Məhkəmə qərarları › İş №e-2(075)-1551/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1551/2022

23.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1551/2022 23.11.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi Hüseynəliyeva Günay Asif qızının katibliyi, ərizəçi İddiaçı, maraqlı şəxs Cavabdeh yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X1 iştirakı ilə Ərizəçi İddiaçı şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizəsinə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh yanında Qəyyumluq və Himayəçilik Orqanına qarşı məhkəməyə ərizə ilə müraciət edərək 05 noyabr 1997-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı X11 ilə 24 mart 1987-ci ildə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 05 noyabr 1997-ci ildə Şəki rayonunun Bideyiz kəndində X16 adlı uşaqları anadan olmuşdur. X5 doğulduğu vaxtdan ağır dərəcəli əqli gerilik və epilepsiya xəstəliyindən əziyyət çəkir və hərəkətlərinin mənasını dərk edə bilmir. Doğulduğu andan ona o və atası tərəfindən zəruri qulluq göstərilmişdir. X16 ağır dərəcəli əqli gerilik diaqnozu ilə Şəki Rayon Mərkəzi xəstəxanasının əsəb şöbəsində qeydiyyatdadır. Uzun illərdir ki, qızı ağır dərəcəli əqli gerilik xəstəliyindən əziyyət çəkir və xəstəliyinə görə hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyildir. Bundan əlavə, 063324 nömrəli vəsiqənin surətindən göründüyü kimi X5 ümumi xəstəlik ilə İ qrup əlildir. Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin 2 saylı X3 xx.xx.2022-ci il tarixli **********2 nömrəli arayışına əsasən Şəki rayon Bideyiz kənd sakini X16 müddətsiz İ qrup əlil olmaqla 220 manat müavinət və 130 manat məbləğində Prezident təqaüdü alır. Əlavə olaraq arayışda qeyd edilişdir ki, vətəndaş xx.xx.2005-ci il tarixdən sağlamlıq imkanları məhdud uşaq kimi sosial müavinət almış və 18 yaşının bitdiyi xx.xx.2015-ci il tarixdən İ qrup əlildir. Bu səbəbdən də o, X5na himayəçi təyin olunmağı üçün Şəki Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Müraciətinə cavab olaraq Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyası 08 sentyabr 2021-ci il tarixli, 7/Q-84-099 nömrəli məktubunda X5nın məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin komissiyaya təqdim olunduqdan sonra qəyyum təyin edilməyim məsələsinə baxılacağını bildirmişdir. Ona görə də, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, X16 onun qızıdır. X16 doğulduğu vaxtdan ağır dərəcəli əqli gerilik və epilepsiya xəstəliyindən əziyyət çəkir və hərəkətlərinin mənasını dərk edə bilmir. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X2 ərizəyə etirazının olmadığını bildirərək, ərizənin həllini məkəmənin mülahizəsinə buraxdı. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 05 noyabr 1997-ci il tarixdə doğulmuş, atası X13, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş əlillik haqqında 063324 nömrəli vəsiqənin surətindən görünür ki, X16 İ qrup əlildir. İş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün Şəki Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 2(075)-1551/2022 saylı qərardad ilə ambulator məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X14 hüquqi şəxsinə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X14 hüquqi şəxsin 12 sentyabr 2022-ci il tarixli, 2433 nömrəli ekspert rəyindən görünür ki, X9 ağır dərəcəli əqli gerilik, anamnezində qıcolma tutmaları ilə müəyyən edilir. X16 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X16 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X16 onda müəyyən edilən ağır dərəcəli əqli gerilik, anamnezində qıcolma tutmaları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X16 05 noyabr 1997-ci il tarixdə anadan olmuşdur. Ona birinci qrup əlillik dərəcəsi verilmişdir. Daima kənar şəxsin qulluğuna ehtiyacı var. Vəziyyəti olduqca ağır olduğu üçün hərəkətlərini başa düşmür və öz hərəkətlərinə rəhbərlik edə bilmir. Kənar şəxsin qulluğuna və yardımına daima ehtiyacı var. Ərizəçi qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün Cavabdehnə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. İş üzrə ərizəçi, X8 doğma anası olduğundan hazırkı ərizəni qaldırmağa subyektiv hüququ olmuşdur. Azərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Göründüyü kimi, şəxsin psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə tərəfindən iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və müvafiq rəy alınmışdır. İş üzrə verilmiş ekspert rəyi hazırki real vəziyyəti əks etdirdiyi üçün məhkəmə həmin rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. “X7rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Beləliklə, məhkəmə hesаb edir ki, iş üzrə məhkəmə-psixiаtriyа ekspertizаsının rəyinə əsаsən аşkаr edilmiş xəstəlik X8 fəаliyyət qаbiliyyəti olmаyаn hesаb edilməsi üçün əsаsdır. Onun qeyd olunan xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını dərk edə və onları idarə edə bilməməsi öz təsdiqini tаpmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 05 noyabr 1997-ci il tarixdə Şəki rayonu, Bideyiz kəndində anadan olmuş X16 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə adi edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar