Məhkəmə qərarları › İş №e-2(075)-1681/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1681/2022

27.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1681/2022 27.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı “ölüm faktının müəyyən edilməsi” hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1995-ci il tarixdə Şəki rayonu Çayqaraqoyunlu kəndində anadan olmuş qızı X2 xx.xx.1997-ci il tarixdə Şəki rayonu Çayqaraqoyunlu kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən ərizəçi İddiaçı ərizəni müdafiə edərək göstərmişdir ki, o, X11 ilə xx.xx.1985-ci ildə nikah bağlamaqla ailə qurmuşdur. Onların birgə nikahlarından Vüsal, Kamal, Vüsalə və Əminə adlı dörd uşaqları anadan olmuşdur. Bildirmişdir ki, xx.xx.1995-ci il təvəllüdlü qızı İsrafilova Vüsalə xx.xx.1997-ci ildə Şəki rayonu Çayqaraqoyunlu kəndində uşaqkən 2 yaşında vəfat etmişdir. Lakin həmin vaxt məlumatları olmadığı üçün ölüm haqqında şəhadətnamə alınmamışdır. Hazırda mülkiyyətində olan torpaq sahəsini satmaq üçün aidiyyəti orqanlara müraciət etmiş, lakin həmin torpaq sənədində qızı İsrafilova Vüsalənin adı olduğundan və onun ölüm haqqında sənədi olmadığından torpağı sata bilməmişdir. Qızının ölüm haqqında şəhadətnaməsini əldə etmək üçün Şəki rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm haqqında heç bir sənədin əldə edilməsi mümkün olmamışdır. Belə ki, Şəki rayon qeydiyyat şöbəsi xx.xx.2022-ci il tarixli 05/Q-1383/15 saylı məktubu ilə ona qızının ölüm haqqında akt qeydinin olmadığını, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Şəki rayon qeydiyyat şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X10 göstərmişdir ki, ərizəçi İddiaçı onun həmkəndçisi həm də qonşusudur. Bildirmişdir ki, İddiaçı Vüsal, Kamal, Vüsalə və Əminə adlı dörd övladı olmuşdur. İsrafilova Vüsalə iki yaşında olan zaman vəfat etmişdir. X20 rayonu, Çayqaraqoyunlu kəndində yerləşən qəbsanlıqda dəfn etmişlər. Vüsalənin yas mərasimində o da iştirak etmişdir. Onun Vüsalənin hansı səbəbdən ölməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X7 göstərmişdir ki, ərizəçi İddiaçı onun qardaşıdır. Bildirmişdir ki, X3 Vüsal, Kamal, Vüsalə və Əminə adlı dörd övladı olmuşdur. Qardaşı qızı İsrafilova Vüsalə 1997-ci ildə vəfat etmişdir. Mərhum keçirdiyi xəstəlik səbəbli vəfat etmişdir. Onu Şəki rayonu Çayqaraqoyunlu kəndində dəfn etmişlər. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X8 göstərmişdir ki, ərizəçi İddiaçı onun həyat yoldaşıdır. Onlar xx.xx.1985-ci ildə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Birgə nikahlarından Vüsal, Kamal, Vüsalə və Əminə adlı dörd uşaqları anadan olmuşdur. Bildirmişdir ki, qızı İsrafilova Vüsalə xx.xx.1997-ci ildə Şəki rayonu Çayqaraqoyunlu kəndində qəfil qızdırmadan vəfat etmişdir. Qızı keçirdiyi xəstəlik səbəb ölmüşdür. Onu Şəki rayonu Çayqaraqoyunlu kəndində dəfn etmişlər. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı tələbi əsaslıdır. Belə ki, elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki rayon qediyyat şöbəsi tərəfindən verilmiş 07 aprel 2022-ci il tarixli, 05/Q-391/70 nömrəli doğum haqqında arayışdan görünür ki, 07 sentyabr 1995-ci il təvəllüdlü X2 atası İddiaçı, anası X5r. İşdə olan Şəki Rayon Qeydiyyat şöbəsi tərəfindən ünvanlanmış, 07 aprel 2022-ci il tarixli, 05/Q-1383/15 nömrəli məktubdan görünür ki, Şəki Rayon Qeydiyyat şöbəsinin arxivində xx.xx.1995-ci il təvəllüdlü X2 ölümü haqqında akt qeydi aşkar edilmədiyi üçün Şəki Rayon Qeydiyyat şöbəsində onun ölümünün qeydə alınması mümkün olmamışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 15 noyabr 1985-ci il tarixli, İİİ-ЖГ 437900 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X11 arasında 15 noyabr 1985-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 42 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada İsrafilova soyadı verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 26 noyabr 2003-cü il tarixli, JN: 0039, KOD 40402058 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, İddiaçı, X8, X9 və X4 Şəki rayon Aqrar İslahat Komissiyasının 08 noyabr 1997-ci il tarixli, 39 nömrəli qərarı ilə Şəki rayonu, Çayqaraqoyunlu kəndi ərazisində 2.86 ha torpaq sahəsi verilmişdir. İşdə olan “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in 30 avqust 2022-ci il tarixli, 1233/2 saylı məktubundan görünür ki, “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in arxiv bölməsində saxlanılan qeydiyyat jurnallarına baxılmış və X1 adına ölüm qeydiyyatı aşkar olunmamışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki iş materiallarından aydın oldu ki, X6 ərizəçi İddiaçı qızı olmuşdur. O, 07 sentyabr 1995-ci ildə anadan olmuşdur. Ərizəçinin qızı X6 25 mart 1997-ci il tarixdə Şəki rayonu Çayqaraqoyunlu kənd ərazisində vəfat etmişdir. Ərizəçi ölüm haqqında şəhadətnaməsini digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, 07 sentyabr 1995-ci il tarixdə Şəki rayonu, Çayqaraqoyunlu kəndində anadan olmuş X2 25 mart 1997-ci il tarixdə Şəki rayonu, Çayqaraqoyunlu kəndi ərazisində vəfat etməsi faktı müəyyən edilməlidir. MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 307.2.11 və 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. 07 sentyabr 1995-ci il tarixdə Şəki rayonu, Çayqaraqoyunlu kəndində anadan olmuş X2 25 mart 1997-ci il tarixdə Şəki rayonu, Çayqaraqoyunlu kəndi ərazisində vəfat etməsi hüquqi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar