Məhkəmə qərarları › İş №e-2(075)-188/2022

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-188/2022

18.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-188/2022 18.01.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi ilə, Ərizəçi İddiaçı “şəxsin ölmüş elan edilməsi” hüquqi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, bibisi X1 ölmüş elan edilməsi və onun adına ölüm haqqında şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 22 noyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş, mülki işin məhkəmə hazırlıq iclası 21 dekabr 2021-ci il tarixdə keçirilmiş, mülki işin növbəti hazırlıq iclası bu günə, yəni 18 yanvar 2022-ci il tarixə saat 09:30-a təyin edilmişdir. Lakin 08 yanvar 2022-ci il tarixdə ərizəçi İddiaçı məhkəməyə elektron qaydada ərizə göndərərək, ərizəsinin geri qaytarılaraq iddia tələbinin baxılmamış saxlanılması və 15 noyabr 2021-ci il tarixli ********* nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun müvafiq bank və poçt hesablarına geri qaytarılaraq ona ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Şəki rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Şöbəsinin nümayəndəsi isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Ərizəçi İddiaçı ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli, 12 saylı Qərarının 5-ci bəndində göstərilmişdir ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” İddiaçı ərizəsi ilə bağlı ödəmiş olduğu 100.40 manat rüsum onun özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1 və 170.3-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə Qərara aldı: Ərizəçi İddiaçı “şəxsin ölmüş elan edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı ərizəsi ilə bağlı ödəmiş olduğu 100.40 manat rüsum onun özünə qaytarılsın. Ərizəçi İddiaçı yenidən məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar