Məhkəmə qərarları › İş №e-2(075)-1461/2022

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1461/2022

17.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1461/2022 17.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi İmanov Cahid Fehruz oğlu, Ərizəçi İddiaçı maraqlı şəxs X2rşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsini nəzərdən keçirib, Müəyyənetdim: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı adına verilmiş V-JQ (V-ЖГ) seriyalı 324026 nömrəli doğum haqqında şəhadətnamənin “adı, atasının adı” qrafasında kiril qrafikası ilə qeyd edilmiş “Camidin”, adının Şəki Rayon Qeydiyyat şöbəsi tərəfindən barəsində AZ-İİ seriyalı 135023 nomrəli ölüm haqqında şəhadətnamə verilmiş eyni şəxsin, yəni X1 adını ifadə etməsi faktınının müəyyən edilməsi, İddiaçı adına verilmiş V-JQ (V-ЖГ) seriyalı 324026 nömrəli doğum haqqında şəhadətnamənin “Ata anası” bölməsinin “Atası” qrafasında kiril qrafikası ilə qeyd edilmiş “Mukail” (müvafiq sistem məlumat bazasında “Mikail”), Rafiq Xəlilovun doğum faktına dair Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16 iyun 2020-ci il tarixli, 05/Q-707/70 nömrəli arayışın “Atası” bölməsində qeyd edilmiş “Mukaiboviç”, Fazil Xəilovun adına verilmiş İİ- JQ (İİ-ЖГ) seriyalı 374476 nömrəli doğum haqqında şəhadətnamənin “Ata anası” bölməsinin “Atası” qrafasında kiril qrafikası ilə qeyd edilmiş “Mukaiboviç”, Camidin Xəlilova aid Vİ-BM seriyalı 012657 nömrəli nikah haqqında şəhadətnamənin “adı və atasının adı” qrafasında kiril qrafikası ilə qeyd edilmiş “Mukaiboviç” adlarının Şəki Rayon Qeydiyyat şöbəsi tərəfindən barəsində AZ-İİ seriyalı 135023 nomrəli ölüm haqqında şəhadətnamə verilmiş eyni şəxsin, yəni X1 atasının adını ifadə etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri təhlil edərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsinin tələbləri rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi qaytarılır. Həmçinin həmin Məcəllənin 152.1.5-ci maddəsinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə də iddia ərizəsi qaytarılır. Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Göründüyü kimi iddiaçının tələbi qiymətləndirilməyən iddialar kateqoriyasına aiddir. Lakin ərizəçi ərizəsinə 100 manat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə etməmişdir. Bundan başqa məlumdur ki, məhkəmədə iddia icraatı qaydasında mülki işin başlanması üçün əsas olan iddia ərizəsidir ki, onun vasitəsilə fiziki və ya hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və təsdiqi üçün məhkəməyə müraciət edir. Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə dəqiq və aydın göstərilməlidir. Göründüyü kimi ərizəçi öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar, həmin halları onları təsdiq edən sübutların siyahısını iddia ərizəsinə əlavə etsə də qeyd edilən sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Lakin mülki prosessual qanunvericilik ərizəçi tərəfindən onun öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısını ərizəsinə əlavə edilməsini imperativ şəkildə göstərmişdir. Həmçinin ərizəçi ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilməməsi ilə bağlı halları əks etdirən sübutunu iddia ərizəsində göstərməmişdir. Belə ki, MPM-nin 150.3-cü maddəsinə görə iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. Həmçinin ərizəçi X3 müraciət edərək ərizəsində göstərilən məsələnin həll edilə bilməməsi ilə bağlı imtina məktubunu da ərizəsinə əlavə etməmişdir. Halbuki, MPM-nin 152.1.6-ci maddəsinə görə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə də iddia ərizəsi geri qaytarılır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 1.2-ci bəndində göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Göründüyü kimi ərizəçi müvafiq icra hakimiyyəti orqanına müraciət etməyərək belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydasına əməl etməmiş, müvafiq icra hakimiyyəti orqanlarının imtina məktubunu almadan ərizə ilə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, ərizəçi ərizənin forma və məzmununa riayət etməmiş və qanunvericiliyə müvafiq olaraq dövlət rüsumunun ödənilməsi haqqında qəbzi ərizəsinə əlavə etmədən məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə geri qaytarılmalı və ərizəçi İddiaçı göstərilənlərə əməl etməklə yenidən məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM.-nin 263.1, 264, 265-269cu maddələrini rəhbər tutaraq, Qəraraaldım: Ərizəçi İddiaçı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıa qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar