin 5000 manatı "xxxx" ASC tərəfindən ödənilmiş, qalan 3615 manat isə İddiaçı MMC-nin öz vəsaiti hesabına ödənilmiş və avtomobil təmir edilmişdir. Lakin İddiaçı MMC tərəfindən ödənilən 3615 manat məbləğində vəsait (cavabdeh tərəfindən vurulmuş zərər) Cavabdeh tərəfindən İddiaçı MMC-yə geri qaytarılmamışdır. Vurulmuş zərərin ödənilməsi üçün cavabdehə dəfələrlə şifahi və xx.xx.2024-cü il tarixində yazılı xəbərdarlıq edilməsinə baxmayaraq xəbərdarlıqlara heç bir əhəmiyyət verilməmiş və zərər ödənilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. "xxxx" ASC-nin zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair xx.xx.2024-cü il tarixli hesabatına əsasən, İddiaçı MMCnin mülkiyyətində olan **-AU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyan 8615 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməsi barədə məhkəməyə ərizə təqdim etmiş və izahat verərək göstərmişdir ki, qardaşı olan cavabdeh işləmək üçün ölkə ərazisindən kənara getmiş, hazırda ölkədə olmadığından işdə iştirak etməsi üçün ona etibarnamə vermişdir. Onun baş vermiş hadisədən məlumatı olsa da nə özünün, nə də cavabdeh olan qardaşının tələb edilən pul məbləğinin ödəməli olduqlarını bilməmişlər. İddiaçı tərəflə əlaqə saxlayıb razılaşmaqla tələb olunan 3615 manat pulu tədricən ödəyəcəklər. Odur ki, o, məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, proses iştirakçılarının məhkəmə iclaslarında verdiyi izahatları və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilməklə məhkəmə baxışında tədqiq edilmiş; İnzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. xx.xx.1993-cü il təvəllüdlü, Şəki şəhərində anadan olmuş, azərbaycanlı, orta təhsilli, işsiz, daha öncə məhkum edilməmiş, ünvan 1 ünvanında yaşayan Cavabdeh sözügedən yol-nəqliyyat hadisəsi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə Şəki ŞRPŞ-yə verdiyi izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə etibarnamə ilə idarə etdiyi “X9” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şəki şəhəri Salman Mümtaz küçəsi ilə yolun sol hərəkət hissəsi ilə hərəkətdə olduğu vaxt sağa dönmə işığını yandırıb soldan sağa manevr edərkən yolun sağ hərəkət hissəsində olan Nissan markalı **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobili görməmiş və sol arxa qapısından vurmuşdur. Həmin avtomobil yolun sağındakı daş bordyürə dəyərək əzilmişdir. Hadisədə hər iki avtomobilə maddi ziyan dəymişdir və heç bir bədən xəsarəti alan olmamışdır. Səhvini başa düşmüşdür. Qarşı tərəfə dəymiş maddi ziyanı sığorta şirkəti ödəyəcəkdir. xx.xx.2002-ci ildə Oğuz şəhərində anadan olmuş, azərbaycanlı, ali təhsilli, işsiz, daha öncə məhkum edilməmiş, ünvan 3 ünvanında yaşayan X6 sözügedən yol-nəqliyyat hadisəsi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə Şəki ŞRPŞ-yə verdiyi izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə **-AU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Şəki şəhəri, Səlman Mümtaz küçəsi ilə hərəkətdə olan zaman **-CB-*** dövlət qeydiyyat nişanlı “X9” markalı avtomobil qəflətən sağa manevr edərək onun avtomobilinin sol arxa qapısından vurmuş, nəticədə avtomobil daş bordyürə dəyərək əzilmişdir. Hadisədə onun avtomobilinə maddi ziyan dəymişdir və heç bir bədən xəsarəti alan olmamışdır. AD seriyalı, 802223 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, “X9”, (buraxılış ili 2001, rəngi ağ, Ban- WF0AXXGBFA1G65415 tip-Furqon Liftli) markalı **-CB-*** dövlət qeydiyyat nişanlı yük avtomobili X1 adına qeydiyyata alınmışdır. Reyestrdə 7E-3204 nömrəsi ilə qeyd edilmiş 16 fevral 2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, X3 AD seriyalı, 802223 nömrəli şəhadətnamə əsasında ona məxsus olan “X9”, (buraxılış ili 2001, rəngi ağ, Ban-WF0AXXGBFA1G65415 tip-Furqon Liftli) markalı **-CB-*** dövlət qeydiyyat nişanlı yük avtomobili xx.xx.2024-cü il tarixinədək nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etməyi Cavabdeh etibar etmişdir. AC seriyalı, 610813 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, “Nissan X-Trail Minik” markalı, (buraxılış ili 2015, rəngi tünd boz metallik, Ban- Z8NTBNT32ES019465, tip-Universal) **-AU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilİ İddiaçı adına qeydiyyata alınmışdır. LU № 068/23 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı AC seriyalı, 610813 nömrəli şəhadətnamə əsasında ona məxsus olan Nissan X-Trail Minik” markalı, (buraxılış ili 2015, rəngi tünd boz metallik, Ban- Z8NTBNT32ES019465, tip-Universal) **- AU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixi daxil olmaqla nəqliyyat vasitəsini Azərbaycan Respublikası ərazisində sürücülük hüququ olduqda idarə etməyi X5 etibar etmişdir. "xxxx" ASC-nin zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair xx.xx.2024-cü il tarixli hesabatına əsasən, İddiaçı MMC-nin mülkiyyətində olan Nissan X- Trail Minik” markalı, (buraxılış ili 2015, rəngi tünd boz metallik, Ban- Z8NTBNT32ES019465, tip-Universal) **-AU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyan 8615 manat məbləğində qiymətləndirilmişdir. xx.xx.2025-ci il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 58 manat dövlət rüsumu ödənilmişdir Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə etibarnamə ilə idarə etdiyi “X9” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şəki şəhəri Salman Mümtaz küçəsi ilə yolun sol hərəkət hissəsi ilə hərəkətdə olduğu vaxt sağa dönmə işığını yandırıb soldan sağa manevr edərkən yolun sağ hərəkət hissəsində olan Nissan markalı **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobili görməmiş və sol arxa qapısından vurmuşdur. Həmin avtomobil yolun sağındakı daş bordyürə dəyərək əzilmişdir. Nəticədə cavabdeh “Nissan X-Trail Minik” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 8615 manat məbləğində maddi zərər vurmuşdur. Dəymiş maddi zərərin 5000 manatı "xxxx" ASC tərəfindən ödənilmiş, qalan 3615 manat isə İddiaçı MMC-nin öz vəsaiti hesabına ödənilmiş və avtomobil təmir edilmişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 5000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh qalıq 3615 manat pul məbləğini bu günədək cəmiyyətə ödəməmişdir. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 3615 manat ödəniş məbləğini cavabdehdən tələb edir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul edərək iddianın təmin olunmasına etirazının olmadığını bildirmişdir. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 25.1-ci bəndinə əsasən, sığortalanmış avtomobilə dəymiş zərərin əvəzini ödəmiş sığortaçı sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin “zərərvurmuş şəxsə qarşı reqress hüququ” adlanan 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Buna görə də, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində zərərçəkənə vurulmuş zərərin əvəzi 3615 manat həcmində pul vəsaiti avtomaşının təmiri üçün ödənildiyindən və iddiaçı təşkilatın Cavabdeh həmin məbləğdə pulu tələb etmək hüququ yarandığından iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 3615 manat məbləğində pul tutularaq iddiaçı , İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hazırkı iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır və ona görə də təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh reqres qaydada 3615 manat pul vəsaiti tutularaq İddiaçı MMC -nin xeyrinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ceyhun Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar