Məhkəmə qərarları › İş №e-2(075)-1604/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1604/2024

11.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1604/2024 11.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Ərizəçi İddiaçı iştirakı, Maraqlı şəxs Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il təvəllüdlü Şəki rayonu Qudula kəndində anadan olmuş və hazırda Şəki rayonu Qudula kəndində yaşayan X4 və xx.xx.2007 təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, o, xx.xx.2006-cı il tarixdə X2 ilə ailə qurmuşdur. Onunla birgə nikah dövründə xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X7 adlı övladları olmuşdur. Şəki Rayon Psixatriya Xəstəxanasının xx.xx.2023 cü il 487 saylı arayışına əsasən övladları Dünya və Fidan ağır dərəcəli əqli gerilik müalicə və qulluq tələb edən ciddi davranış pozuntusu F-72.1 İQ əmsalı 27% Nitq artikulyasiyasının spsifiq pozuntusu F-72.1 Qəmsalı 39 faiz reseptiv nitq pozuntusu F-80.2.” diaqnozu ilə xəstədirlər. Onlar özlərini idarə edə bilmir, digər şəxsin qulluğuna, qayğısına ehtiyacı vardır. Həmçinin onlar ağır dərəcəli əqli gerilik qulluq və müalicə tələb edən davranış pozuntusu xəstəliyindən əziyyət çəkir. Onlar öz hərəkətlərini ölçüb-biçmək, idarə etmək qabiliyyətində deyildir. Ətrafdakılar üçün maneçiliyi olmasa da nə etdiyini və nə danışdığını tam dərk etmir. Öz hərəkətlərini qavramır, ölçüb-biçmək qavramaq iqtidarında deyil. Onların daim başqa şəxsin qulluğuna qayğıya ehtiyacı var. O, onların evdə müalicəsi ücün əlindən gələni etmiş ancaq nəticəsi olmamışdır. Onları daim nəzarət altında saxlamışdı. Psixi qusuru ilə bağlı onlar öz hərəkətlərinin mənasını anlamır, özləri özlərini idarə edə bilmirlər. Hazırda o və anaları onlara daim nəzarət edir. Qulluq və qayğı göstərir. Onların üzərində qəyyum təyin edilməsinə zərurət vardır. Onlara qulluq etdiklərinə üçün işləyə bilmədiklərinə görə məqsədləri belə şəxslərə qulluq edən şəxslərə dövlət tərəfindən verilən müavinəti almaqdır və buna ehtiyacları vardır. Bununla bağlı Cavabdehnə müraciət etmişdir. Qəyyumluq və Himayəçilik Komissiyası ona bu məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Bu faktın müəyyən edilməsi ona dövlətin bu cür şəxslərə qulluq edən şəxslərə dövlət tərəfindən verilən müavinəti almaq ücün lazımdır. Buna görə də övladları xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və bundan sonra özünün onlara qəyyumu təyin edilməsi ilə bağlı hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı ərizədə göstərilən tələbi müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X8 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Sübutların tədqiqi: İş materialarında olan: - 21 may 2007-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2007-ci il tarixdə doğulmuş X5 atası İddiaçı, anası isə X1r. - 31 avqust 2008-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2005-ci il tarixdə doğulmuş X4 atası İddiaçı, anası isə X1r. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin X10 Şöbəsinin xx.xx.2024-cü il tarixli, 634 saylı rəyindən görünür ki, xx.xx.2005-ci il tarixdə doğulmuş X6 orta dərəcəli əqli gerilik, ifadə olunmuş davranış pozuntuları ilə xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən o, öz hərəkətlərinin mənasını başa düşmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyil. Buna görə də X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X6 onda müəyyən edilən orta dərəcəli əqli gerilik, ifadə olunmuş davranış pozuntuları ilə xəstəliyi ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol verilmir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin X10 Şöbəsinin xx.xx.2024-cü il tarixli, 635 saylı rəyindən görünür ki, xx.xx.2007-ci il tarixdə doğulmuş X7 orta dərəcəli əqli gerilik, ifadə olunmuş davranış pozuntuları ilə xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən o, öz hərəkətlərinin mənasını başa düşmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyil. Buna görə də X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X7 onda müəyyən edilən orta dərəcəli gerilik, ifadə olunmuş davranış pozuntuları ilə xəstəliyi ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol verilmir. - Azərbaycan Respublikası Cavabdeh Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2007ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə məhkəmə qətnaməsi təqdim edildikdən sonra onun xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X7 üzərində qəyyum təyin edilməyi məsələsinə baxılacağı bildirilmiş, xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. - xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, ərizəçi hazırkı ərizənin verilməsi üçün 100 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin: -28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Mülki Prosessual Məcəllənin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. 320.2-ci maddəsinə əasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Ərizəçi Ərizəçi İddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi övladı xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsidir. Göründüyü kimi xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X6 və X5 fəaliyyət qabiliyyətsiz şəxs hesab olunmaları ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinin də müvafiq rəyi vardır. Ərizəçi İddiaçı xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X5 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidirlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi təmin edilməli, 16 aprel 2005-ci il tarixdə Qax şəhərində anadan olmuş, Şəki rayonu, Qudula kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X6 və 06 may 2007-ci il tarixdə Şəki rayonu, Qudula kəndində anadan olmuş, Şəki rayonu, Qudula kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidirlər. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 16 aprel 2005-ci il tarixdə Qax şəhərində anadan olmuş, Şəki rayonu, Qudula kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X6 və 06 may 2007-ci il tarixdə Şəki rayonu, Qudula kəndində anadan olmuş, Şəki rayonu, Qudula kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsinlər. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar