Məhkəmə qərarları › İş №e-2(075)-15/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-15/2021

08.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-15/2021 08.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, iddiaçı «xxxx» ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 Niyazi qızı və Cavabdeh2 qarşı «əmlakın boşaldılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 Niyazi qızı və Cavabdeh2 Şəki şəhəri, Qurcana küçəsində 0.06 ha torpaq sahəsində yerləşən birmərtəbəli, üçotaqlı, 77 kv.m yaşayış, 43.9 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evindən məcburi çıxarılmaları, onların istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsinin boşaldılması və 20 (iyirmi) manat dövlət rüsumunun cavabdehlərdən alınaraq «xxxx» ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə işə baxılarkən Cavabdeh2 12 fevral 2020-ci il tarixdə vəfat etdiyi müəyyən edilmişdir. İddiaçı ASC iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə “xxxx” MMC arasında 25 iyul 2012-ci il tarixli, 101344-1-3147 saylı Baş kredit müqaviləsi bağlanmışdır. Buna görə də “xxxx” MMC ilə İddiaçı ASC arasında bağlanmış 101344-1- 3147/1 saylı, 25 iyul 2012-ci il tarixli Kredit müqaviləsi”nə əsasən “xxxx” MMC-yə 36 ay müddətinə illik 12.5 faiz hesablanmaqla 1.500.000 AZN və ya ABŞ dollarında ekvivalenti məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 tam mülkiyyət hüququ ilə məxsus olan Şəki şəhəri, Qurcana küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 77 kv.m yaşayış, 43.9 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi 101344-1- 1275 saylı 09 avqust 2011-ci il tarixli ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Lakin borclu şəxs öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində onun Banka 101344-1-3147/1 saylı, 25 iyul 2012-ci il tarixli müqavilə üzrə ümumilikdə 1395013.72 AZN məbləğində borcu qalmışdır. Bank tərəfindən kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsinə, tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 avqust 2014-cü il tarixli, 2(011)-2142/2014 saylı qətnaməsi ilə cavabdehdən 101344-1-3147/1 saylı, 25 iyul 2012-ci il tarixli müqavilə üzrə ümumilikdə isə 1 461 043.89 (bir milyon dörd yüz altmış bir min qırx üç manat səksən doqquz qəpik) AZN məbləğində pulun tutulması və qeyd olunan ipoteka predmetinin ilkin satış qiyməti 100 000 (yüz min manat) AZN müəyyən edilməklə Şəki şəhəri, Qurcana küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 77 kv.m yaşayış, 43.9 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08.05.2015-ci il tarixli 2(103)-532/2015 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 avqust 2014-cü il tarixli, 2(011)- 2142/2014 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 sentyabr 2015-ci il tarixli, 2(102)- 4302/2015 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 08 may 2014-cü il tarixli, 2(103)- 532/2015 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bank qarşısında ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tutma yönəldilməsinə dair qətnamə qanuni qüvvəsini almış, icraya yönəldilmiş, həmin əmlak barəsində məcburi icra hərəkətləri həyata keçirilmiş və satılması üçün açıq hərraca çıxarılmışdır. «Daşınar və Daşınmaz Əmlakların Satışı X8» MMC tərəfindən verilmiş 14 mart 2016-cı il tarixli, 23/05 saylı hərracın nəticələri haqqında protokola əsasən ipoteka predmeti olan fərdi yaşayış evini İddiaçı əldə etmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX ******* saylı çıxarışa əsasən mənzil üzərində İddiaçı ASC-nin mülkiyyət hüquqları tanınmışdır. Lakin cavabdehlər həmin fərdi yaşayış evini könüllü olaraq boşaltmır. Odur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ddiaçı «xxxx» ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 iddianı müdafiə etdiyini bildirdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Niyazi qızı məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan 02 sentyabr 2014-ci il tarixdə qanuni qüvvəyə minmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 avqust 2014-cü il tarixli, 2(011)-2142/2014 saylı qətnaməsi əsasında 22 sentyabr 2014-cü il tarixdə verilmiş icra vərəqəsindən görünür ki, həmin icra vərəqəsinə əsasən 1 329 763.30 (bir milyon üç yüz iyirmi doqquz min yeddi yüz altmış üç manat otuz qəpik) manat məbləğində əsas borc, 128.505.59 (bir yüz iyirmi səkkiz min beş yüz beş manat əlli doqquz qəpik) manat məbləğində faiz borcu, 2500 (iki min beş yüz) manat məbləğində cərimə, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, həmçinin ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 245.00 (iki yüz qırx beş) manat məbləğində dövlət rüsumu və xidmət haqqı, cəmi 1461043,89 (bir milyon dörd yüz altmış bir min qırx üç manat səksən doqquz qəpik) borcun cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı ASC-yə ödənilməsi, tələbin aşağıda göstərilən əmlaklara yönəldilməklə-xüsusi mülkiyyət hüququ ilə Cavabdeh3 Niyazi qızına məxsus olan Səki rayonu, Kiş kəndində, istifadədə olan 0.0139 ha torpaq sahəsində yerləşən 273.9 kvadrat metr ümumi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti 219.100 (iki yüz on doqquz min yüz) manat olmaqla, X1 xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən 60.0 kvadrat metr ümumi sahədən ibarət 36/37 saylı mənzilin ilkin satış qiyməti 229.000 (iki yüz iyirmi doqquz min) manat olmaqla, Cavabdeh3 Niyazi qızına məxsus olan Şəki şəhəri, Mahmud Əliyev küçəsində mülkiyyətində olan 0.0132 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 85.5 kvadrat metr yaşayış, 4.3 kvadrat metr qeyri-yaşayış, 210.9 kvadrat metr köməkçi sahədən ibarət 55 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 320.000 (üç yüz iyirmi min) manat olmaqla, Cavabdeh1 tam mülkiyyət hüququ ilə məxsus olan Şəki şəhəri, Qurcana küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 77 kvadrat metr yaşayış, 43.9 kvadrat metr köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 100.000 (bir yüz min) manat olmaqla, X3 tam mülkiyyət hüququ ilə məxsus olan Şəki şəhəri, X5 prospektində istifadədə olan 0.006 ha torpaq sahəsində yerləşən, 61.3 kvadrat metr ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiyməti 268.000 (iki yüz altmış səkkiz min) manat olmaqla, Cavabdeh1 tam mülkiyyət hüququ ilə məxsus olan Şəki şəhəri, Mikayıl Müşfiq küçəsində, mülkiyyətində olan 0.0032 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 3 girişi, 68.22 kvadrat metr ümumi, 56.61 kvadrat metr əsas, 11, 61 kvadrat metr köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası mağaza) və torpaq sahəsinin ilkin satış qiyməti 160.000 (bir yüz altmış min) manat olmaqla, Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 2i ünvanında 0.451247 ha torpaq sahəsində yerləşən 246.9 kvadrat metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə və torpaq sahəsinin ilkin satış qiyməti 788.000 (yeddi yüz səksən səkkiz min) manat olmaqla, Cavabdeh3 Niyazi qızına tam mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində istifadədə olan 0.03623 ha torpaq sahəsində yerləşən 40 nömrəli, 5 mərtəbəli binada 59,8 kvadrat metr ümumi, 40.6 kvadrat metr yaşayış sahəsindən ibarət 2 otaqlı 13 nömrəli mənzilin ilkin satış qiyməti 100.000 (bir yüz min) manat olmaqla açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına cavabdeh "xxxx" MMC-nin İddiaçı ASC-yə olan borcunun ödənilməsi qərara alınmışdır. İşdə olan “Daşınar və Daşınmaz Əmlakların Satışı X8” MMC-nin 14 mart 2016-cı il tarixli, 23/05 saylı “Hərracın yekunları barədə Protokolundan görünür ki, X2 mülkiyyətində olan və ilkin satış qiyməti 100000 manat müəyyən edilmiş Şəki şəhəri, Qurcana küçəsində 0.06 ha torpaq sahəsində yerləşən birmərtəbəli, üçotaqlı, 77 kv.m yaşayış, 43.9 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi 63750 manata İddiaçı ASC-yə satılmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 07 sentyabr 2016-cı il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Şəki şəhəri, Qurcana küçəsində 0.06 ha torpaq sahəsində yerləşən birmərtəbəli, üçotaqlı, 77 kv.m yaşayış, 43.9 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi İddiaçı ASC-nin adına qeydə alınmışdır. İşdə olan Elektron Məhkəmə Portalından çıxarışdan gğrünür ki, Cavabdeh2 12 fevral 2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, cavabdehin İddiaçı ASC-yə olan borcu ilə əlaqədar qanuni qüvvəyə minmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 avqust 2014cü il tarixli, 2(011)-2142/2014 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə cavabdeh X2 mülkiyyətində olan Şəki şəhəri, Qurcana küçəsində 0.06 ha torpaq sahəsində yerləşən birmərtəbəli, üçotaqlı, 77 kv.m yaşayış, 43.9 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi ilkin satış qiyməti 100000 manat müəyyən edilməklə hərraca çıxarılmış, lakin hərrac baş tutmamışdır. Hərrac baş tutmadığından ipoteka predmeti olan həmin fərdi yaşayış evi tələbkar İddiaçı ASC-yə təklif edilmişdir. İddiaçı ASC də alıcı qismində iştirak etmiş və “Daşınar və Daşınmaz Əmlakların Satışı X8” MMC tərəfindən 16 yanvar 2015-ci il tarixdə keçirilmiş hərracın nəticələri haqqında 05/02 nömrəli yekun protokola əsasən X2 mülkiyyətində olan və ilkin satış qiyməti 100000 manat müəyyən edilmiş Şəki şəhəri, Qurcana küçəsində 0.06 ha torpaq sahəsində yerləşən birmərtəbəli, üçotaqlı, 77 kv.m yaşayış, 43.9 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi 63750 manata İddiaçı ASC-yə satılmışdır. Hal-hazırda həmin fərdi yaşayış evi İddiaçı ASC-nin adınadır. Bununla bağlı İddiaçı ASC-nin adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 07 sentyabr 2016-cı il tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İş üzrə cavabdeh mübahisə predmeti olan, Şəki şəhəri, Qurcana küçəsində 0.06 ha torpaq sahəsində yerləşən birmərtəbəli, üçotaqlı, 77 kv.m yaşayış, 43.9 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evini könüllü olaraq boşaltmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Niyazi qızı isə məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya qarşı hər hansı bir münasibət bildirməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən də hər bir fiziki və hüquqi şəxsin öz mülkiyyətindən maneəsiz istifadə hüququ (nəzərdə tutulmuşdur) müəyyən edilmişdir. Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixdə qüvvəyə minmiş MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququ və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Göründüyü kimi İddiaçı ASC həmin fərdi yaşayış evinin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Niyazi qızı İddiaçı ASC-yə məxsus fərdi yaşayış evini könüllü olaraq boşaltmamaqla iddiaçının mülkiyyətində olan öz əmlakından istifadə etməsi ilə bağlı müəyyən çətinliklər yaradır. Cavabdehlər məlum olmayan səbəblərdən həmin fərdi yaşayış evindən çıxmaqdan yayınırlar. Nəticədə isə iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüquqları pozulur. Təqdim olunmuş iş materiallarından da görünür ki, mübahisə predmeti olan fərdi yaşayış evi 14 mart 2016-cı il tarixli, 23/05 saylı hərracın yekunları üzrə protokol əsasında aparılmış əmlakın alqı-satqısı barədə müqavilə əsasında İddiaçı ASC-nin adına qeydiyyata alınmaqla onun mülkiyyətindədir. Cavabdehlərin həmin fərdi yaşayış evi üzərində hər hansı bir hüquqlarının qalması müəyyən edilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Həmidova X4 şəhəri, Qurcana küçəsində 0.06 ha torpaq sahəsində yerləşən birmərtəbəli, üçotaqlı, 77 kv.m yaşayış, 43.9 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaqla onların istifadə hüquqlarına xitam verilməli və yaşayış sahəsi boşaldılmalı, 10 (on) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Niyazi qızından alınaraq İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia tələbinin Cavabdeh2 münasibətdə xitam verilməsinə dair Şəki Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qərardadı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Şəki Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qərardadı ilə artıq ödənilmiş 10 (on) manat dövlət rüsumunun dövlət büdcəsindən İddiaçı ASC-yə qaytarılmasının qərara alınması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Həmidova X4 şəhəri, Qurcana küçəsində 0.06 ha torpaq sahəsində yerləşən birmərtəbəli, üçotaqlı, 77 kv.m yaşayış, 43.9 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaqla onların istifadə hüquqlarına xitam verilsin və yaşayış sahəsi boşaldılsın. 10 (on) manat dövlət rüsumu Cavabdeh1 və Cavabdeh3 Niyazi qızından alınaraq İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbinin Cavabdeh2 münasibətdə xitam verilməsinə dair Şəki Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qərardadı nəzərə alınsın. Şəki Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qərardadı ilə artıq ödənilmiş 10 (on) manat dövlət rüsumunun dövlət büdcəsindən İddiaçı ASC-yə qaytarılmasının qərara alınması nəzərə alınsın. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar