Məhkəmə qərarları › İş №e-2(075)-1615/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1615/2025

24.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1615/2025 24.11.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, X11 qızının katibliyi ilə, İddiaçı cavabdeh X4 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 34040 AZN manat borcun, 500 manat mənəvi ziyanın, 500 manat maddi ziyanın və həmçinin ödədiyi 195 manat dövlət rüsumunun cəmi 35040 manat pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəfəq adlı hazırda məhkum olunan qadın tanışları ilə birlikdə ona qarşı dələduzluq etmişdir. Lakin Dövlət mühafizə orqanları işi düzgün araşdırmayaraq tək Şəfəqə qarşı cinayət işi açmışlar. Belə ki, Cavabdeh ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, əvvəl dələduzluq cinayəti törətdiyinə görə barəsində Abşeron RPİ-də, sonra isə Abşeron Rayon Məhkəməsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə baxılma mərhələsində olduğu halda o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə İddiaçı özünü jurnalist kimi tanıdaraq ona sosial ödənişlər hesabına evini təmir etdirəcəyinə, mənzil düzəldəcəyinə və sosial avtomobil alacağına dair yalan vədlər verib aldadaraq, 25 dekabr 2018-ci ildə Abşeron rayonu, Xırdalan şəhəri Qalubiyyə küçəsində yerləşən Texnikumun qarşısında 1800 manat, 26 dekabr 2018-ci ildə eyni ünvanda 1100 manat, 10 yanvar 2019-cu il tarixdə eyni ünvanda 1300 manat, 12 yanvar 2019cu il tarixdə eyni ünvanda 300 manat, 15 yanvar 2019-cu il tarixdə eyni ünvanda 250 manat, 23 yanvar 2018-ci il tarixdə eyni ünvanda 400 manat, 30 yanvar 2019-cu il tarixdə eyni ünvanda 1050 manat, 01 fevral 2019-cu il tarixdə eyni ünvanda 200 manat, 05 fevral 2019-cu il tarixdə eyni ünvanda 650 manat, 27 fevral 2019-cu il tarixdə eyni ünvanda 500 manat, 18 mart 2019-cu il tarixdə eyni ünvanda 100 manat, 19 mart 2019-cu il tarixdə eyni ünvanda 400 manat, 26 mart 2019-cu il tarixdə eyni ünvanda 930 manat, 28 mart 2019-cu il tarixdə ünvan 1 ünvanda 250 manat, 11 aprel, 2019-cu il tarixdə eyni ünvanda 220 manat, 13 aprel 2019-cu il tarixdə eyni ünvanda 600 manat, 14 aprel 2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən Texnikumun qarşısında 550 manat, 17 aprel 2019-cu il tarixdə eyni ünvanda 350 manat, 09 iyun 2019-cu il tarixdə eyni ünvanda 150 manat, 10 iyun 2019-cu il tarixdə eyni ünvanda 240 manat, 25 yanvar 2020-ci il tarixdə eyni ünvanda 2000 manat, 27 yanvar 2020-ci il tarixdə eyni ünvanda 2400 manat, 29 yanvar 2020-ci il tarixdə eyni ünvanda 500 manat, 05 iyun 2020-ci il tarixdə ünvan 1 ünvanda 300 manat və 10 iyul 2020-ci il tarixdən 20 avqust 2020-ci il tarixədək olan müdət ərzində istintaqla müəyyən edilməyən müxtəlif vaxtlarda yenidən eyni ünvanda 17500 manat pulunu, yəni vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 34040 manat pulunu ələ keçirib, vədə əməl etmədən İddiaçı xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. X12 adlı qadın tanış etmişdir. Onun Xırdalanda yerləşən evinin bütün qapısını pəncərəsini söküb aparmışlar. Məhkəmədə də iş ədalətsiz araşdırılaraq təqsirləndirilən şəxsə 3 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması verilmişdir. Hazırda ona məlum olmuşdur ki, təqsirləndirilən şəxs 5 saylı Gəncə şəhərində yerləşən məntəqə tipli cəzaçəkmə müəssisəsində cəzasını çəkir. O, bu illər ərzində onun ona vurduğu ziyana görə hazırda da həm maddi, həm də mənəvi əziyyət çəkir. Bunu eşitdikdən sonra daxilən daha da çox sarsılmışdır və belə bir dələduz insanın məntəqə tiplidə qalan cəzasını çəkməsi cəmiyyət üçün təhlükəlidir. O, ona borclu olduğunu artıq məhkəmənin çıxardığı hökmdə də etiraf etmişdir. Həmçinin o, ona bu il ərzində həm mənəvi həm də maddi ziyan vuruşdur. Ona görə ki, onun hərəkətləri nəticəsində o, ürək xəstəliyi tutmuşdur, dəfələrlə müalicələr almışdır. Həmçinin iş gücünü atıb bütün günü məhkəmələrdə polisdə prokurorluqda olmuşdur. Hamısı ona vurulan ziyandır. Həmçinin ona verdiyi pulun çox hissəsini qonşulardan almışdır və bu vaxta kimi onların pulun ödəyir. Cavabdeh dostları ilə birləşərək onu aldadıb evini təmir etmək məqsədi ilə evinin qapı pəncərəsini söküb apararaq ona bir az da maddi ziyan vurmuşdur. Ona görə də məhkəmədən hüquqlarının bərpa olunmasını istəyir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə göndərdiyi ərizəsində məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh X6 onun iddiaçıya borcunun az olmasına baxmayaraq 34000 manat borc yazıblar. Hazırda həmin pulu ödəməyə maddi imkanı yoxdur. Sübutların tədqiqi: - Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-218/2023 saylı hökmündən görünür ki, Cavabdeh qarşı Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə verilmiş ittihamın ittihamdan xaric edilməsi, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla, CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla, Cavabdeh üzərində qəti olaraq, 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təqsirləndirilən şəxs Cavabdeh cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2022-ci il tarixdən hesablanması, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsi hökm edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(105)-366/2023 saylı qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, 1(012)-218/2023 nömrəli hökmünün apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması, təqsirləndirilən şəxs Cavabdeh və zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellasiya şikayətlərinin təmin edilməməsi, Cavabdeh apellyasiya məhkəmə iclasında hüquqlarını medafiə etmiş Sumqayıt Vəkil Bürosunun vəkili X2 18 (on səkkiz) manat məbləğində vəsaitin ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsindən Sumqayıt Vəkil Bürosunun hesabına köçürülməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, zərərçəkmiş şəxs İddiaçı və vəkili X7 tərəfindən birgə verilmiş, məhkum Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 iyul 2023-cü il tarixli qərarının kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - xx.xx.2025-ci il tarixli, ********** saylı qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 196 manat məbləğdə dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Prosessual Məcəllənin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh tərəfindən iddiaçı X1 qarşı törədilmiş dələduzluq əməli nəticəsində 34040 manat məbləğində maddi zərər vurulmuş və həmin məbləğdən 3200 manat cavabdeh tərəfindən iddiaçıya ödənimişdir. Bu məhkəmə hökmləri ilə öz təqdiqini tapmışdır. Məhkəmə iddia tələbinin 34040 manat maddi zərərin tutulması hissəsinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya göstərilən məbləğdə ziyan vurulması iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(075)-218/2023 saylı və həmin hökmdən verilmiş apellyasiya və kassasiya şikayətləri üzrə müvafiq məhkəmələr tərəfindən çıxarılmış hökmlərlə müəyyən edilir. Həmçinin, həmin hökmlərlə müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya vurulmuş 34040 manat maddi ziyandan 3200 manat hissəsi ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 30840 manat pul tutulmalıdır. Mülki Məcəllənin 21.2-ci maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Məhkəmə iddia tələbinin əldən çıxmış faydaya görə 500 (beş yüz) manatın tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbinin bu hissəsinə dair hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə iddia tələbinin həmin hissəsinə dair hər hansı sübut təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, mənəvi zərərin tutulması hissəsində iddia tələbi təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 4-cü bəndində isə göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi ziyanın ödənilməsini tələb etmək hüququnu istisna etmir. İşin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, yuxarıda qeyd olunanlara əsasən cavabdeh tərəfindən iddiaçıya mənəvi zərər vurulması tam təsdiq olunur. Lakin məhkəmə hesab edir ki, bu hissədə də iddia təmin edilməlidir. Belə ki, qeyd olunan Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunan halları nəzərə alaraq məhkəmə hesab edir ki, mənəvi zərərin əvəzi kimi 500 manat ağlabatan məbləğ kimi müəyyənləşdirilə bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 193,62 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 30840 (otuz min səkkiz yüz qırx) manat maddi ziyan, mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat və 193,62 (yüz doxsan üç manat altmış iki qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar