Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1749/2024 29.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Şəki Regional "Asan Xidmət" Mərkəzində Notariat Ofisinə, Şəki rayonu üzrə İcra və probasiya Şöbəsinə və "xxxx" KB ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən aparılmış 10 iyun 2024-cü il tarixli 8İ – 9471 № reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmə hazırlıq iclası günə, yəni 29 avqust 2024-cü il tarixə, saat 11:00-a təxirə salınmış, mülki proses tərəflərinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir. Lakin 29 avqust 2024-cü il tarixdə İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Cavabdehlər Şəki Regional "Asan Xidmət" Mərkəzində Notariat Ofisi, Şəki rayonu üzrə İcra və probasiya Şöbəsi və "xxxx" KB ASC-nin nümayəndələri isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gərir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.7-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 24 dekabr 2021-ci il tarixli qərarın 5-ci bəndində göstərilir ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişiklik edilərək, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizənin baxılmamış saxlanıla bilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi işə onun iştirakı olmadan baxılmasını tələb etməmiş İddiaçı məhkəməyə gəlməmiş, cavabdeh Şəki Regional "Asan Xidmət" Mərkəzində Notariat Ofisi, Şəki rayonu üzrə İcra və probasiya Şöbəsi və "xxxx" KB ASC-nin nümayəndələri isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. Belə olan halda iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılmalı və ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ onlara izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.6, 263-264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Şəki Regional "Asan Xidmət" Mərkəzində Notariat Ofisinə, Şəki rayonu üzrə İcra və probasiya Şöbəsinə və "xxxx" KB ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddiaçı izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1749/2024
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1749/2024
29.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver