Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1394/2025 04.11.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən əməli nəticəsində vurulmuş maddi ziyanın əvəzi olaraq 6165 (altı min bir yüz altmış beş) manat, ödənilməmiş icarə haqqının əvəzi olaraq cəmi 800 (səkkiz yüz) manat, müqavilə əsasında vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat və ödənilmiş 93,47 (doxsan üç manat qırx yeddi) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı özünün xüsusi mülkiyyətində olan **-SG-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2007-ci il, ban nömrəsi JTDKB20U587696603, mühərrik nömrəsi U230902 olan Toyota Prius markalı minik avtomobilini dostu (hansı ki, həmin şəxsin adına ümumi etibarnamə də verilmişdir) X1 təklifi ilə 23 may 2024-cü il tarixdə nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamə əsasında gündəlik icarə haqqı ödənilməsi şərti ilə Şəki rayonu, Aşağı Göynük kənd sakini Cavabdeh istifadəsinə (icarəsinə) vermişdir. İlk vaxtlar həm avtomobil barədə məlumat verilməsində, həm də gündəlik icarə pullarının ödənilməsində hər hansı bir problem olmamış, ancaq bir müddət keçdikdən sonra Cavabdeh həmin avtomobili ondan gizlətmiş, avtomobilin harada olması barədə ona məlumat verməkdən imtina etmişdir. Bir müddət sonra dostu, həmçinin etibarnamə üzrə nümayəndəsi olan X2 həmin avtomobilin Bakı şəhərində olduğunu Cavabdeh öyrənmişdir. Onun xahişi əsasında X2 həmin avtomobili Bakı şəhərindən götürməyə getdikdə avtomobilin sökülmüş vəziyyətdə və istismara (istifadəyə) yararsız olduğunu görmüşdür. Bundan sonra avtomobil evakuator vasitəsi ilə Şəki şəhərinə gətirilmişdir. Avtomobil Şəki şəhərinə gətirildikdən sonra dəfələrlə dəymiş ziyanın ödənilməsini Cavabdeh tələb etmişdir. Sonuncu ilk vaxtlar dəymiş ziyanı ödəyəcəyini bildirsə də, sonradan bundan yayınmışdır. Tərəflərindən "xxxx" ASC tərəfindən verilmiş aktla avtomobilə vurulmuş ziyanın məbləği, avtomobilə lazım olan ehtiyat hissələri, təmir xərci ilə birlikdə 6165 (altı min bir yüz altmış beş) manat olduğu müəyyən edilmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən əməli nəticəsində vurulmuş maddi ziyanın əvəzi olaraq 6165 (altı min bir yüz altmış beş) manat, ödənilməmiş icarə haqqının əvəzi olaraq cəmi 800 (səkkiz yüz) manat, cərimələrə ödənilmiş cəmi 768 (yeddi yüz altmış səkkiz) manatın, müqavilə əsasında vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat və ödənilmiş 101,84 (bir yüz bir manat səksən dörd qəpik) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinin tələblərinə əsasən Cavabdeh iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - Cinayət işinin başlanmasının rədd edilməsi barədə 07 mart 2025-ci il tarixli qərardan görünür ki, Cavabdeh əməlində cinayət tərkibinin əlamətləri olmadığından HK-1/391 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. - Hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, hüquqi yardıma görə qarşılıqlı razılıqla 300 manat müəyyən olunmuşdur. - xx.xx.2025-ci il tarixli aktdan görünür ki, avtomobilə lazım olan ehtiyat hissələri təmir xərci ilə birlikdə 6165 (altı min yüz altmış beş) manat təşkil edir. - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-SG-*** dövlət qeydiyyat nişanlı, Toyota Prius (Hibrid) minik markalı avtomobil İddiaçı mülkiyyətindədir. - Cavabdeh Şəki ŞRPŞ-də verdiyi izahatında bildirmişdir ki, o, 2024-cü ilin aprel ayında dərsdən sonra boş vaxtlarında işləyib pul qazanmaq qərarına gəlmişdir. İş axtararkən əvvəllər tanımadığı Mahmud Hüseynovun özünə məxsus “Toyota Prius” markalı, **-SG-*** dövlət nömrə nişanlı avtomobili icarəyə verdiyini eşitmişdir. O, Mahmudla görüşmüş və Mahmud ona maşını icarəyə verdiyini bildirmişdir. O, ondan həmin avtomobili ona icarəyə verməyini xahiş etmiş, Mahmud da razılaşmışdır. Aralarındakı razılığa əsasən gündəlik 15 manat olmaqla hər ay Mahmuda 450 manat pul verəcəkmiş. Beləliklə o, Mahmuddan etibarnamə əsasında “Toyota Prius” markalı, **-SG- *** dövlət nömrə nişanlı avtomobili götürərək Şəki şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Müştəri olduqda Bakı şəhərinə və digər rayonlara da getmişdir. Avtomobilin xərclərini özü ödəmişdir. Ötən ilin dekabr ayınadək o, Mahmuda ödənişləri vaxtında etmişdir. Bu ilin yanvar ayından maddi sıxıntıları olduğu üçün Mahmuda icarə pulunu verə bilməmişdir. Yanvar ayının ortalarında avtomobili təmir etdirmək üçün Bakı şəhərinə getmişdir. Maşının akkumlyatorunda və batareyasında nasazlıq yaranmışdır. Sosial şəbəkədən Arzubəy adlı avtomobil ustasının telefon nömrəsini əldə etmişdir. O, Arzubəyin istifadə etdiyi ***-***-**-** saylı nömrəyə vatsap vasitəsilə zəng edərək, onunla danışmışdır. O, avtomobili təmir edə biləcəyini bildirmiş və ona məkanı göndərmişdir. O, həmin Bakı şəhərində “Neapol” dairəsi yaxınlığında yerləşən həmin məkana getmiş və Arzubəylə görüşmüşdür. O, akkumilyatoru dəyişmiş, lakin başqa nasazlıqlar olduğu üçün avtomobili təmir edə bilməmişdir. Bir həftə ərzində Arzubəy adlı usta avtomobili təmir etməyə çalışmış, lakin nasazlıqları aradan qaldıra bilməmişdir. O, bu barədə Mahmuda məlumat vermişdir. Təmir üçün pulu qurtardığı üçün Mahmuddan da 50 manat pul almışdır. Daha sonra pulu olmadığından avtomobilin təmirini başa çatdıra bilməmişdir. Şəki rayonuna qayıtmağı qərara almışdır. Arzubəydən pul əldə edənədək avtomobilin onun təmir sexində qalmasını xahiş etmişdir. O, razı olmuşdur. O, avtomobili Arzubəyin sexinin qarşısında küçədə saxlamış və qapıları bağlayıb oradan uzaqlaşmış, yaşadığı evə gəlmişdir. Daha sonra pul əldə edə bilmədiyi üçün Bakı şəhərinə gedə bilməmişdir. Mahmud tez-tez avtomobili ondan soruşmuşdur. Daha sonra isə Mahmud avtomobili görmək istədiyini dedikdə o, “Toyota Prius” markalı, **-SG-*** dövlət nömrə nişanlı avtomobili saxladığı məkanı vatsapla Mahmuda göndərmişdir. Mahmud avtomobilin videogörüntüsünü ona göndərdikdə görmüşdür ki, avtomobilin bir çox detalları sökülmüşdür. Lakin, o, avtomobili Arzubəyin sexinin qarşısına qoyarkən detalları yerində idi. Daha sonra həmin avtomobili tanışı Elvin adlı ustanın Masazır-Novxanı yolunun üstündə yerləşən sexinə göndərmişlər. Elvin avtomobilə 4000 manat ziyan dəydiyini bildirmişdir. O isə maddi imkanı zəif olduğu üçün avtomobili təmir etdirə bilməmişdir. Hazırda həmin avtomobil Elvinin sexinin yaxınlığındadır. Avtomobili almaq istəyən şəxslər var idi və o, bu barədə Mahmuda demişdir. Mahmud avtomobili satmadığını demişdir. O, həmin avtomobili özünə məxsus sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etmişdir. Mahmud qeydiyyat şəhadətnaməsini ona vermiş, o da onu maşında saxlamışdır. Hazırda olduğu yer haqqında məlumatı yoxdur. Ona görə də ona təqdim edə bilməmişdir. “Toyota Prius” markalı, **-SG-*** dövlət nömrə nişanlı avtomobili o, Mahmud Hüseynovdan götürdükdə tam saz vəziyyətdə imiş. Təmir üçün Bakı şəhərinə apardığı zaman da sadəcə batareyasında nasazlıq vardı. O, avtomobili Arzubəyin sexinin qarşısında saxlayıb Şəki rayonuna qayıdarkən qeyd olunmuş detalların hamısı avtomobilin üstündə olmuşdur. Detalların kimlər tərəfindən söküldüyünü bilmədiyini bildirmişdir. Arzubəylə ancaq istifadəsində olan ***-***-**-** saylı nömrəsi ilə danışmışdır. Anket məlumatlarını bilmədiyini, Arzubəyin “Hyundai Accent” markalı, **-HL-*** dövlət nömrə nişanlı avtomobil ilə sexə gəlib-getdiyini, tanımadığı şəxsin onu həmin maşınla sexə gətirdikdən sonra getdiyini bildirmişdir. - Ödəniş qəbzlərindən görünür ki, xx.xx.2024-cü il tarixdə EQ 23548452 saylı protokol üzrə 16 manat, xx.xx.2024-cü il tarixdə EQ 23416636 saylı protokol üzrə 32 manat, xx.xx.2024-cü il tarixdə EQ 23330900 saylı protokol üzrə 16 manat, xx.xx.2024-cü il tarixdə EQ 23713210 saylı protokol üzrə 16 manat, xx.xx.2024-cü il tarixdə EQ 23865653 saylı protokol üzrə 16 manat, xx.xx.2024-cü il tarixdə EQ 23923461 saylı protokol üzrə 16 manat, xx.xx.2024-cü il tarixdə EQ 24112148 saylı protokol üzrə 16 manat, xx.xx.2024-cü il tarixdə EQ 24934023 saylı protokol üzrə 16 manat, xx.xx.2024-cü il tarixdə EQ 24753141 saylı protokol üzrə 16 manat, xx.xx.2024-cü il tarixdə EQ 24393276 protokol üzrə 16 manat, xx.xx.2024-cü il tarixdə EQ 24331117 protokol üzrə 16 manat, xx.xx.2024-cü il tarixdə EQ 25271254 saylı protoko üzrə 16 manat, xx.xx.2025-ci il tarixdə EQ 25309904 saylı protokol üzrə 16 manat, xx.xx.2024-cü il tarixdə EQ 24735763 saylı protokol üzrə 80 manat, xx.xx.2024-cü il tarixdə EQ 24943572 saylı protokol üzrə 160 manat, xx.xx.2024-cü il tarixdə EQ 23665905 saylı protokol üzrə 80 manat, xx.xx.2024-cü il tarixdə EQ 24565375 saylı protokol üzrə 80 manat, xx.xx.2024-cü il tarixdə EQ 23495929 saylı protokol üzrə 64 manat, xx.xx.2025-ci il tarixdə EQ 25369929 saylı protokol üzrə 80 manat ödənilmişdir. - xx.xx.2025-ci il tarixli qəbzə əsasən iddiaçı tərəfindən hazırkı iddianın qaldırılması üçün 93 manat dövlət rüsumu ödənilmişdir. - xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzin surətindən görünür ki, iddiaçı iddia tələbinin məhkəməyə verilməsi ilə bağlı 8.4 manat məbləğdə dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Məhkəmə qeyd edir ki, hazırkı işdə bu əsaslar müəyyən edilir. Çünki cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan avtomobilin istifadəsi və nəzarətsiz qalması səbəbindən həmin avtomobilə zərər dəyməsi və həmin zərərin cavabdeh X3 hərəkətləri nəticəsində vurulduğu iş materialları ilə müəyyən edilir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçıya dəymiş zərərə görə məsuliyyəti həmin avtomobili tərəflər arasında olan razılıq əsasında idarə etmiş Cavabdeh daşıyır. Ona görə də, iddiaçıya dəymiş zərərin məbləği Cavabdeh tərəfindən ödənilməlidir. Bundan əlavə iddiaçıya ödənilməmiş icarə haqqı və həmin avtomobilin həmin dövrlərdə idarə edilməsi ilə bağlı yaranmış cərimə məbləğləri də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən 320 manat vəkilə ödənilmiş məbləğ, 101,84 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehndən maddi ziyanın əvəzi olaraq 6165 (altı min bir yüz altmış beş) manat, ödənilməmiş icarə haqqının əvəzi olaraq cəmi 800 (səkkiz yüz) manat, cərimələrə ödənilmiş cəmi 768 (yeddi yüz altmış səkkiz) manat, müqavilə əsasında vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat və ödənilmiş 101,84 (bir yüz bir manat səksən dörd) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Şəki Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-1394/2025
Şəki Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(075)-1394/2025
04.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver