Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-183/2024 31.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Ərizəçi İddiaçı və nümayəndəsi (vəkili) Vəkil, Maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinin nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi İddiaçı “ölüm faktının müəyyən edilməsi” hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Şəki rayonu, Baqqal kəndində 10 dekabr 1995-ci il tarixdə anadan olmuş mərhum oğlu X8 02 may 1996-cı il tarixdə Şəki Rayonu Baqqal kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı ərizə onunla əsaslandırmışdır ki, o, X11 ilə ailə həyatı qurmuşdur. Onların nikahlarından Şəki Rayonu, Baqqal kəndində ilk olaraq 31 dekabr 1993-cü il tarixdə Ziyəddinova (Rəcəbova) Gülər Şərif qızı anadan olmuşdur. Qızından sonra, 10 dekabr 1995-ci il tarixdə X12 anadan olsa da, 02 may 1996-cı il tarixdə mədə-bağırsaq xəstəliyi səbəbli kəntdə vəfat etmiş və kənd qəbristanlığında dəfn edilmişdir. Oğlunun vəfatından sonra, yəni 17 noyabr 1998-ci il tarixdə oğlu anadan olmuş və ölən oğlunun xatirəsi üçün onun da adını X12 olaraq qeyd etdirmişlər. Bildirmişdir ki, 10 dekabr 1995-ci il tarixdə anadan olmuş oğlu X8 02 may 1996-cı il tarixdə mədə-bağırsaq xəstəliyi səbəbli vəfat etməsi barədə ölümünün qeydə alınması üçün kənd icra nümayəndəliyinə məlumat verilsə də, onun ölümü haqqında şəhadətnaməni zamanında almamışlar. Bu yaxınlarda ev və torpaq sahələri ilə əlaqədar sənədlərinin bərpası üçün aidiyyəti üzrə müraciət etdikdə 10 dekabr 1995-ci il tarixdə anadan olmuş və 02 may 1996-cı il tarixdə vəfat etmiş oğlu Elnur Rəcəbovun ölümünə dair şəhadətnamə tələb olunsa da, onun ölümü haqqında şəhadətnaməni əldə edə bilməmişlər. Bundan sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etsə də, 08 fevral 2023-cü il tarixli, 3-16-5/7-15-271/2023 nömrəli məktubda qeyd edilmişdir ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində 10 dekabr 1995-ci il təvəllüdlü övladı X8 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Həmkinin Şəki rayon qeydiyyat şöbəsində onun ölümünün qeydə alınması mümkün deyildir. Eyni zamanda bildirilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il trixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd edilənlərə əsasən X8 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etməkləri məsləhət bilinmişdir. Bundan sonra 10 fevral 1995-ci il təvəllüdlü mərhum oğlu X8 ölüm faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı nümayəndəsi (vəkili) Vəkil ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinin nümayəndəsi X3 izahat verərək göstərdi ki, ərizəçi İddiaçı mərhum atası X8 ölümünün qeydə alınması ilə bağlı Şəki rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin Şəki rayon qeydiyyat şöbəsində X8 ölümünün qeydə alınması mümkün olmamışdır. Həmçinin bununla bağlı məhkəməyə müraciət etmək hüququ ərizəçiyə izah edilmişdir. Odur ki, ərizənin təmin edilməsinə etirazı yoxdur. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 göstərmişdir ki, ərizəçi İddiaçı onun əmisi oğlu, həm də qonşusudur. Bildirmişdir ki, İddiaçı Elnur adlı oğlu anadan olmuşdur. Elnurun nə vaxt anadan olmasını dəqiq xatırlamır. Elnur xəstəlik səbəbli sonradan vəfat etmişdir. Ərizəçinin sonrada ikinci övladı olmuş, onun da adını Elnur qoymuşlar. Hal-hazırda iki övladı vardır. X2 yas mərasimində iştirak etmişdir. Mərhuma yüngül yas mərasimi keçirilmişdir. X5 dəfn olunmuşdur. Mərhumun dəfnin iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 göstərmişdir ki, o, ərizəçi İddiaçı qayınatasıdır. Bildirmişdir ki, ərizəçinin Elnur adlı övladı anadan olmuşdur. Elnurun doğum tarixi yadında deyil. Sonradan Elnurda mədə bağırsaq xəstəliyi yaranmışdır. Buna görə də təxminən anadan olduqdan 1 il sonra vəfat etmişdir. Göstərmişdir ki, ərizəçinin sonradan bir oğlu da olmuşdur. Onun da adını Elnur qoymuşdular. X2 dəfnində iştirak etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı tələbi əsaslıdır. Belə ki, elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki şəhər İHB-nin Biləcik kənd İƏD üzrə nümayəndəliyinin 10 fevral 2023-cü il tarixli, 54 saylı arayışdan görünür ki, İddiaçı ailə tərkibi həyat yoldaşı X11, oğlu X12 və qızı X4 ibarətdir. Elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 09 fevral 2023-cü il tarixli aktda qeyd edilmişdir ki, İddiaçı ilə X7 xx.xx.1995-ci il tarixdə anadan olmuş övladları X12 xx.xx.1996-cı il tarixdə mədə-bağırsaq xəstəliyindən vəfat etmişdir. Mərhum babası Şərifin məzarının yanında dəfn edilmişdir. Elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 10 fevral 2023-cü il tarixli, 55 nömrəli arayışdan görünür ki, İddiaçı Şəki rayonu Baqqal kəndində qeydiyyatdadır, hazırda Şəki rayonu Baqqal kəndində yaşayır. Elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 yanvar 2023-cü il tarixli, 05/Q-1348/70 saylı arayışdan görünür ki, xx.xx.1996-cı il tarixdə Şəki rayonu Baqqal kəndində vəfat etmiş X8 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 14 mart 1996-cı il tarixli, XİX-ЖГ 486931 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 10 dekabr 1995-ci il təvəllüdlü X8 atası İddiaçı, anası X9r. Elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 10 mart 1999-cu il tarixli, XX-ЖГ 472379 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 17 noyabr 1998-ci il təvəllüdlü X8 atası İddiaçı, anası X9r. Elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 18 aprel 1993-cü il tarixli, Vİ-ЖГ 324820 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X11 arasında 18 aprel 1993-cü tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 22 nömrə ilə qeyd edilmişdir. İşdə olan 20 noyabr 2023-cü il tarixli, 402 saylı arayışdan görünür ki, Şəki rayonu Baqqal kəndində xx.xx.1995-ci il tarixdə anadan olmuş X12 hazırda Şəki rayonu Baqqal kəndində yaşamır, ölmüşdür. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Rayon Qeydiyyat Şöbəsinin 08 fevral 2023-cü il tarixli, 3-16-5/7-15-271/2023 saylı məktubundan görünür ki, Şəki Rayon Qeydiyyat Şöbəsinin arxivində xx.xx.1995-ci il tarixdə vəfat etmiş X8 ölümü haqqında akt qeydi aşkar edilmədiyindən, Şəki Rayon Qeydiyyat Şöbəsində onun ölümünün qeydə alınması mümkün deyidir. X8 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İşdə olan mərhum X10 məxsus olan məzar daşının fotoşəklindən görünür ki, X12 məzarlıqda dəfn edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki iş materiallarından aydın oldu ki, X12 ərizəçi İddiaçı oğlu olmuşdur. O, 10 dekabr 1995-ci il tarixdə anadan olmuşdur. Ərizəçinin oğlu X12 02 may 1996-cı il tarixdə vəfat etmişdir. Ərizəçi ölüm haqqında şəhadətnaməsini digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, X8 02 may 1996-cı il tarixdə Şəki Rayonu Baqqal kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 307.2.11 və 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. X8 02 may 1996-cı il tarixdə Şəki Rayonu Baqqal kəndində vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, tərəflərə təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-183/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-183/2024
31.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver