Məhkəmə qərarları › İş №e-2(075)-1586/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1586/2024

07.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1586/2024 07.06.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh olmaqla “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: Ərizəçi İddiaçı Cavabdeh-nə ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya reyestrində MŞŞ/MT-018/2023-01373 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X1 apardığı mediasiya prosesi nəticəsində mediator, o və Cavabdehnin nümayəndəsi X2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞŞ/MT-018/2024-00826 nömrəli barışıq sazişinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə Cavabdeh tərəfindən könüllü icra edilməyən 2.1-ci bəndinin məcburi icra edilməsi üçün həmin barışıq sazişinin 2.1-ci bəndinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Mən Cavabdehndə işləyirdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2020-ci il tarixli 50 nömrəli Qərarının ilə, Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2020-ci il tarixli, F-355 nömrəli əmrinə əsasən “X6 Kolleci” Cavabdehnə qoşulması formasında yenidən təşkili edilmiş və buna görə də “X6 Kolleci’’nin işçiləri ilə əvvəl bağlanmış əmək müqavilələrinə xitam verilmişdir. Bütün işçilərlə bərabər mənimlə də bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmiş və bu əmək kitabçamda qeyd edilmişdir. O, 2023-cü ildə yeni işə girmək istəyərkən ona məlum olmuşdur ki, əsasən “X6 Kolleci” ilə onun arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilməsi əmək kitabçasında qeyd edilsə də, bu proses “Əmək və Məşğulluq altsistemi”ndə, yəni “ƏMAS” proqramı üzərindən həyata keçirilməmişdir. Buna görə də o, “X6 Kolleci” ilə onun arasında əvvəl bağlanmış əmək müqaviləsinə xitam verilməsi və yeni əmək müqaviləsi bağlamaqla işə qəbul edilməyi tələbi ilə Cavabdehnə müraciət etmiş və aralarında konüllü mediasiya prosesi zamanı 08 may 2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişində aşağıdakılar razılaşdırılmışdır. 2.1. Cavabdeh, İddiaçı “X6 Kolleci” ilə əvvəl bağlanmış əmək müqaviləsinə xitam verilməsi və yeni əmək müqaviləsi bağlamaq şərti ilə işə qəbul tələbini müsbət qarşılamaqla, həmin tələb üzrə mübahisənin həll edilməsi üçün, “X6 KollecK’ ilə İddiaçı arasında əvvəl bağlanmış əmək müqaviləsinə xitam verilməsi, Cavabdeh ilə AlməmmədovaGünay İkiram qızı arasında “anbardar” vəzifəsinə işə qəbulla bağlı yeni əmək müqaviləsi bağlamaq öhdəliyini öz üzərinə götürür və bu şərtlə hər iki tərəf, həm “X5 Kollec”i, həm də İddiaçı razıdır. Lakin hal-hazıradək Cavabdeh xx.xx.2024-cüil tarixli MŞŞ/MT018/2024-00826 nömrəli barışıq sazişinin şərtlərinə əməl etməmişdir. Artıq barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında ərizəçi İddiaçı izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - xx.xx.2024-cü il tarixli MŞŞ/MT-018/2024-00826 nömrəli barışıq sazişinin 2.1-ci bəndinə əsasən Cavabdeh, İddiaçı “X6 Kolleci” ilə əvvəl bağlanmış əmək müqaviləsinə xitam verilməsi və yeni əmək müqaviləsi bağlamaq şərti ilə işə qəbul tələbini müsbət qarşılamaqla, həmin tələb üzrə mübahisənin həll edilməsi üçün, “X6 Kollec” ilə İddiaçı arasında əvvəl bağlanmış əmək müqaviləsinə xitam verilməsi, Cavabdeh ilə İddiaçı arasında “anbardar” vəzifəsinə işə qəbulla bağlı yeni əmək müqaviləsi bağlamaq öhdəliyini öz üzərinə götürür və bu şərtlə hər iki tərəf, həm “X5 Kollec”i, həm də İddiaçı razıdır. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Mülki Prosessual Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Mülki Prosessual Məcəllənin 355-25.4-cü maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Mülki Prosessual Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Mülki Prosessual Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Göründüyü kimi barışıq sazişinin təsdiq edilməsi xahiş olunan hissəsi Cavabdeh tərəfindən “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsində nəzərdə tutulmuş müddət – 10 gün ərzində icra edilməmişdir. Göstərilənlərə və qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış barışıq sazişinin 2.3-cü bəndinin təsdiq edilməsi barədə ərizə əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən Cavabdeh-dən 100 manat ödənilmiş dövlət rüsumunun əvəzi, 0.40 manat bank xidməti haqqı tutularaq İddiaçı ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23 və 355-25-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞŞ/MT-018/2024-00826 nömrəli barışıq sazişinin 2.1-ci bəndi təsdiq edilsin. 2.1. Cavabdeh, İddiaçı “X6 Kolleci” ilə əvvəl bağlanmış əmək müqaviləsinə xitam verilməsi və yeni əmək müqaviləsi bağlamaq şərti ilə işə qəbul tələbini müsbət qarşılamaqla, həmin tələb üzrə mübahisənin həll edilməsi üçün, “X6 Kollec” ilə İddiaçı arasında əvvəl bağlanmış əmək müqaviləsinə xitam verilməsi, Cavabdeh ilə İddiaçı arasında “anbardar” vəzifəsinə işə qəbulla bağlı yeni əmək müqaviləsi bağlamaq öhdəliyini öz üzərinə götürür və bu şərtlə hər iki tərəf, həm “X5 Kollec”i, həm də İddiaçı razıdır. Maraqlı şəxs Cavabdeh-dən 100 (yüz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq ərizəçi İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar