Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1699/2024 28.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nın Cavabdeh qarşı Subroqasiya qaydasında pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddia tələbinin dəlilləri : İddiаçı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 az ağır dərəcəli xəsarətin yetirilməsinə görə 1500 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi və “VAZ 21063” markalı, **-BM- *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə görə 3500 (üç min beş yüz) manat məbləğində sığorta ödənişi, ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu və 0.56 (əlli atı) qəpik bank xidmət haqqı Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Vaz 21214” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Vaz 21063” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. X2 az ağır dərəcəli bədən xəsarəti almaqla yanaşı, eyni zamanda “Vaz 21063” markalı, **-BM-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. İş materiallarına əlavə olunmuş nəqliyyat vasitələrinin yol nəqliyyat nətcəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatından görünür ki, dəymiş zərərin məbləği 3500 (üç min beş yüz) manat müəyyən edilmişdir. Həmçinin, Məhkəmə-Tibbi Ekspertiza və X11 X16 245 nömrəli Ekspert Rəyi əsasında X1 görə az ağır dərəcəli xəsarət yetirildiyi müəyyən edilmişdir. «Atəşgah” Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq, X4 az ağır dərəcəli xəsarətin yetirilməsinə görə 1500 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi və “Vaz 21063” markalı, **- BM-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə görə 3500 (üç min beş yüz) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə AR İXM-nin 332.2-ci və 327.1-ci maddələri ilə təqsirli bilindiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh sürücülük vəsiqəsindən də göründüyü kimi, cavabdeh hadisə vaxtı idarə etdiyi “VAZ 21214” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ``B`` kateqoriyalı avtomobil nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş 5000 (beş min) manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı Sığorta Şirkəti ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin, İddiaçı Sığorta Şirkəti ASC xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirərək qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, yol nəqliyyat hadisəsi xx.xx.2023-cü ildə baş vermiş, hadisədən 10 ay sonra sığorta şirkəti tərəfindən ona bildirilmişdir ki, 5000 manat borcu var. O digər avtomobilə dəymiş zərərin bu qədər yüksək məbləğdə ola bilməyəcəyini hesab edir. Hesablanmış bu məbləğin ağlabatan olmadığını bildirərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İşin halları: Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; xx.xx.2023-cü il tarixli, 124327 nömrəli sığorta aktından görünür ki, «Atəşgah” Sığorta Şirkəti ASC-də sığortalanmış “VAZ 21214” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə “VAZ 21063” markalı, 55 BM-217 dövlət qeydiyyat nişanlı sığortalanmış avtomobillə toqquşmuş, xx.xx.2023-cü il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətiləndirilməsi barədə hesabata uyğun olaraq 3500 (üç min beş yüz) manat sığorta ödənişini X8 ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli, 124314 nömrəli sığorta aktından görünür ki, X9 sığortalanamış avtomobil ilə törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində az ağır dərəcəli xəsarət almışdır. MTE və PAB rəyinə əsasən 1500 (min beş yüz) manat dəymiş zərərlə bağlı sığorta ödənişini X8 ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli, 12957 nömrəli ödəniş tapşırığının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X6 3500 (üç min beş yüz) manat məbləğində sığorta ödənişi edilmişdir. xx.xx.2023-cü il tarixli, 12935 nömrəli ödəniş tapşırığının iddiaçı tərəfindən təsdiq edilmiş surətindən görünür ki, «Atəşgah” Sığorta Şirkəti ASC tərəfindən X6 1500 (min beş yüz) manat məbləğində sığorta ödənişi edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, 10 iş günü ərzində 5000 (beş min) manat sığorta ödənişinin ödənilməsi barədə bildirilmiş. əgər ödənilməsə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP-5820137 nömrəli qərardan görünür ki Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 332.2-ci və 327.1-ci maddələrinə əsasən 100 manat məbləğində inzibati cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il saat 10:35 radələrində Şəki ŞRPŞ-nın məlumatına əsasən yolnəqliyyat hadisəsinin olması barədə məlumatlandırılmış. əmlaka və sağlamlığa vurulan zərər barədə arayış tərtib olunmuşdur. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli hesabatdan görünür ki. zədələnmiş avtomobilə keçirilmiş baxış nəticəsində dəymiş zərərin qiyməti 3500 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11 X17 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 245 nömrəli ekspert rəyindən görünür ki, X5 dəymiş zərər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. 391226 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21214” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh məxsusdur. AF 201189 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki Cavabdeh “C” kateqoriyalı avtomobil nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir Tətbiq edilən hüquq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən, yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. 81-ci maddəsinə əsasən, bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür 922.1-ci maddəsinə görə, sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. 925.3.Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. 925.4. Sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üçün təyin olunan müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxsləri və müstəqil ekspertləri yalnız bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş olduqları halda sığorta əməliyyatları üzrə xidmət göstərmək üçün cəlb oluna bilərlər. 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 936.2-ci maddəsinin tələblərinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin maddi hüquq normasının mənasına görə, sığorta məbləğini sığortalıya ödəmiş sığortaçı İddiaçı Sığorta Şirkəti ASC sığorta hadisəsinin törədilməsində təqsirli şəxsdən ödənilmiş məbləğini tələb etməyə haqlıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya reqres qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən, bu Qanunda nəzərdə tutulan icbari sığortaların əsas prinsiplərindən biri də sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatıdır. 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır Məhkəmənin mövqeyi Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. İşin faktiki hallarına və təqdim edilmiş sübutlara, o cümlədən cavabdehin izahatına əsasən məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VAZ 21214” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “VAZ 21063” markalı, 55 BM217 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. X3 az ağır dərəcəli bədən xəsarəti almaqla yanaşı, eyni zamanda “VAZ 21063” markalı, **-BM-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. Məhkəmə-Tibbi Ekspertiza və X11 X16 245 nömrəli Ekspert Rəyi əsasında X1 görə az ağır dərəcəli xəsarət yetirildiyi müəyyən edilmişdir. ”Atəşgah” Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq, X4 az ağır dərəcəli xəsarətin yetirilməsinə görə 1500 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi və “VAZ 21063” markalı, **- BM-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə görə 3500 (üç min beş yüz) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Həmçinin təqdim edilmiş sənədlərdən görünür ki Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci və 327.1-ci maddələri ilə təqsirli bilindiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Eyni zamanda Cavabdeh sürücülük vəsiqəsindən də göründüyü kimi, cavabdeh hadisə vaxtı idarə etdiyi “VAZ 21214” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ``B`` kateqoriyalı avtomobil nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etmişdir. Beləki onun sürücülük vəsiqəsi ``C`` kateqoriyalı avtomobil nəqliyyat vasitələrini idarə etmək hüququna aiddir. Toqquşma nəticəsində xx.xx.2023-cü il tarixli, 124327 nömrəli və xx.xx.2023-cü il tarixli, 124314 nömrəli akta uyğun olaraq, VAZ “21063” markalı, **-BM-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə görə 3500 (üç min beş yüz) manat və X1 az ağır dərəcəli xəsarətin yetirilməsinə görə 1500 (bir min beş yüz) manat olmaqla ümumilikdə 5000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Belə ki, Cavabdeh idarə etdiyi avtomobillə yol nəqliyyat hərəkəti qaydalarını pozaraq, yol nəqliyyat hadisəsi törətmiş, «Atəşgah” Sığorta Şirkəti ASC tərəfindən sığortalanmış bir avtomobili vurmuş, baş vermiş hadisədə təqsirli bilinərək, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh iddiaçı "Atəşgah Sığorta Şirkəti” ASC-nin xeyrinə X4 az ağır dərəcəli xəsarətin yetirilməsinə görə 1500 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi və “VAZ 21063” markalı, **-BM-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə görə 3500 (üç min beş yüz) manat məbləğində sığorta ödənişi, ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. X4 az ağır dərəcəli xəsarətin yetirilməsinə görə 1500 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi və “VAZ 21063” markalı, **-BM-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə görə 3500 (üç min beş yüz) manat məbləğində sığorta ödənişi, ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu və 0.56 (əlli atı) qəpik bank xidmət haqqı Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1699/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1699/2024
28.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver