Məhkəmə qərarları › İş №e-2(075)-1564/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1564/2023

03.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1564/2023 03.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə İddia tələbinin dəlilləri; İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19536 (on doqquz min beş yüz otuz altı) manat pulun hüquqi yardım üçün ödədiyi 60 (altmış) manat va 149 (bir yüz qırx doqquz) manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunlan fərdi yaşayış evinin inşa edilməsi üçün sosial şəbəkə vasitəsi ilə tanış olduğu Cavabdeh ilə 30 aprel 2022-ci il tarixli «Tikinti podrat müqaviləsi»nə əsasən Qəbələ rayonu Vəndam kəndində mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün müqavilə imzalamışlar. Müqavilənin qiyməti 65120 (altmış beş min bir yüz iyirmi) manat təşkil etmişdir. Müqavilənin şərtlərinə uyğun olaraq tərəfindən ona aid bütün öhdəlilklər yerinə yetirlsə də cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, tərəfindən cavabdehə qəbz əsasında; xx.xx.2022-ci il tarixində 19536 azn, xx.xx.2022-ci il tarixində 19536 azn, xx.xx.2022-ci il tarixində 8000 azn, xx.xx.2022-ci il tarixində 11536 azn olmaqla cəmi 58608 manat pul vəsaiti cavabdehə ödənilmişdir. Cavabdeh tərəfindən sifarişim əsasında mülkiyyətində olan torpaq sahəsində gördüyü işləri; Bünövrə üçün qazıntı və beton işləri, usta haqqı daxil olmaqla, hörgü işləri, usta haqqı daxil olmaqla,dam örtüyünün vurulması, usta haqqı daxil olmaqla, daxili divarların qara suvağının vurulması, bu işlərin dəyəri 39 072 azn pul təşkil edir. Tərəfindən cavabdehə 58608 azn pul vəsaiti ödənilsə də, sonuncu yuxarıda qeyd etdiyi işlərə görə 39 072 azn pul vəsaiti sərf etmiş və müqavilənin tələblərini pozaraq sifarişi məlum olmayan səbəblərə görə dayandırmışdir. 58608 azn – 39072 azn = 19536 azn. Xüsusi olaraq qeyd edir ki, cavabdehlə aralarındakı müqavilənin qiyməti 65120 (altmış beş min yüz iyirmi) manat müəyyən edilmiş və tərəfindən cavabdehə 58608 azn pul ödənilmişdir. Bu isə öz növbəsində cavabdehə müqavilə üzrə 93 % pul vəsaitinin ödənilməsini göstərsə də, sonuncu müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh ilə ona məlum olan əlaqə vasitələri ilə əlaqə saxlamaq istədikdə heç bir formada əlaqə saxlaya bilmədi. Belə olan halda xx.xx.2023-cü il tarixində rəsmi formada Bakı şəhəri Nizami rayon 25-ci polis bölməsinə müraciət etmişdir. Nəticədə 25-ci polis bölməsi müraciətinin mülki icraat qaydasında aparılmasını bildirmişdir. Cavabdeh sonda vədinə əməl etməmiş və nəticədə ona ümümilikdə 19536 (on doqquz min beş yüz otuz altı) manat dəyərində maddi ziyan dəymişdir, yəni ki, iddianın predmeti ümümilikdə 19536 (on doqquz min beş yüz otuz altı) manat pul vəsaitinin Cavabdeh tələb edilməsidir. Odur ki, Cavabdeh onun hərəkətləri nəticəsində dəymiş maddi ziyan 19536 (on doqquz min beş yüz otuz altı) manat pulun və hüquqi yardım üçün ödədiyi 60 (altmış) manat və 149 (yüz qırx doqquz) manat məhkəmə üçün dövlət rüsumunun alınıb ona ödənilməlidir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o, Cavabdeh ilə Qəbələ rayonu Vəndam kəndində 6 ay ərzində fərdi yaşayış evinin inşa edilməsi ilə bağlı müqavilə bağlamışdır. Müqavilənin qiyməti 65120 (altmış beş min bir yüz iyirmi) manat müəyyən edilmişdir. Evin tikintisi ilə bağlı cavabdehə ümumilikdə 58608 manat məbləğində ödəniş etmişdir. Lakin cavabdeh tikintini yarımçıq saxlamış və ona ödədiyi məbləğdən yalnız 39072 manat hissəsini tikinti işlərinə sərf etmişdir. Bundan sonra, cavabdehlə əlaqə saxlaya bilməmişdir. Buna görə də o, öz tələbini məhkəmə yolu ilə həll edilməsi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qənaətinə gəlmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli «Fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərc haqqında qiymətləndirmə hesabatı»ndan görünür ki, Qəbələ rayonu Vəndam kəndində yerləşən ərazidə inşa edilən fərdi yaşayış evinin tikintisinə 39217 (otuz doqquz min iki yüz on yeddi) manat xərc çəkilmişdir. 30 aprel 2022-ci il tarixli tikinti podrat müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, sifarişçi İddiaçı təmir-tikinti işlərinin yerinə yetirilməsini Cavabdeh həvalə etmiş və o, öz növbəsində bu işlərin görülməsinin üzərinə götürmüşdür. Müqavilənin qiyməti 65120 (altmış beş min bir yüz iyirmi) manat müəyyən edilmişdir. İddiaçı X1 ünvanlandığı pretenziya məktubundan görünür ki, Cavabdeh 30 aprel 2022-ci il tarixli “Tikinti podrat müqaviləsi”nin ləğv edilməsini və əks təqdirdə yaranan mübahisənin həlli üçün barəsində məhkəmədə iddia qaldırılması barədə xəbərdar olunmuşdur. 30 aprel 2022-ci il tarixli, GİG/8 seriyalı, 023859 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Cavabdeh tikinti-təmir üçün 19536 (on doqquz min beş yüz otuz altı) manat məbləğində ödəniş etmişdir. 12 iyun 2022-ci il tarixli, GİG/8 seriyalı, 023867 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Cavabdeh tikinti-təmir üçün 19536 (on doqquz min beş yüz otuz altı) manat məbləğində ödəniş etmişdir. 29 avqust 2022-ci il tarixli, GİG/8 seriyalı, 023884 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Cavabdeh tikinti-təmir üçün 8000 (səkkiz min) manat məbləğində ödəniş etmişdir. 24 sentyabr 2022-ci il tarixli, GİG/8 seriyalı, 023882 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Cavabdeh tikinti-təmir üçün 11536 (on bir min beş yüz otuz altı) manat məbləğində ödəniş etmişdir. 44-33 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı hüqquqi yardım üçün X2 60 manat məbləğində ödəniş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. 447.7-ci maddəsinə əsasən müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyib məhkəmə baxışında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış “Tikinti podrat müqaviləsi”nə əsasən, cavabdeh tərəfindən Qəbələ rayonu, Vəndam kəndində yerləşən ərazidə fərdi yaşayış evinin inşa edilməsi üçün iddiaçı cavabdeh ilə 65120 (altmış beş min bir yüz iyirmi) manat ödənilməli olan puldan 58608 (əlli səkkiz min altı yüz səkkiz) manat məbləğində pul vermişdir. Bu hal iş materiallarına əlavə olunmuş ödəniş qəbzləri ilə təsdiq olunur. Cavabdeh 6 ay ərzində fərdi yaşayış evini inşa edib təhvil verməyi öhdəsinə götürsə də, fərdi yaşayış evində ümumilikdə 39217 (otuz doqquz min iki yüz on yeddi) manat dəyərində təmir işləri görmüş və təmiri başa çatdırmamışdır. Göründüyü kimi, cavabdeh podrat müqaviləsi ilə nəzərdə tutulan vaxt və qaydada fərdi yaşayış evinin təmir işlərini yekunlaşdırmağı öhdəsinə götürsə də öhdəliyi tam yerinə yetirməmiş, bununla da müqavilə şərtlərini pozmuşdur. Belə ki, iddiaçı cavabdehə təmir xərcləri üçün ümumilikdə 58608 (əlli səkkiz min altı yüz səkkiz) manat məbləğində pul ödəmişdir. Qiymətləndirmə rəyinə əsasən görülmüş işlərin dəyəri 39217 (otuz doqquz min iki yüz on yeddi) manat təşkil edir. Yəni, sifarişçi tərəfindən ödənilən 58608 (əlli səkkiz min altı yüz səkkiz) manat pulun müqabilində podratçı cəmi 39217 (otuz doqquz min iki yüz on yeddi) manat dəyərində sifariş yerinə yetirmişdir. Ona görə də, məhkəmə hesab edir ki, yerinə yetirilməyən sifarişə görə ödənilmiş 19536 (on doqquz min beş yüz otuz altı) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 149 manat dövlət rüsumundan və hüquqi yardım üçün ödənilmiş 60 manat puldan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi tam təmin olunduğundan 149 manat dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 60 manat məbləğində pul cavabehdən tutulub iddiaçıya veriməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddia təmin edilsin. Cavabdeh 19536 (on doqquz min beş yüz otuz altı) manat pulun hüquqi yardım üçün ödədiyi 60 (altmış) manat və 149 (bir yüz qırx doqquz) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar