Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1563/2024 26.09.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçınun Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 2.300 (iki min üç yüz) manat maddi zərərin və ödənilmiş 43 (qırx üç) manat dövlət rüsumu məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh onu aldadaraq və etibarından sui-istifadə edərək, işləmək üçün ondan 3.000 (üç min) manat dəyərində motosikl almış, lakin dəyərinin yalnız 700 (yeddi yüz) manat hissəsini ödəyərək, qalan 2.300 (iki min üç yüz) manat hissəsini qaytarmamışdır. Cavabdeh qanunsuz hərəkətləri ilə bağlı cinayət işinin başlanılmasını, onun cinayət məsuliyyətinə cəlb olunmasını hüquq-mühafizə orqanlarından xahiş etsə də, Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X2 müraciəti əsasında icraatında olan HK-1/2058 saylı materiala baxaraq “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 29 sentyabr 2023-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasını rədd etmişdir. Aparılmış araşdırma zamanı qərarın təsviri hissəsində göstərilənlərə əsasən haqqında şikayət olunan Cavabdeh İddiaçı pul alması faktı müəyyən olunsa da, Cavabdeh aldadaraq pulların ələ keçirməsi faktı aşkar olunmamış, sonuncunun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178ci maddəsinin tərkibi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Beləlikə, Binəqədi RPİ-nin İstintaq Şöbəsində cavabdehin haqqındakı dələduzluq əməli üzrə ərizəsinə baxılarkən müəyyən olunmuşdur ki, Cavabdeh ona məxsus olan motosiklin dəyəri olan 2.300 (iki min üç yüz) manat miqdarında pulu mənimsəyərək, ona maddi zərər vurmuşdur. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçı cavabdehin ondan motosiklet alıb borcunu qaytarmadığını, ayda 300 manat olmaqla ödəniş etməyə razılaşdıqlarını, 700 manat ödənildiyini, borcun etiraf olunaması barədə çəkiliş olduğunu, 2300 manat pulu tələb etdiyini bildirmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - İş materiallarına əlavə edilmiş fotoşəkillər və alqı-satqı aktından görünür ki, Cavabdeh 3000 manat dəyərində motosikl almış, hər ay 300 manat olmaqla 10 ay müddətində hissə-hissə ödəyəcəyini bildirmişdir. - İş materiallarına əlavə edilmiş Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X1 icraatında olah HK-1/2058 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqındaki 29 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. - xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 43 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Hazırkı işdə Mülki Məcəllənin 567-ci maddəsinin dispozitiv şərtləri mövcuddur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə pulunu hissə-hissə ödəmək şərti ilə 3000 manat dəyərində motosikl satılmışdır. İddiaçı borcdan 700 manat ödənildiyini bildirmiş, cavabdeh isə iddia tələbinə qarşı münasibət bildirməmişdir. Beləliklə, işin hallarını və qanunvericiliyin qeyd edilən normalarını əsas tutaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2300 (iki min üç yüz) manat pul və 43 (qırx üç) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-1563/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1563/2024
26.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver