Məhkəmə qərarları › İş №e-2(075)-15/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-15/2024

26.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-15/2024 26.09.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçının miras üzrə vərəsəsi X48 Cavabdeh2 iştirakları ilə, İddiaçı Əlyəsər oğlunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı payın naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi; İddia tələbinin dəlilləri; İddiaçı Əlyəsər oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi birgə paylı mülkiyyətdə olan ********** və ********** qeydiyyat nömrəli çıxarışlar üzrə düşən 2/3 hissə olan yaşayış evinin naturada ayrılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi Ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, **********09 reyester nömrəsi çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 0,2327 hektar torpaq sahəsi, X17, X7 və İddiaçı paylı mülkiyyətindədir. Eyni zamanda Şəki Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 2(107)-75/2009 nömrəli qətnaməsinə əsasən 4061 nömrəli şəxsi mülkiyyət hüququ ilə evlərin invertizasiyasa və qiymətləndirilməsinə dair pasporta əsasən evin bir hissəsi 2 saylı ev kimi mərhum əmisi Ələsgər Yusifovun adına qeydə alınmışdır və torpaq sahəsi isə 453,15 kvadrat metr təşkil edir. X6 1971-ci il tarixdə dünyasını dəyişmişdir və onun vərəsələri olan X10 1980-cı il tarixdə və həyat yoldaşı X49 isə 1996-cı il tarixdə dünyalarını dəyişmişdirlər. Həmin qətnamə ilə evin üçüncü şəxslər mərhum X8 hazırda varisi Cavabdeh2 və X11 ataları Əliəfsər Ələkbərova düşən sahəsi 31 kvadrat metr olan, torpaq sahəsi 0,10 hektar təşkil edən digər bir hissəsi birincilər arasında bölünmüşdür. Həmin qətnamədən görünür ki, 4063 nömrəli şəxsi mülkiyyət hüququ ilə evlərin invertizasiya və qiymətləndirilməsinə dair pasporta əsasən, evin bir hissəsi 2B saylı ev kimi mərhum atası Əlyəsər Yusifovun adına qeydə alınmış, sahəsi 42,3 kvadrat metr olan evdən ibarətdir və torpaq sahəsi 999,5 kvadrat metr təşkil edir. O, paylı mülkiyyətçi kimi öz torpaq sahəsinin naturada ayrılaraq ona verilməsini istəyir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, **********09 reyester nömrəli çıxarışdan görünür ki, Şəki şəhəri Bağbanlar küçəsində yerləşən 0,2327 hektar torpaq sahəsinin 2/3 hissəsi ümumi birgə mərhum X24, 1/3-nin 2/4 hissəsi Cavabdeh1, 1/3-nin 2/4 hissəsi mərhum X8 adlarına paylı mülkiyyət hüquqi ilə qeydiyyata alınmışdır. Qeyd edilən torpaq sahəsindan iddiaçının payının naturada ayrılmasının mümkün olub olmamasının dəqiqləşdirilməsi ilə bağlı məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 29 iyun 2017-ci il tarixli, 8631 nömrəli ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində qeyd edilənləri, o cümlədən mülki iş materiallarında olan və baxış zamanı əldə olunmuş məlumatları nəzərə alaraq, Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən, iş üzrə tərəflərin birgə mülkiyyətlərində olan həyətyanı torpaq sahəsindən İddiaçı Əlyəsər oğlunun 2/3 payına düşən hissənin naturada ayrılıb bölünməsinin Azərbaycan Respublikası Tikinti Normaları 2.6.1-nin “Şəhər qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”- nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Bölgü nəticəsində iş üzrə iddiaçının sərəncamına düşən faktiki sahəsinin 1090,0 kvadrat metr təşkil etdiyini nəzərə alaraq ona çatacaq 2/3 paydan 461 kvadrat metr (1551-1090) sahənin az düşdüyü müəyyən olunmuşdur. Mərhum əmisi X42 ilə ümumi birgə 2/3 hissə torpaq sahəsinin 461 kvadrat metrini üçüncü şəxs X11 qeyriqanuni olaraq istifadəsindədir. Mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı Əlyəsər oğlunun iddia tələbi təmin edilmiş, RX seriyalı, çıxarışa əsasən paylı mülkiyyətdə olan torpaq sahəsindən müvafiq sxemə uyğun olaraq torpaq sahəsinin naturada ayrılması qət edilmiş, müvafiq qətnamədə naturada ayrılmış torpaq sahəsinin İddiaçı Əlyəsər oğlu və X25 payları kimi tanınaraq adlarına qeydiyyata alınmalı olduğu göstərilmişdir. Qarşı tərəflərin vermiş olduğu apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin 31 yanvar 2018-ci il tarıxli, 2(107)-258/2018 saylı qətnaməsi ilə Şəki Rayon Məhkəməsinin 11 oktyabr 2017-ci il tarıxli, 2(075)-377/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmış, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəmənin 14 iyun 2018-ci il tarıxli 2(102)-3827/2018 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 31 yanvar 2018-ci il tarıxli 2(107)-258/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Birinci inistansiya məhkəməsindən başlayaraq, Şəki Apellyasiya Məhkəməsi və Ali Məhkəmənin mövcud qərar və qətnamələri olmasına baxmayaraq iddia mahiyyəti dəyişdirilərək yəni 17 iyun 2016-cı il tarixli adına verilmiş vərəsəlik hüququ barədə şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair yüksək inistansiya məhkəmələrinin mövcud olan qərar və qətnamələrini heçə sayaraq eyni mativli iş üzrə vərəsəlik hüququnu ləğv edərək qərəzlı qətnamə çıxarmışdır. Ona görədə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək pozulan hüquqlarının bərpa edilməsi və eyni zamanda cavabdehin hərəkətlərinə son qoyulması barədə müvafiq qətnamə qəbul edilməsinin zəruri olduğunu düşünür. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh2 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddia əsassızdır və yanlışdır. Buna görə iddia tələbi rədd edilməlidir. İddiaçı ərizəsində qeyd etdiyi çıxarışlar yalnız torpaq sahəsinə aiddir və ev ilə bağlı heç bir iddia tələbi irəli sürülə bilməz. Şəki Apelllyasiya Məhkəməsi 04 avqust 2009 cu il 2(107)-75/2009 nömrəli qətnaməsində X12 miras qalmış ünvan 2 ünvanda yerləşən 31 kv.metr olan ev və 918,80 kv.metr torpaq sahəsi X9, digər hissəsi olan 22,5 kv.metr olan ev və 453,15 kv.metr torpaq sahəsi isə X4 verilmişdir. Belə ki, mülki mübahisə predmeti olan (Şəki şəhəri nuxa məhəlləsi bağbanlar küçəsi dalan 3 ev 1, dalan 3 ev 2 və dalan 3 ev 3 saylı ünvanlarda yerləşən) mirasın ümumi həyətyanı torpaq sahəsi 0,2327 hadan ibarətdir və həmin torpaq sahəsinin üzərində yerləşən ev 1, ev 2 və ev 3 birgə mülkiyyət hüququ ilə X30, X38 və X18rının olub. Həmin torpaq sahəsi faktiki 0,26 hadan ibarətdir. 1961-ci ildə Nuxa Sovetinin Kommunal Təsərrüfatı idarəsi tərəfindən Yusifov Əliəfsər, Əliəsgər və Əliyəsər qardaşlarının adına həmin torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən evlərə pasportlar verilmiş və hər bir qardaşın qanuni şəkildə payları bölünmüşdür. Yusifov Əliəsgərin adına verilmiş 4061 saylı texniki pastportla ona 453,15 kv.metr torpaq sahəsi, Yusifov Əliəfsərin adına verilmiş 4062 saylı texniki pastportla ona 918,80 kv.metr torpaq sahəsi, Yusifov Əliyəsərin adına verilmiş 4063 saylı texniki pastportla onun adına 999,5 kv.metr torpaq sahəsi verilmişdir. X36 1971-ci ildə vəfat etmişdir. Yusifov Əliəsgərin ölümündən sonra həyat yoldaşı X49 mirası ərinə düşən hissəsini faktiki qəbul etmiş və idarə etmişdir, daha sonra ölən gününə qalmış özünə məxsus olan əmlakını xx.xx.1989-cu il tarixdə 20/1817 reyestr nömrəli vəsiyətnamə ilə qaynı X1 verilməsini vəsiyyət etmişdir. X31 həmin vəsiyyətnamə əsasında 15 aprel 1998-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnamə qüvvədədir. X47 Mahir ilə birləşərək 2004-cü ilə rəhmətə gedən qaynatası Yusifov Əli əfsər Ələkbər oğlunun mülkününün bir hissəsini saxta yolla İddiaçı üzərinə qeyd eləməklə sahiblənmək məqsədi ilə xx.xx.2016 ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə alaraq plan qurmuş və həmin saxta şəhadətnamənin şoku nəticəsində ağır stress keçirən yoldaşı Əliəkbərov Əsabəli 2017-ci ildə vəfat etmişdir. İddiaçının söz etdiyi Şəki Apelllyasiya Məhkəməsinin 04 avqust 2009 cu il tarixli, 2(107)75/2009 nömrəli qətnaməsində 4,2 kv.metr sahənin dəyəri 1428 manat pul (qaynı) Əliəkbərov Əliövsətə ödənilməklə 03 avqust 2012 ci il tarixli, ******* nömrəli çıxarışı verilmişdir. Çıxarışa əsasən yoldaşı Əliəkbərov Əsabəliyə 0,101 ha torpaq sahəsi və ümumi sahəsi 87.29 kv.metr olan 30.94 kv.metr yaşayış sahəsi verilmişdir. Mülki mübahisə predmeti olan mirasın ümumi həyətyanı torpaq sahəsi, DƏDRX-nin 12 saylı ərazi idarəsi tərəfindən xx.xx.2014-cü il tarixində verilmiş çıxarışla Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən 0.2327 ha həyətyanı torpaq sahəsi X13, X14 və X15 ümumi birgə mülkiyyətinə rəsmiləşdirilmişdir. DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixində verilmiş çıxarışla isə Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən 0.2327 ha həyətyanı torpaq sahəsinin 2/3 hissəsi X14 və X15 ümumi birgə, 1/3 hissənin 2/4 hissəsi X13, 1/3 hissənin 1/4 hissəsi (qaynı) Cavabdeh1, 1/3 hissənin 1/4 hissəsi isə X16 adına qeydiyyata alınmışdır. xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən X32 ona məxsus olan 1/3 hissənin 1/4 hissəsini Cavabdeh1 bağışlamışdır. Bunun əsasında verilmiş xx.xx.2014-cü il tarixli çıxarışla Şəki şəhəri Bağbanlar küçəsində yerləşən 0.2327 ha həyətyanı torpaq sahəsinin 2/3 hissəsi X14 və X20 ümumi birgə, 1/3 hissənin 2/4 hissəsi X13, 1/3 hissənin 2/4 hissəsi isə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Qeyd edilənlərdən göründüyü kimi Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən 0.2327 ha həyətyanı torpaq sahəsinin ümumi birgə mülkiyyətdə olan 2/3 hissəsi X14 və X15 mülkiyyətində olmuşdur. Lakin Şəki rayon 2 saylı Notariat Kontoru tərəfindən Bakı şəhəri 20 saylı Vəkillər bürosunun sorğusuna verilmiş xx.xx.2019-cu il tarixli, 16 nömrəli cavab məktubunda Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən 0.2327 ha həyətyanı torpaq sahəsinin 2/3 hissəsi X21 məxsus olan hissəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədiyi bildirilmişdir. İddiaçı X15 qanun üzrə vərəsəsidir. Miras əmlakın yalnız X22 mənsub olan hissəsi İddiaçı keçə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı tərəfindən qaldırılan iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının vərəsəsi olmaqla hazırki iddia tələbi üzrə iddiaçı X73 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianın əsassız olduğunu bildirərək, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin 4063 nömrəli invertallı pasportdan görünür ki, 107/126 nömrəli kvartalda yerləşən evin sahibi Yusubov Əliyəsərdir. Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunun 20/1817 nömrəli xx.xx.1989-cu il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X50 özünə məxsus olan əmlakının harada, nədən ibarət olmasından asılı olmayaraq o cümlədən Şəki şəhəri 31-ci rayon Jmerinka küçəsi ev 1 döngə 4-də yerləşən evi qaynı X2 verilməsini vəsiyyət edir. Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının Nuxa Məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X3 şəhəri Nuxa məhəlləsi Bağbanlar küçəsi 3/2 saylı evdə yaşamış və vəfat etmişdir. Öldükdən sonra Cavabdeh2 və X43 adlı vərəsələri qalmışdır. Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının Çələbixan Məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Şəki şəhəri Çələbixan məhəlləsi, Bağbanlar küçəsi 3/3 saylı evdə yaşamış İddiaçı həmin ünvanda yaşamış və X67, X55 və X73 adlı ailə üzvləri vardır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin14 mart 2022-ci il tarixli, **********09 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən 0.2327 ha torpaq sahəsi İddiaçı (1/3 hissə), X33 (1/3 hissə), X27 (1/3-ün 2/4 hissəsi) və X5 (1/3-ün 2/4 hissəsi) olmaqla adlarına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/8327 nömrəli ekspert rəyinin nəticəsindən görünür ki, Şəki şəhəri Bağbanlar küçəsində yerləşən, mübahisə predmeti olan 0.2327 ha torpaq sahəsinin İddiaçı mülkiyyətində olan 1/3 hissəsinin naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bölgü variantı rəyə əlavə olunmuş sxemdə ətraflı qeyd edilmişdir. Şəki şəhər İcra Hakimiyyəti Başçısının Nuxa Məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Şəki şəhəri, Nuxa məhəlləsi, Bağbanlar küçəsi 3/3 saylı evdə yaşamış, 09 mart 2023-cü il tarixində vəfat etmiş İddiaçı X34, X73, X68 və X55 adlı vərəsələri qalmışdır. X44 Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinə təqdim etdiyi 07 iyul 2023-cü il tarixli ərizəsindən görünür ki, 09 mart 2023-cü ildə ölmüş atası İddiaçı irs qalmış mirasın ona çatası hissəsindən imtina etmişdir. X39 Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinə təqdim etdiyi 07 iyul 2023-cü il tarixli ərizəsindən görünür ki, 09 mart 2023-cü ildə ölmüş atası İddiaçı irs qalmış mirasın ona çatası hissəsindən imtina etmişdir. İddiaçı X48 Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinə təqdim etdiyi 21 sentyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, mərhum atası İddiaçı 09 mart 2023-cü ildə vəfat etmişdir. Mərhumdan qalmış miras əmlakdan ona düşən paya dair qanun üzrə vərəsəlik haqqında şəhadtənamə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 30 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, “Elektron notariat” X28 Mahir Əliyəsər oğlu tərəfindən vəsiyyətnamənin qoyulması barədə məlumat aşkar edilməmişdir. Şəki şəhər İcra Hakimiyyəti Başçısının Nöyülbulaq Məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 076 nömrəli arayışdan görünür ki, X35 şəhəri, Bağbanlar küçəsi, ev 3/3 saylı evdə yaşayır. Yaşayışçının atası İddiaçı xx.xx.2023-cü il tarixdə öldükdə mərhumun dəfn və yas mərasiminin bütün xərcini ödəmişdir. Mərhuma məxsus torpaq sahəsini istifadə və sahiblik edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 mart 2024-cü il tarixli, **********09 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən 0.2327 ha torpaq sahəsi X73 (1/3 hissə), X33 (1/3 hissə), X27 (1/3-in 2/4 hissəsi) və X5 (1/3-ün 2/4 hissəsi) adlarına qeydiyyata alınmışdır. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 16 fevral 2024-cü il tarixli, 2V-113 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu X69 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, 09 mart 2023-cü il tarixdə vəfat etmiş İddiaçı vərəsəsi: X73 olmaqla, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak- "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, RB02/4596 nömrəli məktubuna əsasən mərhum İddiaçı bazar dəyəri 670.9 manat olan 10 qram qızıl-zinət əşyalarından, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş **********09 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şəki şəhəri, Bağbanlar küçəsi ünvanında yerləşən 0.2327 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə mərhuma məxsus olan 1/3 hissəsindən ibarətdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyа Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Ə.Ə.Axverdiyevin şikayəti üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli qərarının 73-cü paraqrafında qeyd edilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından mülkiyyət hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. X80 Məhkəməsinin bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, X81rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) qeyd olunmuşdur ki, Ədilət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, Ədilətin bərqərar edildiyi də aydın görünməlidir. İnsan hüquqları üzrə Avropa məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı X48 atası İddiaçı 09 mart 2023-cü il tarixdə vəfat etmişdir. İddiaçı Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən 0.2327 ha torpaq sahəsi miras qalmışdır. İddiaçı X73 atası İddiaçı miras qalmış Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən 0.2327 ha torpaq sahəsinin 1/3 hissəsini rəsmi olaraq qəbul etmiş və bu barədə Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən onun adına 16 fevral 2024-cü il tarixli, 2V-113 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən 0.2327 ha torpaq sahəsindən ona düşən hissəyə dair adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 mart 2024-cü il tarixli, **********09 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən 0.2327 ha torpaq sahəsi X73 (1/3 hissə), X33 (1/3 hissə), X27 (1/3-in 2/4 hissəsi) və X5 (1/3-ün 2/4 hissəsi) adlarına qeydiyyata alınmışdır. Tərəflər ümumi birgə mülkiyyətlərində olan Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən 0.2327 ha torpaq sahəsinə payın müəyyən edilməsi və həmin əmlakın bölünməsi ilə bağlı razılığa gəlməyə çalışmaq istəsələr də, heç bir nəticə əldə edə bilməmiş və nəticədə iddiaçı qeyd olunan əmlaka payın müəyyən edilməsi, ona çatacaq payın naturada ayrılması ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Yuxarıda qeyd edilən normaların məzmunundan belə nəticə hasil olur ki, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi mümkün olmadıqda onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi və ya öz payının ayrılmasını və yaxud öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Qanun ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması ilə bağlı məsələlərin həll edilməsini əvvəlcə mülkiyyətçilərin iradəsinə verir. Bu mümkün olmadıqda isə, mübahisənin məhkəmə yolu həll edilməsi həyata keçirilir. Yəni, qanunda sözügedən mübahisənin mərhələli tənzimlənməsi qaydalarına görə əvvəlcə paylı mülkiyyətin mülkiyyətçiləri arasında ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılıq əldə edilə, belə razılıq olmadıqda isə mülkiyyətçilər öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Bu zaman, yəni paylı mülkiyyətdə olan əşyanın naturada ayrılması mümkün olmadıqda, yaxud mümkün olduğu halda, payın naturada ayrılması ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçinin öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququ əmələ gəlir. Göründüyü kimi, iş üzrə ekspertiza təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/8327 nömrəli rəyindən görünür ki, Şəki şəhəri Bağbanlar küçəsində yerləşən, mübahisə predmeti olan 0.2327 ha torpaq sahəsinin İddiaçı mülkiyyətində olan 1/3 hissəsinin naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylərlə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 mart 2024-cü il tarixli, **********09 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən ümumi birgə paylı mülkiyyətdə olan Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən 0.2327 ha torpaq sahəsindən ona düşən 2/3 hissədə payın naturada ayrılmasını tələb etsə də, lakin iş materiallarından da aydın olur ki, İddiaçı vəfat etdikdən sonra İlkin Yusifov atasından qalan miras əmlakdan ¼ hissədə deyil, 1/3 hissədə payı qəbul etmiş və həmin əmlaka dair 16 fevral 2024-cü il tarixli, 2V-113 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 14 mart 2024-cü il tarixdə verilmiş **********09 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən birgə mülkiyyətdə olan Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən 0.2327 ha torpaq sahəsindən iddiaçıın payına düşən 1/3 hissəsi ekspertiza rəyində göstərilən plan sxemə uyğun olaraq naturada bölünərək X56 verilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X29, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 14 mart 2024-cü il tarixdə verilmiş **********09 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən birgə mülkiyyətdə olan Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən 0.2327 ha torpaq sahəsindən iddiaçıın payına düşən 1/3 hissəsi ekspertiza rəyində göstərilən plan sxemə uyğun olaraq naturada bölünərək İddiaçı Əlyəsər oğlunun vərəsəsi X56 verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X29, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar