Məhkəmə qərarları › İş №e-2(075)-1409/2024

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1409/2024

06.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1409/2024 06.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı5, İddiaçı3 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı5, İddiaçı3 və İddiaçı2 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsina qarşı “payın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı5, İddiaçı3 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsində xx.xx.2024-cü il tarixində ********** nömrə ilə qeydiyyata alınan, reyestr nömrəsi **********17 olan Şəki rayonu Cunud kəndində yerləşən 1,7785 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçılarlar İddiaçı2, İddiaçı5, İddiaçı3, İddiaçı1 və İddiaçı4 aid payının müəyyən olunmaqla naturada ayrılması barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş, iş üzrə məhkəmə hazırlıq və baxış iclasları keçirilmiş, mülki işin məhkəmə baxış iclası bu günə, yəni xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı5, İddiaçı3 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, iddianın baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Göründüyü kimi iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı5, İddiaçı3 və İddiaçı2 nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanılması barədə məhkəməyə ərizə təqdim etmiş, Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi isə məhkəmə iclasına nümayəndəsini göndərməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Belə olan halda iddia ərizəsi baxılmamış saxlanılmalı, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı5, İddiaçı3 və İddiaçı2 qaytarılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ iddiaçılara izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263-264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı5, İddiaçı3 və İddiaçı2 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsina qarşı payın naturada bölünməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı5, İddiaçı3 və İddiaçı2 qaytarılsın. İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı5, İddiaçı3 və İddiaçı2 yenidən məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar