Məhkəmə qərarları › İş №e-2(075)-1703/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1703/2022

04.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1703/2022 04.11.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Ərizəçi İddiaçı və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X7 (əvvəlki məhkəmə iclaslarında digər Nümayəndə iştirak etmişdir) iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika X22 filialı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “sənədin ona məxsus olması” hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, soyadı və adı “Süleymanov (Vidadin) Veydəddin Kurban oğlu” kimi yazılmış əmək kitabçasının, həmçinin 08 aprel 2022-ci il tarixli, 283 nömrəli arxiv arayışında göstərilmiş Şəki rayonu, Turan Taxılçılıq sovxozunun və Şəki rayonu Qaratorpaq Taxılçılıq, Toxumçuluq sovxozunun işçi və qulluqçularının zəhmət haqqı cədvəllərinin (ona aid hissələrində), yəni hüquq müəyyənedici sənədlərin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının əsl cavabdeh olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını əsl cavabdeh olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, o, xx xxxxxx 1957-ci il tarixdə Şəki rayonu Taxılçılıq Sovxozunda anadan olmuşdur. Göstərmişdir ki, ailədə 4 qardaş və 2 bacı olmuşlar. Qardaşlarının adı Əziz (vəfat etmişdir), Vaqif, Əhməd (onu kənd arasında İkram deyə çağırmışlar), bacıları Məlahət və Mahizər olmuşdur. Bildirmişdir ki, onun “Vidadi” və ya “Vidadin” adında qardaşı olmamışdır. Qeyd etmişdir ki, 1974-cü ildən 2006-cı ilə qədər həmin dövrlərdə vaxtılə mövcud olmuş Şəki rayonu, Qaratorpaq Taxılçılıq, Toxumçuluq sovxozunda və Şəki rayonu Turan Taxılçılıq sovxozunda traktorist, kombayınçı, sovxozda olan fermalarda və briqadalarda fəhlə və s. müxtəlif işlərdə işləmişdir. Bildirmişdir ki, o, Azərbaycan Respublikası Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət agentliyinin Şəki regional Asan xidmət mərkəzinə müraciət etdərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Həmin mərkəzə təqdim etdiyi ərizə və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 16 mart 2022-ci il tarixli **********2 nömrəli məktubu ilə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmiş və bildirilmişdir ki, Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il staj olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəlaiyyət dövlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövlətin məcmusudur. Təqdim edilmiş xx.xx.1975-ci il tarixli kitabçasının, 189 nömrəli kolxozun əmək kitabçasının və hərbi biletin surətlərinə əsasən sığorta stajı 18 il 4 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesaba sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilmişdir ki, təqdim etdiyi xx.xx.2022-ci il tarixli, 61 nömrəli arxiv arayışına əsasən əmək kitabçasının surətində qeyd olunmuş Şəki rayonu Qaratorpaq taxılçılıq sovxozundakı əmək fəaliyyəti zamanı xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixinədək olan əmək haqqı cədvəllərində adı düzgün qeyd edilməmişdir. Eyni zamanda X22 filialının xx.xx.2022-ci il tarixli, 154 nömrəli məktubuna əsasən əmək kitabçasının surətində qeyd edilmiş Şəki rayonu Qaratorpaq DKTİM-nin 2002-ci il tarixindən 2007-ci il tarixinədək olan arxiv sənədləri X22 filialına təhvil verilməmişdir. Əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərmişdir ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika X22 filialı tərəfindən ona verilmiş 283 nömrəli, 08 aprel 2022-ci il tarixli arxiv arayışında göstərilmişdir ki, Şəki rayonu, Turan Taxılçılıq sovxozunun və Şəki rayonu Qaratorpaq Taxılçılıq, Toxumçuluq sovxozunun işçi və qulluqçularının zəhmət haqqı cədvəllərində 1993-cü ildə fevral ayında onun adı yanlış olaraq Süleymanov Veydədin, mart ayında Süleymanov Vidadi, aprel ayında Süleymanov Veydədin, may ayında Süleymanov Vidadi, iyun, iyul aylarında Süleymanov Veydədin, avqust ayında Süleymanov Vidafi, sentyabr ayında Süleymanov Veydədin, oktyabr, noyabr, dekabr aylarında Süleymanov Vidadi, 1994-cü ildə Süleymanov Vidadfi, 1995-ci ilin yanvar, fevral, mart aylarında Süleymanov Vidadi, aprel, iyun aylarında Süleymanov Veydədin, 1996-cı ilin may ayında Süleymanov Vidadi, iyun ayında Süleymanov Veydədin, Vidadi, iyul ayında Süleymanov Veydədin, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarında Süleymanov Vidadi, 1997-ci ilin yanvar-iyul aylarında Süleymanov Vidadi, avqust ayında Süleymanov Veydədin, sentyabr-dekabr aylarında Süleymanov Vidadi, 1998-ci ildə Süleymanov Veydədin, 1999-cu ildə iyun ayında Süleymanov Vidadi, iyul-sentyabr aylarında isə Süleymanov Veydədin kimi qeyd edilmişdir. Göründüyü kimi onun soyadı və adı “İddiaçı” olduğu halda kolxozun əmək kitabçasında soyadı və adı “Süleymanov (Vidadin) Veydəddin Kurban oğlu” kimi yazılmışdır, eyni zamanda 08 aprel 2022-ci il tarixli, 283 nömrəli arxiv arayışında göstərilmiş Şəki rayonu, Turan Taxılçılıq sovxozunun və Şəki rayonu Qaratorpaq Taxılçılıq, Toxumçuluq sovxozunun işçi və qulluqçularının zəhmət haqqı cədvəllərində 1993-cü ildə fevral ayında onun adı yanlış olaraq Süleymanov Veydədin, mart ayında Süleymanov Vidadi, aprel ayında Süleymanov Veydədin, may ayında Süleymanov Vidadi, iyun, iyul aylarında Süleymanov Veydədin, avqust ayında Süleymanov Vidafi, sentyabr ayında Süleymanov Veydədin, oktyabr, noyabr, dekabr aylarında Süleymanov Vidadi, 1994-cü ildə Süleymanov Vidadfi, 1995-ci ilin yanvar, fevral, mart aylarında Süleymanov Vidadi, aprel, iyun aylarında Süleymanov Veydədin, 1996-cı ilin may ayında Süleymanov Vidadi, iyun ayında Süleymanov Veydədin, Vidadi, iyul ayında Süleymanov Veydədin, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarında Süleymanov Vidadi, 1997-ci ilin yanvar-iyul aylarında Süleymanov Vidadi, avqust ayında Süleymanov Veydədin, sentyabr-dekabr aylarında Süleymanov Vidadi, 1998-ci ildə Süleymanov Veydədin, 1999-cu ildə iyun ayında Süleymanov Vidadi, iyul-sentyabr aylarında isə Süleymanov Veydədin kimi qeyd edilmişdir. Göstərmişdir ki, həmin dövrlərdə sovxozun kadrlar şöbəsi rus milliyyətindən olan qadın olduğundan onun, həmçinin sovxozda bir çox sakinlərin adları yanlış və texniki səhvliklərlə yazılmışdır. Bildirmişdir ki, əmək kitabçasında və arxiv arayışlarında adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən ad və soyadı ilə düz gəlmədiyinə görə, o, həmin sənədlərin ona məxsus olması faktının müəyyən edilməsi barədə iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı vəkili Vəkil da İddiaçı ilə oxşar məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin göstərmişdir ki, iddiaçıya məxsus əmək kitabçasının 1-ci üz qabıq hissəsində onun adının səhv yazılması ilə bağlı da qeydiyyat aparılmış və sovxozun möhürü ilə təsdiqlənmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X12 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, soyadı və adı “Süleymanov (Vidadin) Veydəddin Kurban oğlu” kimi yazılmış əmək kitabçasının həmçinin, 08 aprel 2022-ci il tarixli, 283 nömrəli arxiv arayışında göstərilmiş Şəki rayonu, Turan Taxılçılıq sovxozunun və Şəki rayonu Qaratorpaq Taxılçılıq, Toxumçuluq sovxozunun işçi və qulluqçularının zəhmət haqqı cədvəllərinin (ona aid hissələrində), yəni hüquq müəyyənedici sənədlərin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirmişdir ki, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixə kimi Şəki rayonu Qaratorpaq Taxılçılıq sovxozunda işlədiyini iddia edir. Lakin iddiaçının qeyd olunan dövrlərdə sovxozda işləməsi faktı əmək kitabçasında öz əksini tapsa da, adı əmək haqqı cədvəllərində düzgün qeyd olunmamışdır. Belə ki, İddiaçı iddia etdiyi illər üzrə işləməsi ilə bağlı Şəki rayon Dövlət Arxivi tərəfindən əmək haqqı arayışı təqdim olunmuşdur. Təqdim olunan xx.xx.2022-ci il tarixli 61 saylı arxiv arayışında iddiaçının adı 1993-cü il fevral ayında Süleymanov Veydədin, mart avında Süleymanov Vidadi, aprel ayında İddiaçı, may ayında Süleymanov Vidadi, iyun və iyul aylarında Süleymanov Vevdədin, oktyabr, noyabr, dekabr aylarında Süleymanov Vidadi, 1994-cü ildə Süleymanov Vidadi, 1995-ci il yanvar, fevral, mart aylarında Süleymanov Vidadi, aprel, iyun aylarında Süleymanov Vevdədin, 1996-cı il may ayında Süleymanov Vidadi, iyun avında Süleymanov Vevdədin, Vidadi, iyul ayında Süleymanov Vevdədin, avqust, oktyabr, noyabr, dekabr aylarında Süleymanov Vidadi, 1997-ci il yanvar-iyul aylarında Süleymanov Vidadi, avqust ayında Süleymanov Vevdədin, sentyabr-dekabr aylarında Süleymanov Vidadi, 1998-ci ildə Süleymanov Vevdədin, 1999-cu il iyun ayında Süleymanov Vidadi, iyul-sentyabr aylarında isə Süleymanov Vevdədin kimi qeyd olunmuşdur. Göstərmişdir ki, ərizələrə lazımi sənədlərin əldə edilməsinin, yaxud itirilmiş sənədlərin bərpa edilməsinin qeyri-mümkün olmasını təsdiq edən sübutlar əlavə edilmədiyi, işə xüsusi icraat qaydasında baxılması istisna edildiyi halda və yaxud heç bir hüquqi nəticə doğurmayan hüquqi faktların müəyyən edilməsinə dair ərizələrə baxılaraq qətnamə qəbul edilir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə. MPM-nin 261.0.1ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Hazırda iddiaçının müəyyən etmək istədiyi fakt onun adındakı uyğunsuzluğun məhkəmə qətnaməsi ilə aradan qaldırılmasıdır. Belə olduğu təqdirdə məhkəmə tərəfindən ilk öncə hüquqmüəyyənedici sənəddə uyğunsuzluğun aradan qaldırılması üçün iddiaçıya həmin sənədləri verən orqan tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilib-edilmədiyi araşdırılmalıdır. Bildirmişdir ki, “Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəkı adı. atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün birinci şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir), ikinci həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır, üçüncü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən orqan tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir və yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Belə ki, qanunvericiliyin tələblərinə müvafiq olaraq iddiaçı müvafiq təşkilata arayışdakı səhvlərin aradan qaldırılması ilə bağlı müraciət etməli, yalnız həmin təşkilat tərəfindən səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edildikdən, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirildikdən sonra hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxıla bilər. Göründüyü kimi, hazırki işdə hüquqmüəyyənedici sənəddə olan uyğunsuzluğun aradan qaldırılmasına dair müraciət və hər hansı imtina və ya həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması barədə cavab mövcud deyildir. İddiaçı lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “Ərizənin baxılmamış saxlanması” başlıqlı 19-cu fəslində, fəslin adına uyqun olaraq məhkəmə tərəfindən ərizənin baxılmamış saxlanılmasının əsasları 259-cu maddədə tənzimlənmişdir. MPM-in 259.0.10-cu madəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə ərizə baxılmamış saxlanılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı “sənədin şəxsə məxsus olma faktının müəyyən edilməsi” tələbinə dair 2(075)-1703/2022 nömrəli iş üzrə iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə etiraz ərizəsinin məzmununa uyğun izahat vermişdir. Cavabdeh Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika X22 filialı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X9 izahat verərək göstərmişdir ki, İddiaçı onun həmkəndlisi, həmçinin iş yoldaşı olmuşdur. Belə ki, o Veydadinlə birlikdə uzun illər Turan və Qaratorpaq Sovxozunda işləmişlər. Bildirmişdir ki, onlar 1971-ci ildən Şəki rayonu, Qaratorpaq Taxılçılıq, Toxumçuluq sovxozunda və Şəki rayonu Turan Taxılçılıq sovxozunda müxtəlif vəzifələrdə işləmişlər. İddiaçı 4 qardaş, 2 bacı olmuşlar, Veydədinin qardaşları Vaqif, Əhməd, Əziz, bacıları isə Məlahət və Mahizər olmuşdur. İddiaçının qardaşı Əziz vəfat etmişdir. İddiaçı Veydədin və ya Vidadi adlı qardaşı olmamışdır. Göstərmişdir ki, İddiaçı sovxozda işlədiyi zaman DT-75 markalı tarktor, kombayn işlətmişdir. Sovxozda iş olmayanda isə fermada mal-qaraya baxmış və taxıl sahələrinə su-kübrə verilməsində işləmişlər. Bildirmişdir ki, sovxozda işçilərin əmək kitabçalarını Mariya adlı rus qadını yazmışdır. Buna görə də əksər sakinlərin adlarında səhvliklər vardır. Hətta özünün əmək kitabçasında da adı və soyadı səhv yazılmışdır. O özü və hər kəs iddiaçını Veydadin kimi tanımış və elə də çağırmışlar. Məhkəmə iclasın iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X10 izahat verərək göstərmişdir ki, İddiaçı onun həmkəndlisi olmuşdur. İddiaçını həmişə Veydadin deyib çağırmışlar. Bildirmişdir ki, o, Sovxozda İddiaçı ilə birlikdə işləmişdir. İddiaçı Sovxozda traktor və kombayın işlətmişdir. İddiaçı 4 qardaş, 2 bacı olmuşlar, Veydadinin qardaşları Vaqif, Əhməd, Əziz bacıları isə Məlahət və Mahizər olmuşdur. İddiaçının qardaşı Əhmədi kənd arasında İkram deyə çağırmışlar. İddiaçı böyük qardaşı Əziz artıq vəfat etmişdir. İddiaçının Vidadi və ya Vidadin adında qardaşı olmamışdır. Bildirmişdir ki, sovxozda işçilərin əmək kitabçalarını Mariya adlı rus qadını yazmışdır. Buna görə də əksər sakinlərin adlarında səhvliklər vardır. O özü və hər kəs iddiaçını Veydadin kimi tanımış və elə də çağırmışlar. Mülki iş materiallarını araşdırıb, ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin izahatını, şahidlərin ifadəsini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan 30 oktyabr 1975-ci il tarixli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, Süleymanov (Vidadin) Veydəddin Kurban oğlu xx.xx.1974cü il tarixdə Zernosovxozda Kombayner vəzifəsinə təyin edilmiş, xx.xx.1975-ci il tarixdə hərbi xidmətə getməsi ilə əlaqədar azad edilmişdir. xx.xx.1977-ci il tarixdə X20 İnşaat briqadasında usta vəzifəsinə təyin olunmuş, xx.xx.1979-cu il tarixdə öz ərizəsi ilə azad edilmişdir. xx.xx.1979-cu il tarixdə dülgər vəzifəsinə təyin edilmiş, xx.xx.1979-cu il tarixdə dülgər işindən azad edilmişdir. xx.xx.1979-cu il tarixdə Zernosovxozda traktorist vəzifəsinə təyin edilmiş, xx.xx.1993-cü il tarixdə azad edilmişdir. xx.xx.1993-cü il tarixdə Qaratorpaq Toxumçuluq sovxozunda Mexanizator vəzifəsinə təyin edilmiş, xx.xx.1993-cü il tarixdə mexanik təyin edilmiş, xx.xx.1999-cu il tarixdə traktorçu vəzifəsindən azad edilmiş və traktorçu vəzifəsinə təyin edilmişdir. xx.xx.2000-ci il tarixdə öz ərizəsinə əsasən X5 işdən azad edilmişdir. xx.xx.2000-ci il tarixdə Qaratorpaq Bələdiyyəsi üzrə Su xəttinə nəzarətçi vəzifəsinə təyin edilmiş, xx.xx.2002-ci il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir. xx.xx.2002-ci il tarixdə Qaratorpaq DKTM-də çilingər vəzifəsinə təyin edilmiş, xx.xx.2007ci il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 01 noyabr 1975-ci il tarixli, НЗ seriyalı, ******* saylı hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olmuşdur. İş materiallarında olan 15 mart 1985-ci il tarixli, ИТ-İ ******* seriya nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, X1 Sovxozunda işləmişdir. İş materiallarında olan 06 iyun 1987-ci il tarixli, ИТ-İ ******* seriya nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, X2 Sovxozunda işləmişdir. İş materiallarında olan Şəki rayonu, Turan Bələdiyyəsi tərəfindən verilmiş 15 fevral 2022-ci il tarixli, 04 saylı arayışdan görünür ki, Şəki rayonu, Turan bələdiyyəsinin yerləşdiyi idarə binasında 16 may 2006-cı il tarixdə yanğın hadisəsi baş vermişdir. Yanğın zamanı həmin binada mühafizə olunan Orcanikidze taxılçılıq sovxozuna aid olan 1946- 1991-ci illərə aid olan əmr kitabları və əmək haqqı cədvəlləri yanıb məhv olmuşdur. İş materiallarında olan Şəki rayonu, Bolludərə Bələdiyyəsi tərəfindən verilmiş 17 yanvar 2022-ci il tarixli, 06 saylı arayışdan görünür ki, İddiaçı 2000-2001-ci illərdə Şəki rayonu, Qaratorpaq bələdiyyəsində su çilingəri vəzifəsində işləmiş və cədvəldə göstərilən qaydada əmək haqqısı olmuşdur. S№ Aylar 2000-ci il 2001-ci il 1 Yanvar - 80,000 2 Fevral - 80,000 3 Mart - 80,000 4 Aprel - 80,000 5 May - 80,000 6 İyun 23,300 80,000 7 İyul 50,000 80,000 8 Avqust 50,000 58,670 9 Sentyabr 50,000 34,670 10 Oktyabr 50,000 45,330 11 Noyabr 50,000 43,320 12 Dekabr 50,000 80,000 Cəmi : 323,300 821,990 İş materiallarında olan Azərbaycan Respublikası FHN-nin DYMX-nin Şəki Rayon Dövlət X13 tərəfindən verilmiş, 16 fevral 2022-ci il tarixli, 37/36-134 saylı arayışdan görünür ki, xx.xx.2006-cı il tarixdə Şəki rayonu, Turan Bələdiyyəsinin balansında olan inzibati idarə binasında yanğın hadisəsi baş vermişdir. Yanğın nəticəsində birinci və ikinci mərtəbələrin otaqlaqı, həmçinin içərisində olan sənədlər və bütün əşyalar tamamilə yanmışdır. İş materiallarında olan Şəki şəhər İHB-nin Bolludərə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 aprel 2022-ci il tarixli, 183 saylı arayışdan görünür ki, X22 filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 61 nömrəli arxiv arayışında göstərilən aylar üzrə əmək haqqı cədvəllərində İddiaçı adı texniki səhv olaraq X4 yazılmış şəxs İddiaçıdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki şəhər İHB-nin Bolludərə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 yanvar 2022-ci il tarixli, 33 saylı arayışdan görünür ki, İddiaçı Şəki rayonunun Qaratorpaq kəndində yaşayır və qeydiyyatdadır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 16 mart 2022-ci il tarixli, **********2 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1975-ci il tarixli əmək kitabçasının və hərbi biletin surətlərinə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr) 18 il 4 ay təşkil edir. Həmçinin göstərilmişdir ki, xx.xx.2006-cı il tarixindən 01,07.2018-ci il tarixinədək fərdi hesab sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq təqdim edilmiş xx.xx.2022-ci il tarixli № 61 saylı arxiv arayışına əsasən əmək kitabçasının surətində qeyd olunmuş Şəki rayonu Qaratorpaq Taxılçılq sovxozundakı əmək fəaliyyəti zamanı xx.xx.1993-cü il tarixindən xx.xx.1999-cu il tarixinədək olan əmək haqqı cədvəllərində İddiaçı adı düzgün qeyd edilməmişdir. Eyni zamanda X22 filialının xx.xx.2022-ci il tarixli № 154 saylı məktubuna əsasən əmək kitabçasının surətində qeyd olunmuş Şəki rayonu Qaratorpaq DKTİM-nin 2002-ci il tarixindən 2007-ci il tarixinədək arxiv sənədləri X22 filialına təhvil verilməmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə sənədlər təqdim edildiyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrləri müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq İddiaçı xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. İşdə olan Şəki şəhər İHB-nin Bolludərə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 fevral 2022-ci il tarixli, 34 saylı arayışdan görünür ki, İddiaçı Şəki rayonu Qaratorpaq kəndində qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X22 Filialının 08 aprel 2022-ci il tarixli, 283 nömrəli məktubundan görünür ki, Şəki rayonu Orcinikidze adına Taxılçılıq sovxozunun 1974-1991-ci illərin işçi və qulluqçılarının əmr kitabları və zəhmət haqqı cədvəlləri Azərbaycan Respublikası Dövlət Arxivi Şəki filialına təhvil verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X22 Filialının 08 aprel 2022-ci il tarixli, 283 nömrəli arxiv arayışından görünür ki, Şəki rayonu Turan Taxılçılıq sovxozunun işçi və qulluqçularının zəhmət haqqı cədvəllərinə əsasən Süleymanov Vidadi sovxozda işləyən zaman əmək haqqısı cədvəldəki kimi qeyd edilmişdir. Aylar 1992 Yanvar 500 Fevral 500 Mart 500 Aprel 1265,30 May 140 İyun 700 İyul 2000 Avqust 967,65 Sentyabr 1329,60 Oktyabr Noyabr 2000 Dekabr 6000 Şəki rayonu Qaratorpaq Taxılçılıq-Toxumçuluq sovxozunun işçi və qulluqçularının zəhmət haqqı cədvəllərinə əsasən Süleymanov (Vidadi) Veydadin sovxozda işləyən zaman əmək haqqısı cədvəldəki kimi qeyd edilmişdir. Aylar 1993 1994 1995 1996 1997 1998 1999 Yanvar 4791 14000 44891 70686 Fevral 6000 3000 19000 44891 Mart 8000 3000 19000 44891 Aprel 8000 3000 19000 44891 May 8000 3000 112228 44891 295485 İyun 8028+1804.50mük 7000 23275 71438mük+ 67336 79138 96195 48098 İyul 16945,50 7000 48098 67336 93900 60923 Avqust 7000mük 7000 48058 67336 44891 Sentyabr 15184.64 32065 67335 29301 44891 Oktyabr 16000 58095 67335 Noyabr 16000 25000 48095 67336 107718 Dekabr 19591 3508 32065 67336 Həmçinin qeyd edilmişdir ki, 1993-cü ildə fevral ayında Süleymanov Veydədin, mart ayında Süleymanov Vidadi, aprel ayında Süleymanov Veydədin, may ayında Süleymanov Vidadi, iyun, iyul aylarında Süleymanov Veydədin, avqust ayında Süleymanov Vidadi, sentyabr ayında Süleymanov Veydədin, oktyabr, noyabr, dekabr aylarında Sülevmanov Vidadi, 1994-cü ildə Süleymanov Vidadi, 1995-ci ilin yanvar, fevral, mart aylarında Süleymanov Vidadi, aprel, iyun aylarında Süleymanov Veydədin, 1996-cı ilin may ayında Süleymanov Vidadi, iyun ayında Süleymanov Veydədin, Vidadi, iyul ayında Süleymanov Veydədin, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarında Süleymanov Vidadi, 1997-ci ilin yanvar-iyul aylarında Süleymanov Vidadi, avqust ayında Süleymanov Veydədin, sentyabr-dekabr aylarında Süleymanov Vidadi, 1998-ci ildə Süleymanov Vevdədin, 1999cu ildə iyun ayında Sülevmanov Vidadi, iyul-sentyabr aylarında isə Süleymanov Veydədin kimi adı, soyadı qeyd edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X22 Filialının 02 sentyabr 2022-ci il tarixli, 723 saylı məktubundan görünür ki, Şəki rayonu Qaratorpaq Taxılçılıq, Toxumçuluq sovxozunda işləyən zaman 1993-cü ildə fevral ayında Süleymanov Veydədin, mart ayında Süleymanov Vidadi, aprel ayında Süleymanov Veydədin, may ayında Süleymanov Vidadi, iyun, iyul aylarında Süleymanov Veydədin, avqust ayında Süleymanov Vidadi, sentyabr ayında Süleymanov Veydədin, oktyabr, noyabr, dekabr aylarında Sülevmanov Vidadi, 1994-cü ildə Süleymanov Vidadi, 1995-ci ilin yanvar, fevral, mart aylarında Süleymanov Vidadi, aprel, iyun aylarında Süleymanov Veydədin, 1996-cı ilin may ayında Süleymanov Vidadi, iyun ayında Süleymanov Veydədin, Vidadi, iyul ayında Süleymanov Veydədin, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarında Süleymanov Vidadi, 1997-ci ilin yanvar-iyul aylarında Süleymanov Vidadi, avqust ayında Süleymanov Veydədin, sentyabr-dekabr aylarında Süleymanov Vidadi, 1998-ci ildə Süleymanov Vevdədin, 1999-cu ildə iyun ayında Sülevmanov Vidadi, iyul-sentyabr aylarında isə Süleymanov Veydədin kimi adı, soyadı qeyd edilmişdir. X21, Veydadin eyni şəxs olması barədə yalnız zəhmət haqqı cədvəllərinə əsasən Süleymanov Vidadi, Veydəddin barədə stajı qeyd edilmiş sənədlərə əsasən işlənilmişdir. Qeyd: Süleymanov Vidadi, Veydəddin olmasına yəni hüquqmüəyyənedici sənədlərin ona məxsus olmasının təsdiqi Arxivin səlahiyyətinə aid olmadığı üçün sorğuya cavab verilməsi mümkün olmamışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, iş materiallarında olan 30 oktyabr 1975-ci il tarixli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı əmək kitabçası açılmış, lakin həmin əmək kitabçasında iddiaçının adı, soyadı və ata adı texniki səhv olaraq Süleymanov (Vidadin) Veydəddin Kurban oğlu kimi qeyd edilmişdir. Əslində isə İddiaçı ilə Süleymanov (Vidadin) Veydəddin Kurban oğlu eyni şəxsdir və həmin əmək kitabçası İddiaçı məxsusdur. Həmçinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X22 Filialı tərəfindən verilmiş 08 aprel 2022-ci il tarixli, 283 nömrəli arxiv arayışından görünür ki, İddiaçı onun Şəki rayonu Turan Taxılçılıq və Qaratorpaq Taxılçılıq-Toxumçuluq sovxozunda işləməsini əks etdirən arxiv arayışı verilmişdir. Həmin arxiv arayışlarında İddiaçı adı texniki cəhətdən yanlış olaraq mart ayında Süleymanov Vidadi, aprel ayında Süleymanov Veydədin, may ayında Süleymanov Vidadi, iyun, iyul aylarında Süleymanov Veydədin, avqust ayında Süleymanov Vidadi, sentyabr ayında Süleymanov Veydədin, oktyabr, noyabr, dekabr aylarında Sülevmanov Vidadi, 1994-cü ildə Süleymanov Vidadi, 1995-ci ilin yanvar, fevral, mart aylarında Süleymanov Vidadi, aprel, iyun aylarında Süleymanov Veydədin, 1996-cı ilin may ayında Süleymanov Vidadi, iyun ayında Süleymanov Veydədin, Vidadi, iyul ayında Süleymanov Veydədin, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarında Süleymanov Vidadi, 1997-ci ilin yanvar-iyul aylarında Süleymanov Vidadi, avqust ayında Süleymanov Veydədin, sentyabr-dekabr aylarında Süleymanov Vidadi, 1998-ci ildə Süleymanov Vevdədin, 1999-cu ildə iyun ayında Sülevmanov Vidadi, iyul-sentyabr aylarında isə Süleymanov Veydədin kimi qeyd edilmişdir. Lakin arxiv arayışında adları yanlış olaraq səhv yazılmış yuxarıda sadalanan şəxslər İddiaçı ilə eyni şəxsdir və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X22 Filialı tərəfindən verilmiş həmin 08 aprel 2022-ci il tarixli, 283 nömrəli arxiv arayışı İddiaçı məxsusdur. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Göründüyü kimi məhkəmə iclasında şahid qismində dindirilmiş X9 və X3 və Qaratorpaq Taxılçılıq sovxozunda iddiaçı ilə bir yerdə işləmələrini əks etdirən əmək kitabçaları mövcuddur və həmin əmək kitabçalarının təsdiq edilmiş surətləri işə əlavə edilmişdir. İşə əlavə edilmiş etirazdan görünür ki, cavabdeh s Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məhkəməyə etiraz ərizəsi təqdim etmiş və iddiaçının əvvəlcədən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X22 Filialına müraciət etməməsini əsas gətirərək iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Lakin iddiaçı ad və soyadında yanlışlığın aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X22 Filialına müraciət etmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X22 Filialının 02 sentyabr 2022-ci il tarixli, 723 saylı məktubu ilə iddiaçıya hüquqmüəyyənedici sənədlərin ona məxsus olmasının təsdiqi Arxivin səlahiyyətinə aid olmadığı üçün sorğuya cavab verilməsi mümkün olmaması qeyd edilməklə bundan imtina edilmişdir. Göründüyü kimi iddiaçı məhkəməyə müraciət edərək “arxiv arayışının” ona məxsus olmasının müəyyən edilməsini xahiş etmişdir. Buna qədər iddiaçı soyadının səhv yazılması və ata adının ümumiyyətlə qeyd Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X22 Filialına müraciət etmiş, lakin həmin idarədən imtina məktubu almışdır. Hazırda ərizəçinin qeyd edilən əmək kitabçasının və arxiv arayışının ona məxsusluğu müəyyən olunmasından sonra ərizəçi yenidən pensiya təyin olunması ilə bağlı Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-na müraciət etmək hüququ yaranır. Həmin məsələyə hüquqi qiyməti isə qanunvericiliyə uyğun olaraq DSMF verəcəkdir. Məhkəmə hesab edir ki, hazırkı halda hüquq haqqında mübahisəyə baxılıb həll edilməsi məhkəməyə aiddir və həmin məsələ məhkəmədə öz həllini tapmalıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək Soyadı, adı və ata adı “Süleymanov (Vidadin) Veydəddin Kurban oğlu” kimi yazılmış xx.xx.19975-ci il tarixli əmək kitabçasının, həmçinin 08 aprel 2022-ci il tarixli, 283 nömrəli arxiv arayışında göstərilmiş Şəki rayonu, Turan Taxılçılıq sovxozunun və Şəki rayonu Qaratorpaq Taxılçılıq, Toxumçuluq sovxozunun işçi və qulluqçularının zəhmət haqqı cədvəllərindən (ona aid hissələrdə) ibarət olan hüquqmüəyyənedici sənədlərin İddiaçı məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi İddiaçı dövlət büdcəsinə ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Soyadı, adı və ata adı “Süleymanov (Vidadin) Veydəddin Kurban oğlu” kimi yazılmış xx.xx.19975-ci il tarixli əmək kitabçasının, həmçinin 08 aprel 2022-ci il tarixli, 283 nömrəli arxiv arayışında göstərilmiş Şəki rayonu, Turan Taxılçılıq sovxozunun və Şəki rayonu Qaratorpaq Taxılçılıq, Toxumçuluq sovxozunun işçi və qulluqçularının zəhmət haqqı cədvəllərindən (ona aid hissələrdə) ibarət olan hüquqmüəyyənedici sənədlərin İddiaçı məxsus olması faktı müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 100 manat rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar