Məhkəmə qərarları › İş №e-2(075)-1430/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1430/2023

05.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1430/2023 05.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə İddia tələbinin dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Çox çətin, dözülməz yaşayışını nəzərə alaraq doğma atasının mirası olan və hal-hazırda 1/6 hissəsi onun mülkiyyətinə keçən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həyətyanı sahədən istifadə etməyinə cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin 17 mart 2011-ci il tarixli, 2(075)-170/2011 saylı, Şəki Apellysiya Məhkəməsinin 11 yanvar 2013-cü il tarixli 2(107)-188/2013, Şəki Rayon Məhkəməsinin 13 may 2013-cü il tarixli 2(075)-670/2013 saylı, 20 noyabr 2013-cü il tarixli, 2(075)-1685/2013, 12 mart 2015-ci il tarixli 2(107)- 24/2015 saylı işlərə hakimlər tərəfindən baxılaraq ona vərəsəlik, 1/6 hissə verilmişdir. Həmin qətnamə ilə həmin evin 1/6 hissəsi onun adına qeydə alınmışdır. Buna baxmayaraq qardaşının arvadı, cavabdeh X1 və qardaşı həmin evdə yaşamağına imkan verməyirlər. Ona 1/6 hissənin əvəzinə, mümkündürsə atasının mirasının hamısını, mümkün deyilsə heç olmasa 1 otaq və həyətin torpaq sahasi notarial qaydada onun adına keçməsini istəyir. Dəfələrlə evdən qaçmışdır, öz doğmaları ona şiddət, şaqqalanma, əziyyət etmiş, ermənilərdən fərqlənməmiş, qanını su yerinə axıtmış, çox körpə balalarını Qax uşaq xəstəxanasından oğurlayaraq Şəki dəlixanasında gizlətmişlər. Heç vaxt bir manat da olsa kömək, yardım etməmişlər. Körpələri tamamilə şikəst olmuşdur. Özü də hazırda sığınacaqda qalır, Qax onu eşitmir, kömək, yardım etmir. Çox çarəsizdir, çox çətinliklərdədir. O, 1957-ci ildə ünvan 1 ünvanında anadan olmuş və 1986-cı ildə Qax şəhərinə ərə getmişdir. Hal-hazırda boşanmışdır. Onun nə evi, nə şəraiti yoxdur. Lakin ünvan 3 ünvanında yaşayan qardaşı X4 ona 1/6 hissə payından istifadə etməyə imkan vermir, mane olur, qoymur. Hətta küçədən belə keçməyə həsrət qalmışdır. X8 birlikdə hərgün zəng vuraraq onu hədələmişlər. Əgər Qaxda sığınacaqda evdən küçəyə çıxaramsa, onu bir daha oğurlayıb yenidən Şəki dəlixanasına qoyacaqlarını, bildirmişlər. Ona görə də o aldığı 1/6 hissə payından bu günki günə qədər heç vaxt istifadə edə bilməmişdir. 12 yanvar 2023-cü ildə qardaşı X4 rəhmətə getmişdir. O, atasının mirasından, mirasından, qazdan, işıqdan, sudan tam istifadə edə bilməsi üçün evlərdən ona 1/6 hissənin mümkündürsə hamısını, mümkün olmazsa bir otaq və həyətin torpaq sahəsindən verilməsini və notarial qaydada onun adına keçirilməsini xahiş etmişdir. O, hələ də Qax rayonunda 1 nömrəli məktəbin həyətində sığınacqda yaşayır. Sığınacağının isə qazı, işığı, mətbəxi, suyu, qonşuları yoxdur, türmə, həbsxana həyatı keçirir, davam etmək, dözmək mümkün deyil. Nə qədər sənədlər, ərizələr versə də, Qax ona tam normal yaşayış evi vermir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, Cavabdeh onun atasından miras qalan evdən istifadə etməyinə imkan vermir. Evə gədə bilsə də, işıq və qazın kartları cavabdehdə olduğundan orada yaşamağı qeyri-mümkündür. Evin açarı maklerdədir. Halhazırda həmin ev satışdadır. Cavabdehdə evin satılmasına razıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddianı qəbul etmir. İddiaçının qardaşı Sahib evin satılmasına razılıq vermir. Hal-hazırda həmin evdə yaşamır. Ona həmin evdən payına düşən 10000 manat məbləğində pulu verərəsə evdən çıxmağa razıdır. Bundan sonra onun həmin evdə yaşamasında heç bir maneəcilik törətməyəcəkdir. Evin açarlarından biri özündə, digəri isə maklerdədir. Bütün bunları nəzərə alaraq qauni qərar çıxarılmasını məhkəmədən xahiş edir. İşin halları Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********25-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında 0,0492 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 33.7 kvadrtat metr olan fərdi yaşayış evi X5, X3, X6 və İddiaçı adlarına daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 93 nömrəli vərəqində qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 169.1-ci maddəsinin tələblərinə əsasən yalnız Mülki Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Avropa Məhkəməsi «Önəryıldız Türkiyəyə qarşı» qərarında xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsində «mülkiyyət anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın «hüquq» kimi tanınmaması, istərsə də, bu qanunlar tərəfindən həmin marağın «mülkiyyət hüququ» hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda «mülkiyyət» hesab edilməsinin qarşısını almır. Həmin qərarda Avropa Məhkəməsi həmçinin vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur və ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyət»ə bərabərdir. Ə.Ə.Axverdiyevin şikayəti üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli qərarının 73-cü paraqrafında qeyd edilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından mülkiyyət hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. X13 Məhkəməsinin bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, X14rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) qeyd olunmuşdur ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenimununun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi xx.xx.2002-ci ildən konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasını tanıyır. İnsan və vətəndaş hüquqları və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən insan hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüqüq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüqaqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan hüquqları üzrə Avropa məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Beləliklə məhkəmədə işdə olan sənədlərin bilavasitə tədqiqi zamanı aydın oldu ki, cavabdeh iddiaçının qardaşı yoldaşıdır. İddiaçının atası mərhum X2 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı və onun qardaşına miras qalmışdır. Cavabdeh iddiaçının 1/6 hissəsi onun mülkiyyətinə keçən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən istifadə etməsinə imkan vermir. İddiaçının özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən və fərdi yaşayış evindən sərbəst və maneəsiz istifadə hüququ olmasına baxmayaraq, cavabdeh sözü gedən fərdi yaşayış evinin açarlarını özündə saxlayaraq iddiaçıya istifadə etməsinə müəyyən maneələr yaradır. Odur ki, cavabdeh tərəfindən iddiaçının fərdi yaşayış evindən və torpaq sahəsindən istifadə etməsinə hər hansı maneələrin yaradılması onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilər. Ona görə də, məhkəmə iddiaçının evdən və torpaq sahəsindən istifadəsinə yaradılan maneələrin aradan qaldırılması ilə bağlı tələbini haqlı hesab edir və iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Yuxarıda göstərilən əsaslarla məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı atasının mirası olan və hal-hazırda 1/6 hissəsi onun mülkiyyətinə keçən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və həyətyanı sahədən yaşamağına və istifadə etməyinə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227.1 və 360cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. İddiaçı atasının mirası olan və hal-hazırda 1/6 hissəsi onun mülkiyyətinə keçən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində yaşamağına və həyətyanı sahədən istifadə etməyinə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar