Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1746/2023 22.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 MMC-nin təsisçisi Xasməmmədov Vüsal Natiq oğlunun, eyni zamanda Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi; İddia tələbinin dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun kredit hesabından ona mebel verilməsi müqabilində Cavabdeh2 MMC-nin hesabına köçürülən 2890 (iki min səkkiz yüz doxsan) ABŞ dolları pulun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2011-ci ildə onun və "xxxx" MMCnin rəhbəri Xasməmmədov Natiq Cumalı oğlu, onun oğlu Xasməmmədov Vüsal Natiq oğlunun tanışı, Şəki rayonu, Baş Zəyzid kənd sakini Tariyel Məmmədov ondan xahiş etmişdir ki, Xasməmmədov Natiq Cumalı oğluna pul lazımdır və onun heç bir banka borcu olmadığına, heç vaxt, heç bir bankdan kredit götürmədiyinə görə onun adına 2890 (iki min səkkiz yüz doxsan) ABŞ dolları kredit götürərək Xasməmmədov Natiq Cumalı oğluna verilməsinə köməklik edə. Bir-neçə günlük danışıqlardan sonra o, qarant tələb etdikdə Xasməmmədov X3 Məmmədov vasitəsi ilə ona söz verdi ki, oğlu Xasməmmədov Vüsal Natiq oğlu zamin duracaq və ondan heç kim pul tələb etməyəcək. Amma kreditin bankdan Xasməmmədov Natiq Cumalı oğlu və oğlu Xasməmmədov Vüsal Natiq oğlunun müəssisələrinə köçürülməsi, onun əvəzinə guya ona mebel verilməsi və qanunsuz olaraq həmin pulun nəqdləşdirilməsindən onun xəbəri olmayıb. Bir sözlə o, bankdan nəqd şəkildə pul və onların sexindən mebel götürməmişdir. Bank işçisinin verdiyi məlumata görə o, guya "xxxx" MMC-dən mebel götürmək üçün müraciət edir. Həm də Tariyel Məmmədovun onun həmin pulu ABŞ dolları olaraq bankdan nağd götürməli və ehtiyacı olduğu halda bir hissəsini də özünə götürə biləcəyini söylədi. Göstərmişdir ki, onların qeyri-rəsmi rəhbərlik etdikləri Cavabdeh2 MMC kimi müəssisələrinin olduğundan və müəssisənin kənd təsərrüfatı təyinatlı sahibkarlıqla məşğul olmasından onun xəbəri olmayıb. Bu barədə bank işçisi də ona düzgün məlumat verməyib. Bu barədə o, Şəki Rayon Məhkəməsinin 2(075)- 1498/2012 saylı, 22 oktyabr 2012-ci il tarixli qətnaməsi üzrə iş materiallarında olan 02 iyun 2011-ci il tarixli bank ödəmə tapşırığından bilmiş və həm də həmin məbləğ bankla bağlanmış müqavilədə olduğu kimi 2980 ABŞ dolları yox, cəmisi 2294 manat olmuşdur. Göründüyü kimi, Xasməmmədov Natiq Cumalı oğlu, oğlu Xasməmmədov Vüsal Natiq oğlu ilə birlikdə onun kredit hesabından bank vasitəsi ilə pulun öz özlərinin qeyri-rəsmi rəhbərliyində olmuş, onda olan natamam məlumata görə Xasməmmədov Natiq Cumalı oğlunun xalası oğlu Cavabdeh1 adına olan Cavabdeh2 MMC-nin hesabına köçürmüşlər, həm də köçürmə ilə faktiki kredit məbləği arasında böyük fərq var. Eyni zamanda “Robert” yataq dəsti (950 manat), “Robert” qonaq dəsti (680 manat), stol-stul “2x1.10” 6 ədəd (517 manat) mebel dəstlərinin alınması üçün guya onun sifarişinə uyğun olaraq tərtib edilib banka təqdim edilən, Cavabdeh2 MMC-nin rəhbəri kimi Xasməmmədov Vüsal Natiq oğlunun imza atıb möhürlədiyi arayışda sifarişçi kimi onun əvəzinə saxtakarlıq edərək Xasməmmədov Vüsal Natiq oğlu imza atmışdır. Əgər arayışdakı imzalar ekspertizaya göndərilərsə Xasməmmədov Vüsal Natiq oğlunun bankı aldatması kimi saxtakarlığı və cinayəti üzə çıxar. Xasməmmədov Natiq Cumalı oğlunun dediyinə görə isə onun hesabından köçürülən pulun öz borcunun ödənilməsi üçün Tariyel Məmmədova verməsi də Xasməmmədov Natiq Cumalı oğlunun saxtakarlığı və cinayətidir. Xasməmmədov Natiq Cumalı oğlunun sonradan dediyinə görə isə onun kredit hesabından köçürülən Cavabdeh2 MMC-nin hesabına edilən köçürmə isə X1 Natiq Cumalı oğludan aldığı mebellərin pulunun ödənilməsinə yönəldilmişdir. Belə çıxır ki, Xasməmmədov Natiq Cumalı oğlula Tariyel Məmmədov və Xasməmmədov Vüsal Natiq oğlunun saxtakarlıqlarına daha birisi dəstək vermişdir ki, bu da Cavabdeh2 MMC və onun rəhbəri Cavabdeh1dur. Cavabdeh1 o, heç tanımadığı halda o, həmin şəxsə necə mebel sifariş verə bilər və ya onu heç görmədiyi halda Xasməmmədov Vüsal Natiq oğlunun onun sifarişini əks etdirən arayışı Cavabdeh1 adından imzalaması, hətta rəhbər kimi Xasməmmədov Vüsal Natiq oğlu kimi imza atması iki və ya daha artıq şəxsin saxtakarlıq və cinayəti deyilmi? Cavabdeh2 MMC-nin mövcudluğu, onun mebel istehsalı ilə məşğul olmasını, və rəhbərinin Xasməmmədov Vüsal Natiq oğlu yox, Cavabdeh1 olması barədə heç bir məlumatı yox idi, Cavabdeh1 isə heç tanımır və ancaq saxtalaşdırılmış sənədlərdə görmüşdür. O, heç vaxt banka getməmişdir. Qətnamənin icrası zamanı da ondan pul tələb edildikdə o, heç bir kredit məbləğini görmədiyini, Xasməmmədov Natiq Cumalı oğlu ilə Tariyel Məmmədovun ona söz verdikləri kimi qarant olaraq banka zamin duran Xasməmmədov Vüsal Natiq oğludan tələb etmələrini demişdir. Bütün bu saxtakarlıq əməllərinin fonunda o, saxta arayışla sifarişi əsasında görmədiyi və almadığı mebellərin dəyərinin adına götürülərək Cavabdeh2 MMCnin hesabına "xxxx" tərəfindən köçürülən 2890 ABŞ dolları pulun Cavabdeh2 MMC və onun rəhbəri Cavabdeh1 tərəfindən ona geri ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh1 20 sentyabr 2023-cü il tarixdə iddia tələbinə qarşı etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, o, xx.xx.2006-cı il tarixdən Cavabdeh2 MMC-yə drektor təyin edilmiş və xx.xx.2011-ci il tarixdən öz ərizəsinə əsasən işdən azad edilmişdir. Onunla iddiaçı arasında hər-hansı formada pul mübahisəsi olmamışdır. İddiaçı ilə aralarında hərhansı pul mübahisəsi olmuşdursa bu illər ərzində şəxsən onun özünə və ya ona bildirməyə utanmışsa nədən zamanında məhkəməyə müraciət etməmişdir. İddia tələbindən görünür ki, Cavabdeh2 MMC-nin hesabına köçürülən 2890 ABŞ dolları pulun cavabdehlərdən alınaraq ona ödənilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Göstərmişdir ki, iddiaçı Şəki Rayon Məhkəməsinin 2(075)-1498/2012 nömrəli, xx.xx.2012ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin İddiaçı və Xasməmmədov Vüsal Natiq oğluna qarşı borc tələbinə dair iddiası təmin edilmiş, həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2012-ci il tarixdə icraya yönəldilmiş və tam icra olunmuşdur. Bu müddət ərzində iddiaçı dəfələrlə Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə dəvət olunaraq izahatı alınmış, həmin qətnamədən məlumatı olmuş, lakin ödəniş etməkdən yayınmışdır. Məhkəmə qətnaməsi üzrə müəyyən olunmuş borc tam şəkildə Vüsal tərəfindən ödənildikdən sonra Vüsal Xasməmmədovun iddiaçıya qarşı qaldırdığı pul tələbi barədə iddiası təmin edildiyi üçün illər sonra, iddia müddəti belə ötürərkən iddiaçı subyektiv hüququ olmadığı halda ona qarşı əsaslı olmayan tələblə məhkəmədə iddia qaldırmışdır. Odur ki, məhkəmədən iddiaçının qaldırdığı iddia tələbi üzrə subyektiv hüququnun mövcud olmadığını bildirərək, iddianın rəd edilməsi, habelə məhkəmə araşdırması zamanı məhkəmə iddiaçının iddia tələbini əsaslı hesab edərsə iddiaçının cavabdehlərə qarşı iddia irəli sürülməsi üçün Mülki Məcəllənin mavafiq maddəsində nəzərdə tutulmuş iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o, Xasməmmədov Vüsal Natiq oğlu və Xasməmmədov Natiq Cumalı oğlunu tanımamışdır. Tariyel Məmmədov mebel işinə baxmış, özünün mebel sexi olmuşdur. Bildirmişdir ki, Tariyel Məmmədov onun evinə gələrək Xasməmmədov Natiq Cumalı oğluna 2890 ABŞ dolları pul lazım olduğunu bildirmiş, onun bankdan pul götürərək verməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, o, banka heç bir kredit məbləği ödəməyəcəkdir. O, şəxsiyyət vəsiqəsinin surətini Tariyelə vermişdir. Səhəri günü Tariyel Məmmədov ona zəng etmiş, banka gəlməsini xahiş etmişdir. O, belə olmuş "xxxx"-a getmişdir. Bankda ona kredit müqaviləsi və digər sənədlər imzalatmışlar. Lakin imzaladığı sənədlərin mahiyyətini bilməmişdir. Sənədlərə qol çəkdikdən sonra ona getməsini bildirmişlər. Onun kredit müqaviləsi əsasında verilmiş pulun köçürülməsindən heç bir məlumatı olmamışdır. Tariyel Məmmədov ona həmin pul məbləğinin "xxxx" MMC-nin hesabına köçürüləcəyini bildirmişdir. Ona sonradan məlum olmuşdur ki, məhz onun adına kredit xətti açılmış və kredit xəttinə əsasən 2890 ABŞ dolları pul vəsaiti Cavabdeh1 rəhbərlik etdiyi Cavabdeh2 MMC-nin hesabına köçürülmüşdür. Bundan bankda zaminlik müqaviləsi də imzalanmış. Xasməmmədov Natiq Cumalı oğlunun oğlu Xasməmmədov Vüsal Natiq oğlu kredit üzrə zamin durmuşdur. Tariyel Məmmədov ona narahat olmamasını kredit borcunu Natiqin oğlu Vüsal tərəfindən ödənəcəyini bildirmişdir. Bildirmişdir ki, bundan başqa arayışda qeyd edilmişdir ki, ona cavabdeh şirkət tərəfindən mebel dəstləri verilmişdir. Lakin ona hər hansı mebel dəstləri verilməmişdir. Göstərmişdir ki, banka olan borcun bir qismi Vüsaldan tutulmuşdur. Sonradan Vüsal ona qarşı iddia qaldıraraq 1.109,93 manat borc məbləğini ondan tələb etmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-1303/2022 saylı, 29 avqust 2022-ci il tarixli qətnaməsinə əsasən 1.109,93 manat borcun ondan tutularaq Vüsala ödənilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti vermiş, lakin apellyasiya şikayəti təmin edilməmişdir. Göstərdikləri ilə bağlı məcburiyyət qarşısında qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin təsisçisi Xasməmmədov Vüsal Natiq oğlunun, eyni zamanda Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil etiraz ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, iddianı əsassız hesab edirlər. Belə ki, "xxxx" ASC 2012-ci ildə borc tələbinə dair iddia ərizəsi ilə İddiaçı və Xasməmmədov Vüsal Natiq oğluna qarşı məhkəməyə müraciət etmiş, Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2012-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək 1.286.99 ABŞ dolları borcun İddiaçı və Xasməmmədov Vüsal Natiq oğlundan tutularaq "xxxx" ASC-nə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün icra şöbəsinə yönəldilmişdir. Qətnamənin icrası İddiaçı tərəfindən yerinə yetirlmədiyi üçün, borc məbləğləri Xasməmmədov Vüsal Natiq oğlu tərəfindən ödənilmişdir. Bundan sonra Xasməmmədov Vüsal Natiq oğlu İddiaçı qarşı reqres qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Şəki Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2(075)-1303/2022 saylı qətnaməsinə əsasən İddiaçı 1109.93 manat borc, hüquqi yardım göstərilməsi üçün vəkilə odənilmiş 100 manat və 32.50 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1242.43 manat pul vəsaitinin alınaraq Xasməmmədov Vüsal Natiq oğluna verilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilsə də, təmin edilməmiş, qətnamə qüvvədə saxlanılmışdır. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi məsələlərlə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnamələri mövcuddur. Hesab edir ki, iddiaçını mübahisəsinə məhkəmədə baxılaraq hüquqi qiymət verilmişdir. Bundan başqa iddiaçının məhkəmə qətnamələrindən də məlumatı olmuşdur. Lakin bu vaxta kimi məhkəməyə müraciət etməmişdir. Hesab edir ki, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin halları Elektron qaydada iş materiallarına əlavə olunmaqla məhkəmə iclasında tədqiq edilmiş; 02 iyun 2011-ci il tarixli, 119 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında İddiaçı 12 ay müddətinə illik 28% olmaq şərtilə 2980 ABŞ dolları məbləğində kredit verilmişdir. 02 iyun 2011-ci il tarixli, Z-119 saylı zaminlik müqaviləsindən görünür ki, müqavilə əsasında zamin Xasməmmədov Vüsal Natiq oğlu 02 iyun 2011-ci il tarixli, 119 saylı kredit müqaviləsinə əsasən borclu İddiaçı bank qarşısın öhdəliklərinin tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 02 iyun 2011-ci il tarixli girov müqaviləsindən görünür ki, 02 iyun 2011-ci il tarixli, 119 saylı kredit müqaviləsinə əsasən borclu İddiaçı bank qarşısın öhdəliklərinin təminatı kimi İddiaçı məxsus olan əmlak banka girov olaraq qoyulmuşdur. Cavabdeh2 MMC üzrə qəbul edilmiş 06 yanvar 2006-cı il tarixli əmrdən görünür ki, Cavabdeh1 06 yanvar 2006-cı il tarixdən Cavabdeh2 MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Cavabdeh2 MMC üzrə qəbul edilmiş 07 yanvar 2006-cı il tarixli əmrdən görünür ki, Cavabdeh2 MMC-də xəzinədar vəzifəsini aparmaq direktora həvalə edilmişdir. Cavabdeh2 MMC üzrə qəbul edilmiş 15 aprel 2011-ci il tarixli əmrdən görünür ki, Cavabdeh2 MMC-nin direktoru İddiaçı 15 aprel 2011-ci il tarixdən öz ərizəsi əsasında işdən azad edilmişdir. Cavabdeh2 MMC üzrə qəbul edilmiş 15 aprel 2011-ci il tarixli əmrdən görünür ki, Cavabdeh2 MMC-nin direktoru vəzifəsinə Xasməmmədov Vüsal Natiq oğlu təyin edilmişdir. "xxxx" ASC-nin 25 avqust 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 119 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən ona 2980 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Xasməmmədov Vüsal Natiq oğlu ilə zaminlik müqaviləsi bağlanmışdır. LPO "xxxx" ASC-nin 10 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 119 nömrəli kredit müqaviləsinə dair məxaric orderi bankın arxivində aşkar etmək mümkün olmamışdır. Şəki Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2(075)-1303/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı 1109.93 manat borc, hüquqi yardım göstərilməsi üçün vəkilə odənilmiş 100 manat və 32.50 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1242.43 manat pul vəsaitinin alınaraq Xasməmmədov Vüsal Natiq oğluna verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2(107)-1409/2022 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, hazırki iş üzrə Şəki Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 avqust 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə görə isə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1096.1-ci və 1097.1-ci maddələrinin təfsirindən göründüyü kimi, qanunvericilik mülki hüquq məsuliyyətinin yaranması üçün mülki hüquq pozuntusunun tərkibini təşkil edən zərərin vurulması, borclunun (zərərvuranın) hüquqa zidd, yəni qeyri-qanuni davranışı, borclunun (zərərvuranın) hüquqa zidd davranışı ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri olması kimi elementləri ilə şərtləndirmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, X5 Məhkəməsinin bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, X6rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) qeyd olunmuşdur ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İş materiallarından da göründüyü kimi, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 02 iyun 2011-ci il tarixli, 119 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 12 ay müddətinə illik 28% olmaq şərtilə 2980 ABŞ dolları məbləğində kredit verilmişdir. 02 iyun 2011-ci il tarixli, Z-119 saylı zaminlik müqaviləsinə əsasən zamin Xasməmmədov Vüsal Natiq oğlu 02 iyun 2011-ci il tarixli, 119 saylı kredit müqaviləsinə əsasən borclu İddiaçı bank qarşısında öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı və zamin Xasməmmədov Vüsal Natiq oğlu tərəfindən bankla aralarında bağlanmış müqavilə üzrə üzərlərinə götürdükləri öhdəlilərin icrasını yerinə yetirmədiklərinə görə bank borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2012-ci il tarixli, 2(075)-1498/2012 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı və Xasməmmədov Vüsal Natiq oğlundan müştərək qaydada 1.286.99 ABŞ dolları borcun qətnamənin icras edildiyi günə Azərbaycan Məzənnəsi ilə tutularaq "xxxx" ASC-nə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə yönəldilmişdir. Qeyd edilən borc məbləği zamin Xasməmmədov Vüsal Natiq oğlunun X4 İdarəsindən aldığı əmək haqqı məbləğindən tutularaq tam ödənildiyi üçün Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Həmçinin kredit müqaviləsi üzrə zamin Xasməmmədov Vüsal Natiq oğlu reqres pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 1.109,93 manat pul vəsaitinin İddiaçı alınaraq ona ödənilməsini xahiş etmiş, Şəki Rayon Məhkəməsinin 29 avqust 2022ci il tarixli, 2(075)-1303/2022 saylı qətnaməsi ilə İddiaçı 1109.93 manat borc, hüquqi yardım göstərilməsi üçün vəkilə odənilmiş 100 manat və 32.50 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1242.43 manat pul vəsaitinin alınaraq Xasməmmədov Vüsal Natiq oğluna verilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilsə də, təmin edilməmişdir. Hal-hazırda İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək onunla "xxxx" ASC arasında bağlanmış 02 iyun 2011-ci il tarixli, 119 saylı kredit müqaviləsində onun hesabına köçürülməsi nəzərdə tutulan 2980 ABŞ dolları kredit məbləğini mübahisələndirmişdir. İddiaçı iddianın təmin edilməsini xahiş etmiş, cavabdehlərin nümayəndələri (vəkilləri) iddia tələbi üzrə iddia müddəti tətbiq etməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı hal-hazırda mübahisələndirdiyi onunla "xxxx" ASC arasında bağlanmış 02 iyun 2011-ci il tarixli, 119 saylı kredit müqaviləsində nəzərdə tutulmuş 2980 ABŞ dolları kredit məbləğinin birbaşa cavabdehlər Nübar” MMC və Cavabdeh1 köçürülməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi kredit müqaviləsinə əsasən 2980 ABŞ dolları kredit məbləğinin iddiaçının özü tərəfindən imzalanmış, həmin müqavilədən 2980 ABŞ dolları kredit məbləğinin birbaşa cavabdehlərin hesabına köçürülməsi nəzərdə tutulmamışdır. İddiaçının bank qarşısında öhdəliklərinin icrasının təmini kimi zamin Xasməmmədov Vüsal Natiq oğlu ilə zaminlik müqaviləsi bağlanmışdır. Bundan başqa məhkəmə qeyd edir ki, Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2012-ci il tarixli, 2(075)-1498/2012 saylı qətnaməsi ilə İddiaçı və Xasməmmədov Vüsal Natiq oğlundan müştərək qaydada 1.286.99 ABŞ dolları borcun qətnamənin icra edildiyi günə Azərbaycan Məzənnəsi ilə tutularaq "xxxx" ASC-nə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəsini almış icra olunması üçün Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə göndərilmişdir. Qətnaməni icrası ilə bağlı iddiaçı icra şöbəsinə dəvət olunmuş izahatı alınmışdır. Lakin iddiaçı həmin vaxtlarda, qətnaməni və ya 2980 ABŞ dolları kredit məbləğini mübahisələndirməmişdir. Eyni zamanda məhkəmə diqqətə çatdırır ki, Xasməmmədov Vüsal Natiq oğlu reqres pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Şəki Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2(075)-1303/2022 saylı qətnaməsi ilə İddiaçı 1109.93 manat borc, hüquqi yardım göstərilməsi üçün vəkilə odənilmiş 100 manat və 32.50 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1242.43 manat pul vəsaitinin alınaraq Xasməmmədov Vüsal Natiq oğluna verilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilsə də, təmin edilməmişdir. Göründüyü kimi iddiaçının məhkəmə qətnamələrindən məlumatı olmuşdur. Lakin hazırki tarixədək kredit müqaviləsini mübahisələndirməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi predmetlə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnamələri vardır. Odur ki, əsaslı olmadığından hazırki iddia təmin edilməməlidir. Eyni zamanda məhkəmə cavabdeh tərəfindən ünvanlanmış etiraz ərizəsinə münasibət bildirərək diqqətə çatdırır ki, İddiaçı hazırda cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi əsalı olmadığından təmin edilməməlidir. Bu halı nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunduğundan iddia ərizəsi üzrə iddia müddətinin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, tələblə bağlı etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Məhz iddiaçı tələbin əsaslığını sübut edəcək kifayət qədər mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə, iddiaçı tərəfindən iddia tələbini təmin olunması üçün əsas ola biləcək hər hansı bir sübut məhkəməyə təqdim olunmamasını əsas götürərək və iddia tələbinin sübutetmə vəzifəsinin iddiaçının vəzifəsi olduğu barədə mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı iddia tələbi əsaslı deyil, bu səbəbdən də İddiaçı onun kredit hesabından ona mebel verilməsi müqabilində Cavabdeh2 MMC-nin hesabına köçürülən 2890 (iki min səkkiz yüz doxsan) ABŞ dolları pulun cavabdehlərdən alınaraq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı onun kredit hesabından ona mebel verilməsi müqabilində Cavabdeh2 MMC-nin hesabına köçürülən 2890 (iki min səkkiz yüz doxsan) ABŞ dolları pulun cavabdehlərdən alınaraq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1746/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1746/2023
22.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver