Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1665/2025 16.09.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4100 dröd) min bir yüz) manatın, müqavilə əsasında vəkilə ödənilmiş 300 çü) yüz) manatın və dövlət büdcəsinə ödənilmiş 64 (altmış dörd) manat dövlət rüsumunun, ümumilikdə isə 4464 (dörd min dörd yüz altmış dörd) manat pulun Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir ki, Şəki şəhəri bazar ərazisində qızıl alveri ilə məşğul olur. Hazırkı iş üzrə cavabdeh olan Cavabdeh polis şöbəsində işi olarkən tanımışdır. Həmin vaxtı Şəki ŞRPŞ-nin əməkdaşı olan Cavabdeh ona yaxınlaşaraq özü üçün toy edəcəyini və ona nisyə qaydada qızıl əşyalarını verməyini və qısa müddət ərzində pulu geri qaytaracağını bildirmişdir. İddiaçı onunla razılaşmışdır. Bundan 1-2 həftə sonra yəni 2024-cü ilin fevral ayında cavabdeh onun işlədiyi qızıl mağazasına gələrək ümumi dəyəri 3100 manat olan qızıl əşyalarını götürmüşdür. Bir ay müddətinə pulu geri qaytaracağına söz vermişdir. Bundan təxminən bir həftə sonra Cavabdeh ona zəng edərək əmisi oğlunu göndərəcəyini və ona nisyə qaydada qızıl bilərzik verilməsini xahiş etmişdir. Bundan sonra Cavabdeh dediyi Elşən adlı şəxs işlətdiyi qızıl mağazasına gəlmiş və dərhal Elşənə zəng edərək dediyi adamın işlətdiyi mağazaya gəldiyini bildirmişdir. Cavabdeh ona bildirmişdir ki, həmin nisyə qaydada alınan qızılın pulu onluqdur. Bundan sonra o, Elşən adlı şəxsə 1000 manat dəyərində nisyə qaydada bilərzik vermişdir. Cavabdeh ona demişdir ki, həmin pul onluq olacaqdır. Bir müddət sonra Cavabdeh zəng etmiş və ondan nisyə qaydada verdiyi qızıl əşyalarının ümumi dəyəri olan 4100 manat pulu istəmiş və cavabında Cavabdeh demişdir ki, 4100 manat pulu o ödəyəcəkdir. Bundan sonra, o, Elçin Əhməzadədən indiyə kimi borclu olduğu 4100 manat pulun alınmasına köməklik edilməsi barədə ərizə ilə Şəki ŞRPŞ-yə müraciət etmişdir. Şəki ŞRPŞ-də izahatı alınmış Cavabdeh oğlu izahatında qeyd etmişdir ki, İddiaçı yazdığı ərizə ilə tanış olmuş, təxminən 6-7 ay bundan əvvəl İddiaçı adlı şəxsdən 4100 manat dəyərində nisyə qaydada qızıl zinət əşyaları almış və bu günə qədər pulunu verə bilməmişdir. Söz vermişdir ki, guya ki, 2024-cü ilin avqust ayına kimi həmin borc məbləğini geri qaytaracaq. Şəki ŞRPŞ-nin xx.xx.2024-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Elçin adlı polis əməkdaşından pul tələbi ilə bağlı mülki qaydada məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə edilmişdir. Bundan sonra, dəfələrlə onunla əlaqə saxlamağına və xəbərdarlıq etməsinə baxmayaraq cavabdeh həmin pulu ödəyə bilməmişdir. Göründüyü kimi cavabdeh bu günə kimi iddiaçıya borclu olduğu 4100 manat pulu geri qaytarmamışdır. Dəfələrlə ondan həmin pulu geri qaytarmasını tələb etsə də, o, müxtəlif bəhanələrlə pulu geri qaytarmaqdan yayınmışdır. Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla bağlı aralarında olan vatsapp yazışmaları iddia ərizəsinə əlavə edilmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil izahat verərək bildirdi ki, iddianı müdaifə edir və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - İddiaçının şikayəti əsasında cavabdehin Şəki ŞRPŞ-də verdiyi izahatında qeyd edilmişdir ki, cavabdeh 6-7 ay bundan əvvəl Bayraməli adlı şəxsdən dəyəri 4100 manat olan qızıl-zinət əşyası almışdır. Bu günə qədər pulunu verə bilməmişdir. Amma söz verir ki, 2024-cü ilin avqust ayının sonuna kimi həmin borc məsələsini həll edəcəkdir. - Şəki Regional Vəkil Bürosunun xx.xx.2025-ci il tarixli 65 nömrəli arayışından görünür ki, iddiaçı vəkilə göstərdiyi hüquqi xidmət müqabilində 300 manat ödəniş etmişdir. - xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün 64 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadən 10000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Hazırkı işdə Mülki Məcəllənin 567-ci maddəsinin dispozitiv şərtləri mövcuddur. İddiaçı bildirir ki, onun tərəfindən cavabdehə pulunu sonradan ödəmək şərti ilə 4100 manat dəyərində qızıl-zinət əşyaları satılmışdır. İddiaçı borc məbləğindən heç bir ödəniş olunmadığını bildirmiş, cavabdeh isə iddia tələbinə qarşı münasibət bildirməmişdir. Məhkəmə qeyd edir ki, sübutların aidiyyəti dedikdə, sübut mənbəyində olan məlumatın məhkəmə baxışında müəyyən edilməli olan faktlarla və hallarla obyektiv əlaqəsinin olması başa düşülür. Başqa sözlə, sübutun aidliyi onun baxılan iş üzrə sübutetmə predmeti ilə bağlılığının olması deməkdir. Sübutların aid edilməsi isə məhkəmənin həyata keçirdiyi fəaliyyət olub, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən halların aydınlaşdırılmasına xidmət edən sübutların qəbul edilməsinə, işə aid olmayan (sübutetmə predmeti ilə heç bir bağlılığı olmayan) sübutların kənar edilməsinə (qəbul edilməməsinə) yönəlmişdir. Cavabdeh Şəki ŞRPŞ-də yazığı izahatında iddia tələbini etiraf etmiş və borcu qısa müddət ərzində ödəyəcəyini bildirmişdir. Beləliklə, işin hallarını, qanunvericiliyin qeyd edilən normalarını, həmçinin təqdim edilmiş sübutların bir-birini tamamlamasını əsas tutaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi və vəkilə ödənilmiş pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 4100 (dörd min yüz) manat borc məbləği, 300 (üç yüz) manat vəkilə ödənilmiş məbləğ, 64 (altmış dörd) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-1665/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1665/2025
16.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver