Məhkəmə qərarları › İş №e-2(075)-1584/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1584/2024

31.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1584/2024 31.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinn dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5600 (beş min altı yüz) manatın, müqavilə əsasında vəkilə ödənilmiş 300 çü) yüz) manatın və dövlət büdcəsinə ödənilmiş 79 (yetmiş doqquz) manat dövlət rüsumunun, ümumilikdə isə 5979 (beş min doqquz yüz yetmiş doqquz) manat pulun Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Şəki şəhər sakini kimi tanıdığı Cavabdeh xx.xx.2024-cü il tarixdə onun fəaliyyət göstərdiyi qızıl-ziynət əşyaları mağazasına gələrək ondan 5600 manat məbləğində qızıl-ziynət əşyası almışdır. Həmin müddət ərzində pulunu ən geci bir həftə ərzində ödəyəcəyini bildirmişdir. Lakin bu müddətdən təxminən bir ay sonra onunla əlaqə saxlasa da, pulu ödəməkdən yayınmışdır. Hər dəfə müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən qərəzli olaraq yayınmışdır. Sonuncu dəfə cavabdehin yaşadığı evə getdikdə orada anası tərəfindən ona maneə olunduğunu, bir neçə dəfə ölümlə hədələnmişdir. Bundan sonra işdə bir nəticə görməyərək əlacsız qalaraq ərizə ilə Şəki ŞRPŞ-yə müraciət etmişdir. Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı Murad Sırafilovun 23 mart 2024-cüil tarixli HK-1/444 nömrəli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. Belə ki, Şəki ŞRPŞ-də izahatı alınmış Cavabdeh oğlu izahatında qeyd etmişdir ki, Azəriqaz QSC-də operator vəzifəsində 2008-ci il tarixdən işləyir. İddiaçı oğlu ilə təxminən iki ilə yaxındır ki, tanışlığı var. Əvvəllər bir neçə dəfə qızıl alqı-satqısı üçün onunla münasibəti olduğunu, bir neçə dəfə həm nağd şəkildə həm də nisyə şəkildə qızıl almışdır. Sonuncu dəfə dekabr ayının ortalarında Elmazdan 5600 manat məbləğində qızılziynət əşyası olan iki ədəd sep almışdır. Həmin qızıl əşyalarının pulunu bir ay ərzində ödəyəcəyinə razılaşmışlar. Həmin qızıl əşyalarını maddi ehtiyacı olduğu üçün satmış və həmin qızılların 5600 manat məbləğində olan pulunu ödəyə bilməmişdir. Hazırda həmin 5600 manat məbləğində qızıllara verməli olduğu pulu qəbul edir, həmin pulu hissə hissə ödəyəcəyinə söz vermişdir. Dəfələrlə onunla əlaqə saxlamağına, xəbərdarlıq etməsinə baxmayaraq nə həmin miqdarı ödəyə bilməmiş, nədə qızılları satdığı üçün geri qaytara bilməmişdir. Göründüyü kimi cavabdeh bu günə kimi ona borclu olduğu 5600 manat pulu geri qaytarmamışdır. Dəfələrlə ondan həmin pulu geri qaytarmasını tələb etsə də, müxtəlif bəhanələrlə pulu geri qaytarmaqdan yayınmışdır. Ona görə də o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları; İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X1 “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, HK-1/444 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh X2 Şəki ŞRPŞ-nin Təhqiqa Bölməsində verdiyi xx.xx.2024-cü il tarixli izahatından görünür ki, İddiaçı ilə 2 ilə yaxındır ki, tanışlıqları var. Əvvəllər bir neçə dəfə qızıl alqı-satqısı üçün münasibətləri olmuşdur. Sonuncu dəfə 5600 manat dəyərində 2 ədəd qızıl sep almış həmin qızılların pulunu 1 ay ərzində ödəyəcəyinə söz vermişdir. Qızılları satdığı üçün geri qaytara bilməmişdir. İddiaçı olan 5600 manat borcunu hissəhissə qaytaracağına söz verir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 1091.1-ci maddəsinə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə iddiaçının nümayəndəsinin (vəkili) izahatını dinləyib, mülki iş materiallarını araşdırıb, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında olan razılıq əsasında iddiaçı tərəfindən cavabdehə 5600 manat məbləğində qızıl-ziynət əşyası satılmışdır. İddiaçı tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh iddiaçıdan aldığı qızılların dəyəri olan 5600 manatı ödəməmişdir. Bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında qızıl zinyət əşyasının cavabdehə verilməsinə dair yazılı müqavilə bağlanmış olmasa da, cavabdehin Şəki Şəhər- Rayon Polis Şöbəsində verdiyi izahatı 5600 manat dəyərində qızıl zinyət əşyasının iddiaçı tərəfindən cavabdehə verilməsini, əvəzində cavabdehin həmi pulu bir ay müddətində qaytaracağına dair öhdəliyi üzərinə götürməsini təsdiq edir. Tərəflər arasında qızıl zinyət əşyasının və cavabdehin qızıl zinyət əşyalarının dəyəri olan 5600 manat məbləğində pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğləri ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı isə cavabdeh məhkəmə iclasına gəlməmiş, eyni zamanda iddia tələbində göstərilən pul məbləğlərinin iddiaçıya qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, dövlət qeydiyatına alınmasa belə tərəflərin arasında faktiki olaraq nisyə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər olmuşdur. Lakin iddiaçı ilə cavabdeh arasında şifahi razılaşma əsasında bağlanmış həmin nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı qızıl-zinət əşyasının dəyərini vaxtında iddiaçıya ödəməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 5600 (beş min altı yüz) manat, müqavilə əsasında vəkilə ödənilmiş 300 çü) yüz) manat və dövlət büdcəsinə ödənilmiş 79 (yetmiş doqquz) manat dövlət rüsumu, ümumilikdə isə 5979 (beş min doqquz yüz yetmiş doqquz) manat pul alınaraq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222-227, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh 5600 (beş min altı yüz) manat, vəkilə ödənilmiş 300 çü) yüz) manat və 79 (yetmiş doqquz) manat dövlət rüsumu, cəmi 5979 (beş min doqquz yüz yetmiş doqquz) manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar