Məhkəmə qərarları › İş №e-2(075)-1457/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1457/2024

13.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1457/2024 13.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə İddia tələbinin dəlilləri; Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Mediasiya reyestrində M- 00165 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X9 apardığı mediasiya prosesi nəticəsində mediator, özü və Cavabdeh arasında bağlanmış 17 aprel 2024-cü il tarixli barışıq sazişinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə Cavabdeh tərəfindən könüllü icra edilməyən 2.2ci bəndinin məcburi icra edilməsi üçün həmin barışıq sazişinin 2.2-ci bəndinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, onunla arvadı Cavabdeh arasında nikahın pozulması, uşağın himayədə saxlanılması və aliment barədə tələblər üzrə mediasiya prosesi zamanı 17 aprel 2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişində aşağıdakılar razılaşdırılmışdır. 2.1. İddiaçı və X11 aralarında 21 noyabr 2009-cu il tarixdə Şəki rayonu Qeydiyyat Şöbəsində bağlanmış nikahın onlara barışmaları üçün vaxt verilmədən məhkəmə qaydasında pozulmasına razıdırlar. 2.2. İddiaçı və X3 birgə nikahdan anadan olmuş uşaqları - xx.xx.2010-ci il təvəllüdlü X4, xx.xx.2013- cü il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X6 atası İddiaçı himayəsində və yanında saxlanılmasına hər iki tərəf İddiaçı və X11 razıdırlar. 2.3. İddiaçı və X3 birgə nikahdan anadan olmuş uşaqları - xx.xx.2010-ci il təvəllüdlü X4, xx.xx.2013- cü il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X6 atası İddiaçı himayəsində və yanında saxlanılmasına qarşlıqlı olaraq razılaşaraq İddiaçı, tərəflərin yuxarıda göstərilən birgə nikahdan olmuş uşaqları üçün, hazırda və gələcəkdə onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X1 aliment tələb etməyəcəkdir və bu şərtlə hər iki tərəf İddiaçı və X11 razıdırlar. 2.4. Əgər tərəflər bu sazişin 2.2. və 2.3. bəndlərində göstərilən tələb və öhdəlikləri pozarlarsa, hər iki tərəf İddiaçı və X11 yaranmış mövcud mübahisə üzrə yenidən mediasiyadan keçmək şərti ilə məhkəməyə müraciət edilməsinə qarşılıqlı olaraq razılaşaraq gələcəkdə öz üzərlərinə düşən müvafiq hərəkətlərin həyata keçirilməsində lazımi öhdəlikləri götürürlər. Lakin Cavabdehbarışıq sazişinin 2.2-ci bəndinin şərtlərinə riayət etmir. Belə ki, Cavabdeh barışıq sazişində uşaqların məndə qalması barədə razılaşma olmasına baxmayaraq uşaqları məndən tələb edir. Göründüyü kimi artıq barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmişdir İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Ərizəçi İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Lakin gəlməməsi barədə məhkəməyə xx.xx.2024-cü il tarixdə elektron ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə AR MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə AR MPM-nin 355-25.2-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları: İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiqi edilmiş; Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən 21 noyabr 2009-cu il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, nikahın bağlanması haqqında akt qeydlər kitabında xx.xx.2009-cu il tarixdə 501 nömrəli aktla nikahları rəsmiləşmişdir. Nikah bağlandıqdan sonra ərə Abdullayev arvada Abdullayeva soyadı verilmişdir. Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş 437 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2010-cu il tarixdə anadan olmuş X4 atası İddiaçı, anası Cavabdehdır. Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş 189 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2013-cü il tarixdə anadan olmuş X7 atası İddiaçı, anası Cavabdehdır. Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 983 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə anadan olmuş X6 atası İddiaçı, anası Cavabdehdır. Mediasiya Şurası tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, MŞŞ/MT- 018/2024-00576 nömrəli mediasiya prosesinə xitam verilməsi haqqında protokoldan görünür ki, mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edilməsi ilə bağlı mediasiya prosesinə xitam verilmişdir. Mediasiya Şurası tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, MŞŞ/MT- 018/2024-00576 nömrəli barışıq sazişindən görünür ki, barışıq sazişinin 2.1-ci bəndinə əsasən İddiaçı və Cavabdeh aralarında 21 noyabr 2009-cu il tarixdə Şəki rayonu Qeydiyyat Şöbəsində bağlanmış nikahın onlara barışmaları üçün vaxt verilmədən məhkəmə qaydasında pozulmasına razıdırlar. 2.2-ci bəndinə əsasən İddiaçı Məzahır oğlu və Cavabdeh birgə nikahdan anadan olmus uşaqları- xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdiú X6 atası İddiaçı himayəsində və yanında saxlanılmasına hər iki tərəf İddiaçı və Cavabdeh razıdırlar. 2.3-cü bəndinə əsasən İddiaçı və X8 birgə nikahdan anadan olmuş uşaqları xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdiú X6 atası X2 himayəsində və yanında saxlanılmasına qarşılıqlı olaraq razılaşaraq İddiaçı tərəflərın yuxarıda göstərilən birgə nikahdan olmuş uşaqları üçün, hazırda və gələcəkdə onların yetkinlik yaşına çatanadək saxlanımaları üçün Cavabdeh aliment tələb etməyəcəkdir və bu şərtlə hər iki tərəf İddiaçı və Cavabdeh razıdırlar 2.4-cü bəndinə əsasən Əgər tərəflər bu sazışın 2.2 və 2.3-cü bəndlərində göstərilən tələb və öhdəlikləri pozarlarsa, hər iki tərəf X10 və Cavabdeh yaranmiş mövcud mübahısə üzrə yenidən medasiyadan keçmək şərti ilə məhkəməyə müraciət edilməsinə qarşılıqlı olaraq razılaşaraq gələcəkdə öz üzərlərinə düşən müvafiq hərəkətlərin həyata keçirilməsində lazımi öhdəlikləri götürürlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin; 4.1-ci mаddəsinə əsаsən bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədi ilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəvə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 7-1-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələrin mediasiya vasitəsilə həlli “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Mediasiya Haqqında Azərbaycan Respublikası Qanununun: 26.1-ci maddəsinə əsasən Ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: 26.1.1. nikahın davam etdirilməsi şərtləri; 26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; 26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi; 26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası; 26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. 26.2. Nikah müqaviləsinə mediasiyaya dair şərtlər daxil edilə bilər. 26.3. Uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyini alır. 26.4. Əgər ailə münasibətlərindən irəli gələn mübahisələr zamanı uşağın normal böyüməsinə və inkişafına təhlükə yaradan, yaxud onun maraqlarına zərər vura bilən hallar mövcuddursa və ya belə halların yaranma ehtimalı olarsa, mediator bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməyə borcludur və mediator göstərilən işlər üzrə mediasiya prosesinin həyata keçirilməsindən imtina edə bilər. 26.5. Mediator uşağın böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməyə borcludur. 26.6. Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Məhkəmənin mövqeyi; Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunuş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixli, MŞŞ/MT-018/2024-00576 nömrəli barışıq sazişinin 2.2-ci bəndinə əsasən İddiaçı Məzahır oğlu və Cavabdeh birgə nikahdan anadan olmus uşaqları - xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdiú X6 atası İddiaçı himayəsində və yanında saxlanılmasına hər iki tərəf İddiaçı və Cavabdeh razılaşmışlar. Lakin ərizəçi iddia ərizəsində cavabdehin ondan uşaqları tələb etməsini bildirməsinə baxmayaraq hazırda Cavabdeh barışıq sazişinin tələblərinə əməl etməməyərək barışıq sazişinin könüllü icrasından boyun qaçırmasını, ümumiyyətlə uşaqların cavabdeh tərəfindən tələb edilməsinə dair hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda göstərilən qanunvericilik normasından da göründüyü kimi hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə Cavabdeh tərəfindən könüllü icra edilməyən 2.2-ci bəndinin məcburi icra edilməsi üçün həmin barışıq sazişinin 2.2-ci bəndinin təsdiq edilməsi tələbinə dair ərizəsi təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23 və 355-25-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizəçi İddiaçı Cavabdeh arasında bağlanmış 17 aprel 2024-cü il tarixli barışıq sazişinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə Cavabdeh tərəfindən könüllü icra edilməyən 2.2-ci bəndinin məcburi icra edilməsi üçün həmin barışıq sazişinin 2.2-ci bəndinin təsdiq edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar