Məhkəmə qərarları › İş №e-2(075)-1514/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1514/2024

27.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1514/2024 27.11.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Ərizəçi İddiaçı, Maraqlı şəxs Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2003-cü il tarixdə Şəki şəhərində anadan olmuş, 06 sentyabr 2003-cü il tarixdə anadan olmuş Şəki rayonu, Kiş kəndində pasport qeydiyyatında olan və həmin kənddə yaşayan X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, o, Şəki rayonu, Kiş kəndində yaşayır. X5 onun oğludur və anadangəlmə psixoloji çətinlikləri olmaqla, öz hərəkətlərinin mənasını dərk etmir. X1 o,özüm baxır. Hazırda psixi qüsurlu olduğuna görə X5 öz hərəkətlərinin mənasını başa düşmür və özünü idarə edə bilmir. O, ən xırda məişət işlərini həyata keçirmək iqtidarında deyildir. X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün zəruri şərtlər mövcuddur. Buna görə də X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və bundan sonra özünün X2 qəyyumu təyin edilməsi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı ərizədə göstərilən tələbi müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X7 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Sübutların tədqiqi: İş materialarında olan: -22 dekabr 2005-ci il tarixində Nijniy Novqorod şəhəri, Kanavin rayon VVAQ Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2003-cü ildə doğulmuş X2 atası X8, anası isə İddiaçıdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 588 saylı rəyindən görünür ki, xx.xx.2003-cü il təvəllüdlü X5 yüngül dərəcəli kəmağıllıq (ifadə olunmuş debillik səviyyəsində), davranış pozuntuları ilə xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən o, öz hərəkətlərinin mənasını başa düşmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyil. Buna görə də X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X5 onda müəyyən edilən yüngül dərəcəli kəmağıllıq (ifadə olunmuş debillik səviyyəsində), davranış pozuntuları ilə xəstəliyi ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol verilmir. - Azərbaycan Respublikası Cavabdeh Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2003-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə məhkəmə qətnaməsi təqdim edildikdən sonra onun xx.xx.2003-cü il təvəllüdlü X5 üzərində qəyyum təyin edilməyi məsələsinə baxılacağı bildirilmiş, xx.xx.2003-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsindən görünür ki, X5 İİİ dərəcəli əlildir. - xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, ərizəçi hazırkı ərizənin verilməsi üçün 100 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin: -28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Mülki Prosessual Məcəllənin: -317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəməpsixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. 320.2-ci maddəsinə əasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Ərizəçi İddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi övladı xx.xx.2003-cü il təvəllüdlü övladı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsidir. Göründüyü kimi X2 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X2 fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinin də müvafiq rəyi vardır. Ərizəçi İddiaçı X2 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2003-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi təmin edilməli, xx.xx.2003-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2003-cü il tarixdə anadan olmuş, Şəki rayonu, Kiş kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar