Məhkəmə qərarları › İş №e-2(075)-1505/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1505/2024

20.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1505/2024 20.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Maraqlı şəxs Cavabdeh iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Mediasiya reyestrində M-00137 nömrə ilə qeydiyyatdan keçmiş mediator X4 apardığı mediasiya prosesi nəticəsində mediator, o və Cavabdeh arasında bağlanmış 16 aprel 2024-cü il tarixli barışıq sazişinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə Cavabdeh tərəfindən könüllü icra edilməyən 2.3-cü bəndinin məcburi icra edilməsi üçün həmin barışıq sazişinin 2.3-cü bəndlərinin təsdiq edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının maraqlı şəxs Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, onunla keçmiş əri Cavabdeh arasında nikahın pozulması, uşaqların himayədə saxlanılmaları, aliment barədə tələblər üzrə mediasiya prosesi zamanı 16 aprel 2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişində aşağıdakılar razılaşdırılmışdır. 2.1. İddiaçı və Cavabdeh aralarında 06 iyun 2022-ci il tarixdə Şəki regional “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsində bağlanmış nikahın məhkəmə qaydasında pozulmasına razıdırlar. 2.2. İddiaçı ilə Cavabdeh birgə nikahdan anadan olmuş uşaqları-02 mart 2023-cü il təvəllüdlü X3 oğlunun anası İddiaçı himayəsində və yanında saxlanılmama İddiaçı və Cavabdeh razıdırlar. 2.3. 02 mart 2023cü il təvəllüdlü X3 oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılması üçün əvvəli 01 mart 2024-cü il tarixdən hesablanmaqla hər ay üçün 200 (iki yüz) manat sabit pul məbləğində alimenti hər növbəti ayın birinci beş günlüyündə İddiaçı ödəməsini Cavabdeh öhdəsinə götürür və buna hər iki tərəf razıdır. Lakin Cavabdeh barışıq sazişinin 2.3-cü bəndinin şərtlərinə riayət etməmişdir. Belə ki, bu günədək barışıq sazişi ilə müəyyən edilmiş alimentdən heç bir ödəniş etməmişdir. Göründüyü kimiartıq barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında maraqlı şəxs Cavabdeh izahat verərək bildirdi ki, o, boşandıqdan sonra alimenti ödəmək istəyir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs elektron qaydada müraciət ünvanlayaraq, ərizəni müdafiə etdiyini bildirərək, ərizəni təmin edilməsi bərədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - xx.xx.2024-cü il tarixli, MŞŞ/MT-018/2024-00350 nömrəli barışıq sazişinin 2.3-cü bəndinə əsasən 02 mart 2023-cü il təvəllüdlü X3 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 01 mart 2024-cü il tarixdən hesablanmaqla hər ay üçün 200 (iki yüz) manat sabit pul məbləğində alimenti hər növbəti ayın birinci beş günlüyündə İddiaçı ödəməsini Cavabdeh öhdəsinə götürür və buna hər iki tərəf razıdır. - xx.xx.2023-cü il tarixli AZ-İV 848674 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X3 oğlunun atası Cavabdeh, anası isə İddiaçıdır. - ********** nömrəli xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ərizəçi İddiaçı tərəfindən ərizənin verilməsi üçün 100 manat dövlət rüsumu, 0.40 manat bank xidməti haqqı ödənilmişdir. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Mülki Prosessual Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Mülki Prosessual Məcəllənin 355-25.4-cü maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Mülki Prosessual Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Mülki Prosessual Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Göründüyü kimi barışıq sazişinin təsdiq edilməsi xahiş olunan hissəsi maraqlı şəxs Cavabdeh tərəfindən “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsində nəzərdə tutulmuş müddət – 10 gün ərzində icra edilməmişdir. Göstərilənlərə və qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış barışıq sazişinin 2.3-cü bəndinin təsdiq edilməsi barədə ərizə əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən maraqlı şəxs Cavabdeh 100 manat ödənilmiş dövlət rüsumunun əvəzi, 0.40 manat bank xidməti haqqı tutularaq ərizəçi İddiaçı ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23 və 355-25-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞŞ/MT-018/2024-00350 nömrəli barışıq sazişinin 2.3-cü bəndi təsdiq edilsin. 2.3. 02 mart 2023-cü il təvəllüdlü X3 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 01 mart 2024-cü il tarixdən hesablanmaqla hər ay üçün 200 (iki yüz) manat sabit pul məbləğində alimenti hər növbəti ayın birinci beş günlüyündə İddiaçı ödəməsini Cavabdeh öhdəsinə götürür və buna hər iki tərəf razıdır. Maraqlı şəxs Cavabdeh 100 (yüz) manat ödənilmiş dövlət rüsumunun əvəzi, 0.40 (qırx qəpik) manat bank xidməti haqqı tutularaq ərizəçi İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar