Məhkəmə qərarları › İş №e-2(075)-1835/2025

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1835/2025

21.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1835/2025 21.06.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızı, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair məhkəməyə daxil olmuş kiçik mübahisələr üzrə iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı cavabdehdən 3631 manat məbləğində borcun və ödənilmiş 56,31 manat dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, iddiaçı bankdan 5446 manat kredit götürərək cavabdehə vermişdir. Cavabdeh aylıq həmin borcdan ödənişləri tam həyat keçirməmişdir. Nəticədə, qalan 3311 manat kredit borcunu, ayrı-yrı vaxtlarda 70 manat və 250 manat məbləğində borc pulu ödəməmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) 284-4.1.3-cü maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa işə sadələşdirilmiş qaydada baxılmasına yol verilmir və məhkəmə ərizənin qəbul olunmasından imtina edir. İş materiallarına iddiaçı tərəfindən ödəniş cədvəli, müxtəlif məzmunli sms mətnləri əlavə edilmişdir. Lakin borclu tərəfindən 3631 manat məbləğində borcun həqiqətən götürüldüyünü təsdiq edən hər hansı sənəd (sübut) məhkəməyə təqdim olunmamışdır. Ona görə məhkəmə hesab edir ki, kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi baxılmaq üçün qəbul etməkdən imtina edildiyindən, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır. MPM-in 284-4.2-ci maddəsinə əsasən, bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. MPM-in 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Göstərilənlərə əsaslanaraq və MPM-in 263-264 və 284-4.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi ilə bağlı kiçik iddiallara dair sadələşdirilmiş icraat qaydasında ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli, **********20 nömrəli mədaxil qəbzi ilə ödənilmiş 56,31 manat dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar