Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1459/2025 21.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2340 (iki min üç yüz qırx) manat məbləğində pul vəsaitinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin əvvəlindən tanıdığı, Bakı şəhəri Səbail rayonunda yerləşən “The Gallery” restoranında barmen işləyən Cavabdeh iddiaçıya məxsus 2100 (iki min yüz) manat dəyərində olan “Tufan cub 50s” markalı mopedi satmağı və həmin pul vəsaitini ona verməsini İddiaçı xahiş etmiş, sözügedən məbləği həm kuryer, həmdə barmen işləyərək ödəyəcəyini vəd etmişdir. xx.xx.2022-ci il tarixdə əldə olunan razılığa əsasən, İddiaçı tam saz vəziyyətdə olan, “Tufan cub 50s” markalı mopedi dəbilqə ilə birlikdə Cavabdeh təhvil vermişdir. Razılaşmaya görə, Cavabdeh 6 ay ərzində (gündəlik 13 manatdan) hər ay 390 (üç yüz doxsan) manat məbləğində pul vəsaitini ödəməyi öhdəliyinə götürmüş, verdiyi vədə sadiq qalmamış, 3 ay ödəniş etməmiş, daha sonra hərbi xidmətə getmişdir. İddiaçı cavabdehlə dəfələrlə əlaqə saxlamağa çalışsa da, buna müvəffəq olmamış, mobil telefon nömrəsinə zəng etdiyi zaman nömrənin başqa şəxsə aid olduğu bildirilmişdir. İddiaçı aldadıldığı, etibarından sui-istifadə edildiyi qənaətinə gələrək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermiş, sözügedən şikayətə baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə yaxınlaşmağı bildirilmiş, mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Odur ki, iddiaçıya dəymiş zərərin əvəzi olaraq 2340 (iki min üç yüz qırx) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi xahiş edilir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh onunla iş yoldaşı olub, iddiaçı “The Gallery” restoranında qəlyançı, cavabdeh isə həmin restoranda barmen olaraq çalışmışlar. İddiaçının özünə məxsus olan mopedi olmuş, o həm də kuryer olaraq həmin mopedlə çatdırılma xidmətini həyata keçirmişdir. İddiaçı həmin mopedi cavabdehə 2022-ci ildə satmışdır. Razılaşmalarına görə Cavabdeh 6 ay ərzində (gündəlik 13 manatdan) hər ay 390 (üç yüz doxsan) manat məbləğində pul vəsaitini ödəməyi öhdəliyinə götürmüş, verdiyi vədə sadiq qalmamış, 3 ay ödəniş etməmiş, daha sonra hərbi xidmətə getmişdir. İddiaçı cavabdehlə dəfələrlə əlaqə saxlamağa çalışsa da, buna müvəffəq olmamış, mobil telefon nömrəsinə zəng etdiyi zaman nömrənin başqa şəxsə aid olduğu bildirilmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, cavabdeh mopedi ondan götürdükdən sonra təxminən 1 ay müddətində iş yerinə həmin mopedlə gedib-gəlmişdir, onun mopedi cavabdehə satmağını təsdiq edən iş yoldaşları var, onları məhkəmə iclasına şahid qismində dəvət edəcəkdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, AZ1146/********** nömrəli teleqramdan və xx.xx.2025-ci il tarixli elektron ərizədən göründüyü kimi, İddiaçı məhkəmə iclasının iştirak olmadan keçirilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, AZ1111/********** nömrəli teleqramdan göründüyü kimi, Cavabdeh məhkəmə iclasının iştirak olmadan keçirilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları; İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 086-806573-3122 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumata və 22-ci Polis Şöbəsinə ünvanlanmış müraciətə baxılmış, qeyd olunan xüsusatlar mülki xarakterli olduğu üçün müvafiq qanunvericiliyə əsasən, məhkəmə orqanlarına müraciət edilməsi məqsədə müvafiq hesab edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2.-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı özünə məxsus olmuş mopedi Cavabdeh aylıq hissə-hissə ödəmək şərti ilə satdığını iddia edir. Məhkəmə bildirir ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçı əşyanı alıcının, yəni iş üzrə cavabdehin mülkiyyətinə verməsini sübut etməli olduğu halda, məhkəməyə bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də məhz iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddia tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar və ya sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüssü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilmədiyindən, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəfəq Cəfərova
Məhkəmə qərarları › İş №e-2(075)-1459/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1459/2025
21.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver