Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1713/2023 06.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X1 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “mülkiyyətdə olan əmlakın 8/12 hissənin rəsmi şəkildə hüdudlarının müəyyən olunması və sərhədlərinin göstərilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlakın 8/12 hissənin rəsmi şəkildə hüdudlarının müəyyən olunması və sərhədlərinin göstərilməsi vəzifəsinin məhkəmə qaydasında “Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri” publik hüququ şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia ərizəsi 10 iyul 2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş, iş üzrə məhkəmə hazırlıq iclaslı keçirilmiş, mülki işin məhkəmə baxış iclası bu günə, yəni 06 sentyabr 2023-cü il tarixə, saat 12:20-ə təyin edilmişdir. Lakin 06 sentyabr 2023-cü il tarixdə İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, iddianın baxılmamış saxlanılması barədə qərardan çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianın baxılmamış saxlanılmasını və iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Göründüyü kimi İddiaçı iddia ərizəsinin baxılmamış saxlanılması barədə məhkəmə iclasında ərizə təqdim etmiş, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Belə olan halda iddia ərizəsi baxılmamış saxlanılmalı və ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ İddiaçı izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263-264, 266- 269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X1 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “mülkiyyətdə olan əmlakın 8/12 hissənin rəsmi şəkildə hüdudlarının müəyyən olunması və sərhədlərinin göstərilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı yenidən məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1713/2023
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1713/2023
06.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver