Məhkəmə qərarları › İş №e-2(075)-186/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-186/2024

20.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-186/2024 20.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Ərizəçi İddiaçı nümayəndəsi Nümayəndə, Maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi İddiaçı “atalıq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, İsayeva (Hacıəsədova) Məkkə Hidayət qızının onun anası olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1941-ci il tarixdə Şəki şəhərində anadan olmuşdur. X4, anası isə İsayeva (Hacıəsədova) Məkkə Hidayət qızıdır. Vərəsəlik əməliyyatlarının aparılması üçün anasının ölüm haqqında şəhadətnaməsi lazım olmuşdur. Bununla bağlı Şəki “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciət etsə də, X8 anası olmasını sübut edən sənəd təqdim edə bilməmişdir. Doğum haqqında şəhadətnaməsi itmişdir, təkrar verilməsi üçün Şəki “ASAN Xidmət” mərkəzində arxiv şöbəsinə müraciət etdikdə ona doğuma dair sənəd verilsə də, sənədin "ana haqqında məlumat” hissəsində anasının yalnız soyadı yazılmış, adı və babasının adı boş buraxılmışdır. Beləliklə, X8 anası olmasını sübut edən heç bir sənəd əldə edilmədiyindən məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında ərizəçi İddiaçı nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək ərizənin təmin olunmasına etirazlarının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahat verərək bildirmişdir ki, ərizəçi İddiaçı onun əmisinin yoldaşıdır. Leylofərin anası mərhum Məkkə olmuşdur. Məkkənin soyadını bilmir. O, mərhum Məkkəni sağlığında görmüş, tanımışdır. Məkkə onun əmisinin qayınanası olmuşdur. O, 1992-ci ildə vəfat etmişdir. Mərhum Məkkənin yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 izahat verərək bildirmişdir ki, o, 1980 - 1988-ci illərdə Mədəniyyət Şöbəsində işləmişdir. Mərhum Məkkəni işlədiyi vaxtlardan tanımışdır. Məkkə sağlığında süt gətirib satmışdır. Zəhmətkeş qadın olmuşdur. Mərhum Məkkə onlar işləyən yerə yaxın yerdə qonşuluqda yaşamışdır. Bildirmişdir ki, Məkkənin Leylofər adlı qızı da olmuşdur. Onu da tanıyır. 1992-ci ildə Məkkə vəfat etmişdir. Məkkənin soyadını bilmir. Mərhum Məkkənin yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahat verərək bildirmişdir ki, mərhum Məkkə ilə uzaq qohumluq əlaqələri vardır. X5 tanımışdır. Məkkənin bir Həsən adlı oğlu da olmuş, cavan yaşlarında vəfat etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, ərizəçi İddiaçı tələbi əsaslıdır. Belə ki, elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 17 iyul 2023-cü il tarixli, 3-48-DA-12/F/2/Z-6/604/2023 saylı arayışdan görünür ki, Nuxa şəhər VVAQ Şöbəsinin 1941-ci ilin “Doğulanların qeydiyyatı” kitabına əsasən 28 yanvar 1941-ci il 28 nömrəli doğulma haqqındakı aktın yazılmasında İsaeva Leylafər xx xxxxxx 1941-ci ildə doğumu qeyd edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin 21 iyul 2023cü il tarixli, 3-16-5/8-Z-15-1334/23 saylı məktubundan görünür ki, Hacı-X10 ərizəçi İddiaçı anası olmasını sübut edən heç bir sənəd əlavə edilmədiyindən ölüm haqqında təkrar şəhadətnamənin verilməsi mümkün olmamışdır. Şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 25 iyun 1968-ci il tarixli, AZ 098690 seriya nömrəli evlənmək haqqında şəhadətnamədən görünür ki, X11 ilə X13 arasında 25 iyun 1968-ci il tarixdə bağlanmış nikah nikahın bağlanması haqqında akt qeydləri kitabında 83 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Zəkəryəyeva soyadı verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 14 fevral 1984-cü il tarixli, İX-ЖГ 424200 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxxx 1984-cü il təvəllüdlü Nümayəndə atası X11, anası İddiaçıdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 08 may 1984-cü il tarixli, 2540/4703 nömrəli qeydəalma vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 3/6 hissəsi X7 və İddiaçı, 1/6 hissə X3, 1/6 hissəsi Nurəhməd Səfəralı oğlunun, 1/6 hissəsi Töyfə Məmməd qızının adına qeydiyyata alınmışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 1992-ci ildə vəfat etmiş İsayeva (Hacıəsədova) Məkkə Hidayət qızı ərizəçi İddiaçı anasıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək İsayeva (Hacıəsədova) Məkkə Hidayət qızının İddiaçı anası olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi İddiaçı dövlətə ödədiyi rüsumu tələb etmədiyindən 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. İsayeva (Hacıəsədova) Məkkə Hidayət qızının İddiaçı anası olması hüquqi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçi İddiaçı özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, tərəflərə təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar