Məhkəmə qərarları › İş №e-2(075)-1720/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1720/2023

06.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1720/2023 06.12.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı “cavabdehin razılığı olmadan bağışlama müqaviləsinin rəsmiləşdirilməsi öhdəliyinin Şəki Regional «Asan Xidmət» Mərkəzində Notariat Ofisinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Kiçik Dəhnə kəndində yerləşən, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 27 sentyabr 2018-ci il tarixli, **********30-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun tam mülkiyyətində olmaqla, ümumi sahəsi 107.1 kv.metr olan fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin evdə qeydiyyatda olan Cavabdeh1 oğlunun razılığı olmadan bağışlanılması barədə müqavilənin rəsmiləşdirilməsi öhədliyinin Şəki Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmə baxılan zaman İddiaçı nümayəndəsi (vəkili) Vəkil 05 sentyabr 2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi (azaldılması) barədə ərizə ünvanlayaraq Şəki rayonu Kiçik Dəhnə kəndində yerləşən, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 27 sentyabr 2018-ci il tarixli, **********30-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun tam mülkiyyətində olmaqla, ümumi sahəsi 107.1 kv.metr olan fərdi yaşayış evinin və torpaq sahəsinin özünə aid hissəsinin (ümumi birgə) evdə qeydiyyatda olan Cavabdeh1 oğlunun razılığı olmadan bağışlanılması barədə müqavilənin rəsmiləşdirilməsi öhədliyinin Şəki Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin azaldılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, XX.XX.1941-ci il tarixdə Şəki rayonu Kiçik Dəhnə kəndində doğulmuşdur. 10 oktyabr 1963-cü il tarixdə X5 ilə ailə həyatı qurmuşdur. X2 22 oktyabr 1999-cu il tarxdə ölmüşdür. Belə ki, Şəki rayonu Kiçik Dəhnə kəndində 0.12 ha torpaq sahəsində xüsusi mülkiyyət hüququ üzrə 107.1 kv.metr fərdi yaşayış evi vardır. Bununla bağlı Azərbyacn Rrspublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi 27 sentyabr 2018-ci il tarixli Çıxarış verilmişdir. Həmin Çıxarışa əsasən fərdi yaşayış evi onun adına tam, torpaq sahəsi isə ümumi birgə kimi qeydiyyata alınmışdır. Bundan əlavə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 12 saylı Şəkiərazi idarəsi tərəfindən fərdi yaşayış evinə reyestr nömrəsi **********930-10301 olan texniki pasport verilmişdir. Belə ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət edərək mükiyyətində olan fərdi yaşayış evini qızı X4 bağışlamağı üçün müqavilənin rəsmiləşdirilməsini xahiş etmişdir. Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 29 avqust 2022-ci il tarixli 3289 nömrəli məktubunda göstərilmişdir ki, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat” ın 49-cu bəndinəəsasən yaşayış sahəsinə (ev, mənzil otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka vəsonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə vəsair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən notarius həmin yaşayışsahəsində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Odur ki, qeyd olunan fərdi yaşayış evində qeydiyyatda olan və yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılıq ərizələri təsdiq edildiyi halda daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müvafiq notariat hərəkətləri aparılacaqdır. Bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Bununla bağlı cavabdehə müraciət ediləsə də, o, qəsdən həmin fərdi yaşayış evində yaşamasa da razılıq ərizəsini verməmişdir. Belə ki, işdə olan sənədlərdən də görünür ki, o, mülkiyyətində olan Şəki rayonu Kiçik Dəhnə kəndində yerləşən, ümumi sahəsi 107.1 kv.metrdən ibarət olan fərdi yaşayış evini və onun yerləşdiyi torpaq sahəsini qızı X4 bağışlamaq istəsə də, həmin fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh1 oğlu buna notarial qaydada razılıq vermədiyi üçün notarius müqavilənin bağlanmasından imtina etmiş və iddiaçı konstitusion hüquqlarından istifadə edə bilmir. O, qanunla qorunan mülkiyyət hüquqlarının pozulduğunu əsas gətirərək, pozulmuş hüququnu bərpa etmək üçün məhkəmə müdafiəsindən istifadə edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi nə mülki qanunvericilikdə, nə «Notariat haqqında» Azərbaycan Respublikası Qanununda, nə də ki, «Notariat hərəkətlərinin aparılması haqqında» Təlimatda evdə qeydiyyatda olan digərşəxslərin razılığı olmadan evin bağışlanılması barədə əqdin təsdiq edilməsinin qeyri-mümkünlüyünə dair hər hansı müddəa öz əksini tapmamışdır. Belə olan halda o, mülkiyyətində olan Şəki rayonu Kiçik Dəhnə kəndində yerləşən, ümumi sahəsi 107.1 kv.metrdən ibarət olan fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə münasibətdə onunla həmin evdə qeydiyyatda olan və həmin evdə yaşamayan cavabdehin razılığı olmadan bağışlama müqaviləsinin rəsmiləşdirilməsi öhdəliyinin Şəki Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddianı qəbul etməyərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə bilаvаsitə məhkəmə iclаsındа tədqiq edilən, biri-digərini tаmаmlаyаn, mümkün və mötəbər sübutlаrа hərtərəfləri tаm, оbyektiv və qərəzsiz bаxdıqdаn sоnrа bu sübutlаrа tətbiq edilməli hüquq nоrmаlаrınа müvаfiq hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş; 27 sentyabr 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Şəki rayonu Kiçik Dəhnə kəndində yerləşən ümumi sahəsi 107.1 kv.metr olan fərdi yaşayış evi tam, torpaq sahəsi ümumi birgə mülkiyyət hüquq üzrə İddiaçı, torpaq sahəsi ümumi birgə mülkiyyət hüquq üzrə X8, Cavabdeh1, X6, X11 və X7 adına daşınmaz əmlakın dövlət reyestrində 68 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində qeyddiyyata alınmışdır. A 219146 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünr ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 24 fevral 1999-cu il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı İbrahim qızına Şəki rayonu Kiçik Dəhnə kəndi ərazisində 1199.32 kv.metr ölçülü torpaq sahəsi verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; 27 sentyabr 2018-ci il tarixli, teniki pasportdan görünür ki, Şəki rayonu Kiçik Dəhnə kəndində yerləşən **********30-10301 reyestr nömrəli fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. 19 avqust 2022-ci il tarixli, 551 saylı arayışdan görünür ki, X1 rayonu Kiçik Dəhnə kəndində qeydiyyatda olmaqla yaşayır. 17 avqust 2022-ci il tarixli, AZ-T 205138 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 02 mart 1978-ci il təvəllüdlü X3 atası X9, anası İddiaçıdır. 06 dekabr 1999-cu il tarixli, AZ 029463 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Məmmədrəhimov Təmiraz İsmayıl oğlunun 22 oktyabr 1999cu il tarixdə vəfat etməsi, ölüm haqqında akt qeydləri kitabında 58 nömrə ilə qeyd edilmişdir. 23 avqust 2022-ci il tarixli, 561 saylı arayışdan görünür ki, İddiaçı adına olan fərdi yaşayış evində oğlu Məmmədrəhimov İsmayıl Təmiraz oğlu, Məmmədrəhimova Arifə Təmiraz qızı, oğlu Cavabdeh1 Təmiraz oğlu və nəvəsi X12 qeydiyyatdadırlar. Şəki Regional “Asan Xİdmət” Mərkəzində Notariat ofisinin 29 avqust 2022-ci il tarixli, 3289 saylı arayışdan görünür ki, Şəki rayonu, Kİçik Dəhnə kəndində yerləşənfərdi yaşayış evinə və ümumi birgə torpaq sahəsinin sair sərəncam vermək notariat təlimatın 49-cu bəndinə əsasən qeydiyyatda olan ailə üzvlərinin və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 222.2-ci maddəsinə əsasən digər payçıların notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Bununla bağlı məhkəmə müraciət edilməsi tövsiyyə edilmişdir. 26 avqust 2022-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı mülkiyyətində olan Şəki rayonu Kiçik Dəhnə kəndində yerləşən fərdi yaşayış evində X12, X6, Məmmədrəhimova Arifə Təmiraz qızı, Cavabdeh1, İddiaçı qeydiyyatdadırlar. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsinin, izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, ƏMDK yanında DƏDRX tərəfindən 27 sentyabr 2018-ci il tarixdə verilmiş **********30-10301 reyestr nömrəli çıxarışa əsasən Şəki rayonu Kiçik Dəhnə kəndində yerləşən, ümumi sahəsi 107.1 kvadrat metrdən ibarət olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Həmçinin, 0.12 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X8, Cavabdeh1, X6, X11 və X7 mülkiyyətindədir. İddiaçı Şəki rayonu, Kiçik Dəhnə kəndində yerləşən evində yaşayır və həmin evdə Cavabdeh1 pasport qeydiyyatındadırlar. İddiaçı Şəki rayonu, Kiçik Dəhnə kəndində yerləşən, ümumi sahəsi 107.1 kvadrat metrdən ibarət olan fərdi yaşayış evi və 0.12 ha torpaq sahəsinin bağışlanılması müqaviləsinin rəsmiləşdirilməsi üçün Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Şəki Regional “Asan Xidmət” Mərkəzinin 29 avqust 2022-ci il tarixli imtina məktubuna əsasən Şəki rayonu, Kİçik Dəhnə kəndində yerləşənfərdi yaşayış evinə və ümumi birgə torpaq sahəsinin sair sərəncam vermək notariat təlimatın 49-cu bəndinə əsasən qeydiyyatda olan ailə üzvlərinin və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 222.2-ci maddəsinə əsasən digər payçıların notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunması bildirilmiş, bununla bağlı məhkəmə müraciət edilməsi tövsiyyə edilmişdir. İddiaçı da Şəki rayonu Kiçik Dəhnə kəndində yerləşən, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 27 sentyabr 2018-ci il tarixli, **********30-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun tam mülkiyyətində olmaqla, ümumi sahəsi 107.1 kv.metr olan fərdi yaşayış evinin və torpaq sahəsinin özünə aid hissəsinin (ümumi birgə) evdə qeydiyyatda olan Cavabdeh1 oğlunun razılığı olmadan bağışlanılması barədə müqavilənin rəsmiləşdirilməsi öhədliyinin Şəki Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin üzərinə qoyulmasını tələb edir. Cavabdeh1 iddianın təmin edilməməsini xahiş etmiş və Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsi isə məhkəmə iclasında iştirak etməyərək iddiaya qarşı hər hansı bir münasibət bildirməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etməyə, sahibkarlıq fəaliyyətini dəstəkləməyə, sərbəst bazar iqtisadiyyatının inkişafına yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının (qanunvericilikdə nəzərdə tutulan hədlərdə) tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Məhkəmə araşdırması nəticəsində aydın oldu ki, İddiaçı mülkiyyətində olan Şəki rayonu Kiçik Dəhnə kəndində yerləşən, ümumi sahəsi 107.1 kvadrat metrdən ibarət olan fərdi yaşayış evini və 0.12 ha torpaq sahəsinin torpaq sahəsinin özünə aid hissəsinin qızı X4 bağışlamaq istəsə də, həmin fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh1 buna notarial qaydada razılıq vermədiyi üçün notarius müqavilənin bağlanmasından imtina etmiş və iddiaçı konstitusion hüquqlarından istifadə edə bilmir. İddiaçı qanunla qorunan mülkiyyət hüquqlarının pozulduğunu əsas gətirərək, pozulmuş hüququnu bərpa etmək üçün məhkəmə müdafiəsindən istifadə edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-nin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri də bağışlama müqaviləsidir. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Göründüyü kimi, qanunverici bağışlama müqaviləsini yalnız hədiyyə alanın hədiyyəni qəbul etdiyi andan bağlanmış sayır. «Notariat haqqında» Azərbaycan Respublikası Qanunun 40-cı maddəsinə əsasən notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər hərəkətin aparılması qanuna zidd olduqda; hərəkəti başqa notarius və ya digər vəzifəli şəxs aparmalı olduqda; hərəkətin aparılması barədə fəaliyyət qabiliyyəti olmayan şəxs və ya lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etdikdə; hüquqi şəxsin adından bağlanan əqd onun nizamnamə və ya əsasnaməsində göstərilən məqsədlərə zidd olduqda; qanunun tələblərinə uyğun olmayan əqd bağlandıqda; notariat hərəkətinin aparılması üçün təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olduqda və ya həmin sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar olduqda; əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda, notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər. Həmin Qanunun 45-ci madəsinə əsasən notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Notariuslar “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə almaqla, müqavilələrin elektron formada tərtib edilməsinə və imzalanmasına, onların, habelə videoyazı vasitəsilə əqdlərin təsdiq edilməsinə dair notariat hərəkətlərini bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata uyğun olaraq həyata keçirirlər. Göründüyü kimi nə mülki qanunvericilikdə, nə «Notariat haqqında» Azərbaycan Respublikası Qanununda, nə də ki, «Notariat hərəkətlərinin aparılması haqqında» Təlimatda evdə qeydiyyatda olan digər şəxslərin razılığı olmadan evin bağışlanılması barədə əqdin təsdiq edilməsinin qeyri-mümkünlüyünə dair hər hansı müddəa öz əksini tapmamışdır. Belə olan halda İddiaçı Şəki rayonu Kiçik Dəhnə kəndində yerləşən, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 27 sentyabr 2018-ci il tarixli, **********30- 10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun tam mülkiyyətində olmaqla, ümumi sahəsi 107.1 kv.metr olan fərdi yaşayış evinin və torpaq sahəsinin özünə aid hissəsinin (ümumi birgə) evdə qeydiyyatda olan Cavabdeh1 oğlunun razılığı olmadan bağışlanılması barədə müqavilənin rəsmiləşdirilməsi öhədliyinin Şəki Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia 0.12 ha torpaq sahəsinin torpaq sahəsinin özünə aid hissəsinin evdə qeydiyyatda olan Cavabdeh1 oğlunun razılığı olmadan bağışlanılması barədə müqavilənin rəsmiləşdirilməsi öhədliyinin Şəki Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyildir. Belə ki, iş materialları ilə müəyyən olunur həmin torpaq sahəsi X8, Cavabdeh1, X6, X11 və X7 ümumi birgə mülkiyyətindədir. Odur ki, iddia əsaslı olmadığından həmin hissədə təmin edilməməlidir. Şərh edilənlərə qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Şəki rayonu Kiçik Dəhnə kəndində yerləşən, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 27 sentyabr 2018-ci il tarixli, **********30-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun tam mülkiyyətində olmaqla, ümumi sahəsi 107.1 kv.metr olan fərdi yaşayış evinin evdə qeydiyyatda olan Cavabdeh1 oğlunun razılığı olmadan bağışlanılması barədə müqavilənin rəsmiləşdirilməsi öhədliyinin Şəki Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin üzərinə qoyulmalı, iddia əsaslı olmadığından qalan hissədə təmin edilməməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etmədiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özunə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şəki rayonu Kiçik Dəhnə kəndində yerləşən, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 27 sentyabr 2018-ci il tarixli, **********30-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun tam mülkiyyətində olmaqla, ümumi sahəsi 107.1 kv.metr olan fərdi yaşayış evinin evdə qeydiyyatda olan Cavabdeh1 oğlunun razılığı olmadan bağışlanılması barədə müqavilənin rəsmiləşdirilməsi öhədliyinin Şəki Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu onun özunə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar