Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1481/2024 16.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi İddiaçı, maraqlı şəxs Cavabdeh iştirakları ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında Şəki 1 saylı mediasiya təşkilatında bağlanmış 25 sentyabr 2023-cü il tarixli MŞŞ/MT-018/2023- 02199 nömrəli barışıq sazişinin 2.1-ci bəndinin (İddiaçı ilə Cavabdeh oğlunun birgə yaşayışından anadan olmuş və yetkinlik yaşına çatmayan uşaqları 30 avqust 2020-ci il təvəllüdlü X8 oğlunun yetkinlik yaşına çatanadək saxlaılması üçün əvvəli 01 sentyabr 2023-cüil tarixdən hesablanmaqla hər ay üçün 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimenti hər növbəti ayın birinci beş günlüyündə İddiaçı ödənilməsini Cavabdeh oğlu öhdəsinə götürür və buna hər iki tərəf razıdır) hissəsinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh oğlu ilə 16 oktyabr 2010-cu il tarixdə Şəki rayon qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşdurlar. Birgə nikahlarından 19 yanvar 2012-ci il tarixdə X8 oğlu və 04 avqust 2013cü il tarixdə isə X5 anadan olmuşlar. Sonradan münasibtələri pozulmuş və Şəki rayon məhkəməsinin 2(075)-41/2015 nömrəli 12 yanvar 2015-ci il tarixli qətnaməsi ilə aralarında Şəki rayon qeydiyyat şöbəsində bağlanmış xx.xx.2010-cu il tarixli 386 nömrəli nikah pozulmuş, birgə nikahdan olan uşaqları 19 yanvar 2012-ci il təvəllüdlü X8 oğlu və 04 avqust 2013-cü il təvəllüdlü X5 onun himayəsində saxlanılmış və azyaşlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 65 manat olmaqla cəmi 130 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Sonradan o aliment məbləğinin artırılması barədə məhkəməyə ərizə ilə müraciət etmişdir . Şəki rayon məhkəməsinin 2(075)-350/2016 nömrəli 14 yanvar 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh 19 yanvar 2012-ci il təvəllüdlü X8 oğlu və 04 avqust 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilən aliment miqdarı artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 80 manat məbləğində müəyyən edilmişdir. Sonradan o Cavabdeh ilə barışmışdır, lakin onunla nikahlarını rəsmiləşdirməmişlər. Belə ki, Cavabdeh oğlu qeyri rəsmi nikahlarından xx.xx.2020-ci il tarixdə X6 adında uşaqları anadan olmuşdur. Belə ki, Cavabdeh ilə qeyri rəsmi nikahdan anadan olmuş xx.xx.2020-ci il təvəllüdlü X8 oğlu adlı uşaqlarına AZ-İ 403202 nömrəli 03 fevral 2021-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir. Sonradan Cavabdeh oğlu ilə münasibətləri pozulmuşdur. Belə ki, qeyri rəsmi nikahdan anadan olmuş xx.xx.2020-ci il təvəllüdlü X8 oğluna sabit pul məbləğində alimentin verilməsi ilə bağlı o Şəki 1 saylı mediasiya təşkilatına müraciət etmişdir. Şəki 1 saylı mediasiya təşkilatının 25 sentyabr 2023-cü il tarixli MŞŞ/MT- 018/2023-02199 nömrəli Barışıq Sazişinin 2.1-ci bəndinə əsasən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə yaşayışından anadan olmuş və yetkinlik yaşına çatmayan uşaqları 30 avqust 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 01 sentyabr 2023-cü il tarixdən hesablanmaqla hər ay üçün 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimenti hər növbəti ayın birinci beş günlüyündə İddiaçı ödənilməsini Cavabdeh öhdəsinə götürür və buna hər iki tərəf razıdır. Lakin həmin tarixdən uzun müddət keçməsinə baxmayaraq Cavabdeh oğlu uşağın saxlanılması üçün alimentin ödənilməsindən yayınır. Bununlada o barışıq sazişinin tələblərini pozur və barışıq sazişinin könüllü icrasından imtina edir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Cavabdeh izahat verərək bildirdi ki, hal-hazırda işsizdir. Aliment ödəməkdə çətinlik çəkir. Məhkəmədən qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 25 sentyabr 2023-cü il tarixli barışıq sazişindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahdan anadan olmuş uşaqları – 30 avqust 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 01 sentyabr 2023-cü il tarixdən hesablanmaqla hər ay üçün 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimenti hər növbəti ayın birinci beş günlüyündə İddiaçı ödəməsini Cavabdeh öhdəsinə götürmüş və buna hər iki tərəf razı olmuşlar. İş materiallarında olan Şəki regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 fevral 2021-ci il tarixli doğum haqqında şəhadtənamənin surətindən görünür ki, 30 avqust 2020-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 avqust 2016-cı il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah, nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 17 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunduqdan sonra arvada Qaffarova, ərə isə Qaffarov soyadı verilmişdir. İş materiallarında olan Şəki regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 403202 nömrəli 03 fevral 2021-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh 30 avqust 2020-ci il tarixdə anadan olmuş X4 atası hesab edilməsi 03 fevral 2021-ci ildə 34 nömrəli aktla qeyd edilmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-41/2015 saylı, 12 yanvar 2015-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 16 oktyabr 2010-cu il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində bağlanmış 386 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları – 19 yanvar 2012-ci il təvəllüdlü X1 və 04 avqust 2013-cü il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılması, 19 yanvar 2012-ci il təvəllüdlü X1 və 04 avqust 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanədək saxlanılması üçün cavabeh Cavabdeh hər ay sabit pul məbləğində 65 manat olmaqla cəmi 130 manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi və alimentin tutulmasının əvvəli 10 oktyabr 2014-cü il tarixdən hesablanması qət edilmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-350/2016 saylı, 14 yanvar 2016-cı il tarixli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahdan olan uşaqları 19 yanvar 2012-ci il təvəllüdlü X1 və 04 avqust 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanədək saxlanılması üçün cavabeh Cavabdeh alınaraq İddiaçı verilən alimen miqdarının artırılaraq hər ay hər bir uşaq üçün sabit pul məbləğində 80 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. MPM-in 355-25-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəvə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Göründüyü kimi barışıq sazişinin təsdiq edilməsindən imtina edilən hissəsi təsdiq edilən hissədən ayrılması mümkündür və həmin hissənin barışıq sazişinin digər hissəsi ilə bağlılığı yoxdur. X2 34-cü maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən ödilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icrası olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23 və 355-25-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında 22 noyabr 2022-ci il tarixli barışıq sazişinin 2.1-ci bəndi təsdiq edilsin. 2.1. İddiaçı ilə Cavabdeh birgə nikahdan anadan olmuş uşaqları – 30 avqust 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 01 sentyabr 2023-cü il tarixdən hesablanmaqla hər ay üçün 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimenti hər növbəti ayın birinci beş günlüyündə İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1481/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1481/2024
16.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver