Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1873/2022 01.12.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi (oğlu) Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, 3 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat ofisi, Şəki regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı “ərizənin etibarsız hesab edilməsi və həmin ərizə nəzərə alınmaqla açılmış vərəsəlik işinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, onun adından yazılmış, 3 saylı Bakı “Asan Xidmət” mərkəzindəki Notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş “Yazaraq sizə bildirirəm ki, xx.xx.1998-ci il tarixdə vəfat etmiş atam X2 ölümündən sonra qalmış hər hansı miras əmlakı qəbul etməmişəm, etmirəm və gələcəkdə itirilmiş müddətin bərpası ilə bağlı heç bir məhkəmə orqanına müraciət etməyəcəyəm” ifadələrindən ibarət 28 fevral 2017-ci il tarixli ərizənin etibarsız hesab edilməsi, “Yazaraq sizə bildirirəm ki, 31 oktyabr 2010-cu il tarixdə vəfat etmiş qardaşım X1 ölümündən sonra qalmış hər hansı miras əmlakı qəbul etməmişəm, etmirəm və gələcəkdə itirilmiş müddətin bərpası ilə bağlı heç bir məhkəmə orqanına müraciət etməyəcəyəm” ifadələrindən ibarət 28 fevral 2017-ci il tarixli ərizənin etibarsız hesab edilməsi, Valideynlərindən və qardaşından qalmış mirasla bağlı Cavabdeh1 müraciəti əsasında Şəki Regional “Asan Xidmət” mərkəzindəki Notariat ofisinin notariusu tərəfindən açılmış vərəsəlik işinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi 15 avqust 2022-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki işi üzrə məhkəmə hazırlıq iclasları 20 sentyabr 2022-ci il, 06 oktyabr 2022-ci il və 15 noyabr 2022-ci il tarixlərdə keçirilmiş, mülki işin məhkəmə baxışı iclası bu günə, yəni 01 dekabr 2022-ci il tarixə saat 11:00-a təyin edilmiş, mülki proses tərəflərinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir. Məhkəmə baxış iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanılması və sənədlərinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi (oğlu) Nümayəndə isə məhkəmə iclasında ərizə təqdim edərək iddianın baxılmamış saxlanılmasına etirazının olmadığını bildirmişdir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi İddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim etmiş, Cavabdeh1 nümayəndəsi (oğlu) Nümayəndə isə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Belə olan halda iddi ərizəsi baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ iddiaçıya izah edilməli və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100,40 manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263- 264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1, 3 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat ofisi, Şəki regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı “ərizənin etibarsız hesab edilməsi və həmin ərizə nəzərə alınmaqla açılmış vərəsəlik işinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100,40 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-1873/2022
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1873/2022
01.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver