Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1509/2023 25.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi İddiaçı, Maraqlı şəxs Şəki Rayon Qeydiyyat Şöbəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi İddiaçı doğum və qohum olma faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxx 1958-ci il tarixdə Şəki rayonu, Baş Göynük kəndində doğulmağı, atasının X14, anasının isə X15 olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı ərizəçi İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o, xx.xx.1958-ci il tarixdə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuşdur. xx.xx.1979-cu ildə X17 ilə nikah bağlamaqla ailə qurmuş və soyadını “Fətəliyeva”dan “Məmətinova”ya dəyişdirmişdir. Hazırda vərəsəlik işi ilə bağlı ona doğum haqqında şəhadətnamə lazımdır. Doğum haqqında təkrar şəhadətnamə əldə etmək məqsədilə Şəki rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin ona doğum haqqında akt qeydi mövcud olmadığından doğum haqqında təkrar şəhadətnamə verilməsinin mümkün olmadığını bildirilmiş və ona doğum faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Beləliklə, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin anadan olduğu vaxt atası ilə anası arasında nikah olmamışdır. Odur ki, doğum faktı ilə yanaşı atalığın müəyyən edilməsi faktının da məhkəmə qaydasında müəyyən olunması vacibdir. Atası xx.xx.2005-ci il tarixdə, anası isə xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. Göründüyü kimi, o doğum faktını təsdiq edən sənədi başqa qaydadada əldə edə bilmir. Odur ki, məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında maraqlı şəxs Şəki Rayon Qeydiyyat Şöbəsinin etibarnamə üzrə nümayəndəsi X2 ərizənin təmin olunmasına etirazının olmadığını bildirdi. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X9 bildirdi ki, ərizəçi onun yoldaşının dayısı qızıdır. Atası Yaqub, anası isə Göyçək olmuşdur. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X16 bildirdi ki, ərizəçi onun əmisi qızıdır. Əmisinin adı Yaqubdur. Ərizəçinin anasının adı Göyçəkdir. Onun ölüm tarixini xatırlamır. Mülki iş materiallarını araşdırıb, ərizəçi İddiaçı, maraqlı şəxs Şəki Rayon Qeydiyyat Şöbəsinin etibarnamə üzrə nümayəndəsi X1 izahatlarını və şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı tələbi əsaslıdır. Belə ki, işdə olan Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 04 aprel 2023-cü il tarixli arayışdan görünür ki, X10 barəsində Şəki rayon qeydiyyat şöbəsinin arxivində, Vətəndaşlıq vəziyəti aktlarının reyestri xidmətinin arxivində, həmçinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılış qeydiyyat informasiya sistemində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Şəki rayon qeydiyyat şöbəsində arxiv məlumatları doğum haqqında akt qeydi itabları üzrə 1955-1961-ci illər, doğum haqqında bərpa akt qeyd kitabları üzrə isə 1959-2023-cü illər yoxlanlmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 14 mart 2023-cü il tarixli məktubdan görünür ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində doğum haqqında akt qeydləri aşkar edilmişdir. Həmçinin, Şəki rayon Qeydiyyat Şöbəsində doğumun qeydə alınması üçün qanunvericilikdə göstərilmiş müvafiq sənədləri təqdim etmədiyini görə doğum qeydiyyatının aparılması mümkün deyildir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyati Qaydası»nın 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideynlərin nikah haqqında şəhadətnaməsi, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilməlidir. Odur ki, doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciet etməyi tövsiyyə olunmuşdur İşdə olan Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının Baş Göynük İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 avqust 2023-cü il tarixli, 979 nömrəli arayışdan görünür ki, İddiaçı X11 (qızı) və X12 (nəvəsi) adlı şəxslərdən ibarət ailə tərkibi vardır. X3 və X15 vəfat etmişlər. İşdə olan JN:612A nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 nömrəli qərarına əsasən Şəki rayonu Baş Göynük kənd sakini X4 ümumi birgə mülkiyyətinə 0.08 hektar torpaq sahəsi verilmişdir. İşdə olan Baş Göynük İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 avqust 2020-ci il tarixli, 2930 saylı arayışdan görünür ki, İddiaçı mərhum anası X5 adına olan Baş Göynük kəndində yerləşən həyətyanı torpaq X6 istifadəsindədir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi İddiaçı xx xxx 1958-ci il tarixdə Şəki rayonu, Baş Göynük kəndində anadan olmasına və atasının X14, anasının isə X15 olmasına dair sənədləri başqa qaydada əldə edə bilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, İddiaçı xx xxx 1958-ci il tarixdə Şəki rayonu, Baş Göynük kəndində anadan olması, X7 onun atası, X5 isə onun anası olması hüquqi faktı müəyyən edilməlidir. Ərizəçi İddiaçı dövlət büdcəsinə ödədiyi 100 manat rüsum onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: Ərizə təmin edilsin. İddiaçı xx xxx 1958-ci il tarixdə Şəki rayonu, Baş Göynük kəndində anadan olması, X7 onun atası, X5 isə onun anası olması hüquqi faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçi İddiaçı özünə aid edilsin. Qətnamədən surəti alındığı gündən 1 (bir) ay müddətində Şəki rayon məhkəməsi vasitəsilə Azəbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1509/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1509/2023
25.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver