Məhkəmə qərarları › İş №e-2(075)-1489/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1489/2023

07.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1489/2023 07.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi ilə Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 30 iyul 2022-ci il tarixli barışıq sazişinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə Cavabdeh tərəfindən könüllü icra edilməyən 2.1.3-cü bəndinin məcburi icrası edilməsi üçün həmin barışıq sazişinin 2.1.3-cü bəndinin təsdiq edilməsi və iddia tələbi ilə bağlı ödədiyi 100 manat dövlət rüsumunun maraqlı şəxs Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onunla maraqlı şəxs Cavabdeh arasında bağlanmış nikahın pozulması, birgə nikahdan anadan olmuş uşaqlarının himayədə saxlanılmaları, aliment, uşaqla görüş və əmlak tələbi barədə aparılmış mediasiya prosesi zamanı barədə 30 iyul 2022-ci il tarixli barışıq sazişi bağlanmışdır. 30 iyul 2022-ci il tarixli barışıq sazişinə əsasən Cavabdeh birgə nikahdan anadan olmuş uşağının 18 yaşına çatanadək saxlanılması üçün 01 avqust 2022-ci il tarixdən hesablanmaqla hər ay 180 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh barışıq sazişinin şərtlərinə riayət etməmişdir. Artıq barışıq sazişinin könüllü icrası üçün müəyyən olunmuş müddət keçmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Ərizəçi İddiaçı elektron kabinet vasitəsi ilə ərizə ünvanlayaraq, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 30 iyul 2022-ci il tarixli barışıq sazişinin surətindən görünür ki, tərəflərin qarşılıqlı razılığı əsasında bağlanmış barışıq sazişinin 2.1.3-cü bəndində tərəflərin birgə nikahlarından anadan olmuş 03 yanvar 2006-cı il təvəllüdlü X1 18 yaşına çatanadık saxlanılması üçün 01 avqust 2022-ci il tarixdən başlayaraq hər ay 180 manat alimentin İddiaçı hər ayın son ongünlüyündə rəsmi olaraq ödəməsinə hər iki valideyn razıdırlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər 05 yanvar 2006-cı il tarixdə Şəki rayonu Qayabaşı kənd İcra Nümayəndəliyində nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 03 yanvar 2006-cı il təvəllüdlü X2 anadan olmuşdur. Tərəflər münasibətləri uyğun gəlmədiyindən ayrılmaq qərarına gəlmişlər. Aralarda bağlanmış nikahın pozulması və digər tələblərlə bağlı Mediasiya Şurasına müraciət etmiş və 30 iyul 2022-ci il tarixdə barışıq sazişi bağlamışlar. Barışıq sazişinin şərtlərinə əsasən tərəflərin birgə nikahlarından 03 yanvar 2006-cı il tarixdə anadan olmuş uşağı X2, İddiaçı himayəsində saxlanılmışdır. Eyni zamanda barışıq sazişinin şərtlərinə əsasən tərəflərin birgə nikahlarından anadan olmuş 03 yanvar 2006-cı il təvəllüdlü X1 18 yaşına çatanadık saxlanılması üçün 01 avqust 2022-ci il tarixdən başlayaraq hər ay 180 manat aliment Cavabdeh tərəfindən İddiaçı ödənilməlidir. Hazırda iddiaçı, cavabdehin barışıq sazişinin şərtlərinə əməl etmədiyini, müəyyən olunmuş alimenti ödəmədiyini iddia edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Mediasiya Haqqında Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə hesab edir ki, 30 iyul 2022-ci il tarixli barışıq sazişinin 2.1.3-cü bəndi, yəni 03 yanvar 2006-cı il təvəllüdlü X1 18 yaşına çatanadık saxlanılması üçün 01 avqust 2022ci il tarixdən başlayaraq hər ay 180 manat alimentin Cavabdeh tərəfindən İddiaçı hər ayın son ongünlüyündə rəsmi olaraq ödənilməsi hissəsi Azərbaycan Respublikası qanunvericiliyinə uyğun bağlanmış, sazişdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26-cı maddəsində sadalanmış halların olması müəyyən edilmir, saziş “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununa zidd deyil və sazişin təsdiq edilməsindən imtina olunması üçün heç bir əsas yoxdur. Məhkəmə araşdırmasında müəyyən edilmiş hallardan da görünür ki, maraqli şəxs Cavabdeh 30 iyul 2022-ci il tarixdə bağlanmış barışıq sazişinin 2.1.3-cü bəndini könüllü icra etməkdən imtina edir, bu səbəbdən də barışıq sazişinin məcburi icra edilməsi üçün onun məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında bağlanmış 30 iyul 2022-ci il tarixli barışıq sazişinin 2.1.3-cü bəndi, yəni 03 yanvar 2006-cı il təvəllüdlü X1 18 yaşına çatanadık saxlanılması üçün 01 avqust 2022-ci il tarixdən başlayaraq hər ay 180 manat alimentin Cavabdeh tərəfindən İddiaçı hər ayın son ongünlüyündə rəsmi olaraq ödənilməsi hissəsi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ərizəçi İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu maraqlı şəxs Cavabdeh aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında bağlanmış 30 iyul 2022-ci il tarixli barışıq sazişinin 2.1.3-cü bəndi, yəni 03 yanvar 2006-cı il təvəllüdlü X1 18 yaşına çatanadık saxlanılması üçün 01 avqust 2022-ci il tarixdən başlayaraq hər ay 180 manat alimentin Cavabdeh tərəfindən İddiaçı hər ayın son ongünlüyündə rəsmi olaraq ödənilməsi hissəsi təsdiq edilsin. Maraqlı şəxs Cavabdeh 100 manat dövlət rüsumu alınaraq ərizəçi İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar