Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1413/2024 19.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İlkin İddiaçı iştirakı ilə, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdehə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi və ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı qarşı “2120.70 manat borcun və 41.21 manat dövlət rüsumunun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdeh “Azərqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Zaqatala Regional Qİİ tərəfindən xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış qaz sərfiyyatının dəyəri olan **********00000 abonent koduna vurulmuş 2073.60 borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 02 may 2024-cü il tarixdə cavabdeh “Azərqaz” İstehsalat Birliyinin nümayəndəsi X1 elektron qaydada məhkəməyə qarşılıqlı iddia ərizəsi göndərərək, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsinə dair” ilkin iddia ərizəsinin rədd edilməsi, Cavabdeh İddiaçı qarşı “borcun tutulmasına dair” qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, Şəki şəhəri Bağbanlar küçəsi 66-da yaşayan cavabdeh İddiaçı sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 47.10 manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 2073.60 manat, cəmi 2120.70 (iki min yüz iyirmi manat 70 qəpik) əsas borcun, əvvəlcədən ödənilmiş 41.61 (qırx bir manat 61 qəpik) manat rüsumun, ümumilikdə isə 2162.31 (iki min yüz altmış iki manat 31 qəpik) manat borcun (pulun) tutularaq Cavabdeh xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İB-nin nümayəndəsi məhkəməyə elektron qaydada ərizə göndərərək iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək onun Cavabdehə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi. İddiaçı və Cavabdeh İB-nin nümayəndəsinin ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizələr əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli, 12 saylı Qərarının 5-ci bəndində göstərilmişdir ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1.2-ci bənd aşağıdakı redaksiyada verilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə Məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Cavabdeh Azəriqaz” İstehsalat Birliyinin iddia ərizəsi ilə bağlı ödəmiş olduğu 41,61 manat rüsum özünə qaytarılmalıdır. İddiaçı və Cavabdeh İB-nə yenidən məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1 və 170.3-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə Qərara aldı: İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “2120.70 manat borcun və 41.21 manat dövlət rüsumunun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. Cavabdeh Azəriqaz” İstehsalat Birliyinin iddia ərizəsi ilə bağlı ödəmiş olduğu 41,61 manat rüsum özünə qaytarılsın. İddiaçı və Cavabdeh İB-nə yenidən məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əhmədov Ceyhun
Məhkəmə qərarları › İş №e-2(075)-1413/2024
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1413/2024
19.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver