Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1434/2020 29.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1204 manat pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30.40 manat dövlət rüsumu olmaqla, cəmi 1234.40 manat pulun ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkəti məhkəməyə iddia ərizəsi ilə birlikdə iddia təmin tədbiri ərizəsində Cavabdeh2 məxsus “VAZ-21074” markalı, **-BN-*** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin e-2(075)-1434/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, hazırkı iddia tələbinə baxılıb iş üzrə çıxarılacaq qətnamə qanuni qüvvəsini alanadək, «VAZ-21074» markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkəti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkəti məhkəməyə xx xxxxxxx 2020-ci il tarixdə ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iddiaçı ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkəti iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən AC150720 №-li şəhadətnamə ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasıüzrə sığortalanmış **-BN-*** dövlət qeydiyyat nişanlı “VAZ 21074” minik markalı avtomobil ilə “Ford Transit” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı və “Nissan Teana” minik markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobillər xx xxxxxx 2014-cü il tarixdə, saat 19:00 radələrində Şəki şəhəri, 20 yanvar küçəsində toqquşmuşdur. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 3(075)-15/2015 nömrəli Qərara əsasən **-BN-*** dövlət qeydiyyat nişanlı “VAZ 21074” minik markalı avtomobilin sürücüsü Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə edilməsinə görə təqsirli bilinmiş və İXM-in 152-2.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Ford Transit” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı və “Nissan Teana” minik markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobillərə maddi zərər dəymişdir. ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən keçirilmiş müvafiq qiymətləndirməyə əsasən hər iki avtomobilə dəymiş maddi zərərin ümumi məbləği 1204 (bir min iki yüz dörd) manat dəyərində müəyyənləşdirilmişdir. Bununla əlaqədar olaraq, 118/15 və 119/15 saylı işlərə dair sığorta aktları tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən 422 nömrəli və 948 nömrəli ödəniş tapşırıqlarına əsasən zərərçəkənlərin bank hesabına tam olaraq köçürülmüşdür. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi 1204 (bir min iki yüz dörd) manat məbləğində sığorta ödənişi ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən zərərçəkənə ödənildiyindən, ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 49.3-cü maddəsinin tələbinə görə, cavabdehlərdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, «VAZ-21074» markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı minik avtomobil Cavabdeh2 məxsusdur. Həmin avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmiş, xx xxxxxx 2014-cü il tarixdə, saat 19:00 radələrində “Ford Transit” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı və “Nissan Teana” minik markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə Şəki şəhəri, 20 yanvar küçəsində toqquşmuşdur. Qəza nəticəsində “Ford Transit” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı və “Nissan Teana” minik markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobillərə cəmi 1204 manat məbləğində ziyan dəymişdir. Lakin yol-nəqliyyat hadisəsi onun təqsiri nəticəsində baş verməmişdir. İddia tələbində göstərilən məbləği isə ödəməyə imkanı yoxdur. Bütün bunları nəzərə alaraq məhkəmədən qanuni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxxx 2014-cü il tarixli, AC seriyalı,150720 nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsindən görünür ki, VAZ 21074 markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkəti tərəfindən maddi zərərdən sığortalanmış və sığorta müddəti xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixədək müəyyən edilmişdir. Nəqliyyat vasitəsinin sahibi Cavabdeh2dur. xx xxxxxx 2015-ci il tarixli sığorta hadisəsinə dair qiymətləndirmə aktından görünür ki, “Ford Transit” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 504 manat (274 manat ehtiyat hissələri, 230 manat xidmət haqqı) müəyyən edilmişdir. ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkətinin xx xxxxxx 2015-ci il tarixli, İC AA 118/15 saylı işə dair sığorta aktından görünür ki, xx xxxxxx 2014-cü il tarixdə Cavabdeh1 sürücülük hüququ olmadan idarə etdiyi VAZ 21074 markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəki şəhəri 20 Yanvar küçəsində “Ford Transit” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. “xxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən zərərçəkən “Ford Transit” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1 504 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx xxxxxx 2015-ci il tarixli zərər aktından görünür ki, “Nissan Teana” minik markalı, **- TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 700 manat (160 manat ehtiyat hissələri, 540 manat xidmət haqqı) müəyyən edilmişdir. ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkətinin xx xxxxxx 2015-ci il tarixli, İC AA 118/15 saylı işə dair sığorta aktından görünür ki, xx xxxxxx 2014-cü il tarixdə Cavabdeh1 sürücülük hüququ olmadan idarə etdiyi VAZ 21074 markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəki şəhəri 20 Yanvar küçəsində “Nissan Teana” minik markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkəti tərəfindən zərərçəkən “Nissan Teana” minik markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Yunusov Tərlan Zöhrab oğluna 700 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 152-2.3-cü maddəsi ilə təqsirli bilinərək 1 ay müddətinə inzibati həbs edilmişdir. Məhkəmə iclasında verdiyi izahatında hadisəsini alkoqol sərxoşluğu vəziyyətində və sürücülük hüququ olmadan avtomobil idarə etdiyini, manevr etmə və ara məsafəsi saxlama qaydalarını pozduğunu görə “Ford Transit” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı və “Nissan Teana” minik markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşduğunu, hadisə yerində yayındığını etiraf etmişdir. xx xxxx 2020-ci il tarixli, 891 nömrəli pretenziya məktubunun təsdiq edilmiş surətindən görünür ki, ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkəti tərəfindən həyata keçirilən 1204 manat sığorta ödənişinin 7 gün ərzində ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkətinə ödənilməsi barədə Cavabdeh1 və Cavabdeh2 xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh1 tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində zərərçəkmişə vurulmuş zərərin əvəzi 1204 manat həcmində pul vəsaiti ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkəti tərəfindən ödənildiyindən iddiaçı təşkilatın Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı, 1097.1-ci və 1114-cü maddələrinin tələblərinə əsasən, mülki hüquq pozuntusunu törədən Cavabdeh1 və avtomobilin sahibi Cavabdeh2 oğlundan həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30.40 manat dövlət rüsumu cavabdeh Yusifov Elnur Əlövsət oğlundan tutularaq iddiaçı «xxxxxxx» Sığorta Şirkətinə ödənilməlidir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən iddianı təmin etmənin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi iddianı təmin etmənin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. Odur ki, qətnamə qanuni qüvvəsini aldıqdan sonra Şəki Rayon Məhkəməsinin e- 2(075)-1434/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə tətbiq edilmiş iddianın təmini tədbiri ləğv edilsin və Cavabdeh2 mülkiyyətində olan «VAZ-21074» markalı, **-BN- *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə qoyulmuş həbs götürülməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1204.00 manat sığorta ödənişi və iddia ərizəsinin verilməsi ilə bağlı 30.40 manat dövlət rüsumu olmaqla, cəmi 1234.40 manat Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkətinə ödənilsin. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Şəki Rayon Məhkəməsinin e-2(075)- 1434/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə tətbiq edilmiş iddianın təmini tədbiri ləğv edilsin və Cavabdeh2 mülkiyyətində olan «VAZ-21074» markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə qoyulmuş həbs götürülsün. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-1434/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1434/2020
29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver