Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-188/2023 16.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “avtomobil” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ üzrə ona məxsus “DAEWOO NEXİA” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlər Cavabdeh2 və onun oğlu Cavabdeh1 alınaraq ona qaytarılması və əks təqdirdə avtomobilin 6000 min manat dəyərinin ödənilməsi vurduğu maddi ziyana görə 1085 (bir min səksən beş) manat məbləğində pulun, o cümlədən ödənilmiş 91 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılan zaman İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi (azaldılması) barədə ərizə təqdim edərək, mülkiyyət hüququ üzrə ona məxsus “DAEWOO NEXİA” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlər Cavabdeh2 və onun oğlu Cavabdeh1 alınaraq ona qaytarılması və yaxud olmadıqda avtomobilin 6000 manat məbləğdə dəyərinin cavabdehlərdən alınaraq ona ödənilməsi, o cümlədən ödənilmiş 91 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə ona məxsus “DAEWOO NEXİA” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehlər Cavabdeh2 və onun oğlu Cavabdeh1 arasında 10.080 (on min səksən) manat dəyərində 2 (iki) il müddətində ayda 420 manat ödəmək şərti ilə şifahi razılaşma əldə olunmuşdur. Bununla bağlı cavabdehlər hər ay vaxtlı vaxtında aylıq 420 manat ödəməyi öz öhdəliklərinə götürmüşlər. Onun tərəfindən 2 il müddət keçdikdən sonra aylıq tam ödənildikdə avtomobili onların adına keçirmək üçün mülki etibarnamə verməyi öz öhdəliyinə götürmüşdür. Bundan sonra xx.xx.2021-ci il tarixdə tərəfindən qeyd olunan avtomobili idarə etmək barədə Cavabdeh2 və xx.xx.2021-ci il tarixdə isə Cavabdeh1 etibarnamə verilmişdir. Qeyd etmək istəyir ki, cavabdehlər 3 ay müddətində hər ay 420 manat cəmi 1260 (min iki yüzaltmış) manat ödədikdən sonra 1 (bir) il 3 (üç) aydır ki, heç bir ödəniş etmirlər. Tərəfindən dəfələrlə cavabdehlərlə telefon vasitəsi ilə danışıq aparsa da, avtomobilin onun mülkiyyətində olmasına baxmayaraq onlar nə avtomobili geri qaytarır nədə ki, aylıq ödənişlərini edirlər. xx.xx.2022-ci ildə Cavabdeh1 verilmiş etibarnamə və xx.xx.2021-ci il tarixdə Cavabdeh2 notariat kontorunda verilmiş etibarnamə müddəti bitmişdir. Lakin ona məxsus avtomobil hal-hazırda onların istifadəsindədir. Ona məxsus avtomobil etibarnamə əsasında qeyd etdiyi şəxslərin istifadəsində olmuş, faktiki olaraq kredit öhdəliyi onların üzərində olsa da hər ay tərəfindən hər dəfə xəbərdarlıq edilmişdir. Nəticədə cavabdehlərin hərəkətləri üzündən həm mülkiyyət hüququ pozulmuş, həm də maddi ziyana düşmüşdür. Belə ki, cavabdeh ona məxsus avtomobili idarə etdiyi müddətdə onun əvəzinə kredit təşkilatına 685 manat məbləğində pul ödəmişdir. Hesab edir ki, cavabdehlərdən ona məxsus avtomobil alınıb ona qaytarılmalı əks təqdirdən avtomobilin dəyəri 6000 (altı min) manat və ona dəymiş maddi ziyana görə 300 manat məbləğində pul cavabdehdən alınaraq ona verilməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdehlər ona məxsus “DAEWOO NEXİA” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobili 2 (iki) il müddətində ayda 420 manat ödəmək şərti ilə 10.080 manat məbləğə alsalar da, cavabdehlər 3 ay ödəniş etmiş, geridə qalan məbləğləri isə ödəməmişlər. O, cavabdehlərə dəfələrlə avtomobili geri qaytarmalarını və ya pulunu ödəməklərini bildirsə də, cavabdehlər öhdəliklərini icra etməmişlər. Bildirmişdir ki, ona məxsus avtomobil cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadəsində olan zaman, yol hərəkət qaydalarının pozulması nəticəsində inzibati xəta haqqında protokollar tərtib olunmuş və cərimələr hesablanmışdır. Lakin sonradan qeyd olunan cərimə məbləğləri ödənilmişdir. Buna görə də iddia tələbinin maddi ziyanla bağlı hissəsini müdafiə etmir. Göstərmişdir ki, cavabdehlərə dəfələrlə avtomobilin dəyini ödəməklərini bildirsə də, cavabdehlər ona olan borclarını ödəməmişlər. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, mülki iş materiallarını araşdırıb, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş, 09 mart 2021-ci il tarixli, AE 091378 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-RZ-*** dövlət qeydiyyat nişanlı, “Daewo Nexia” minik markalı, qara metallik rəngli, sedan tipli, XWBBL32EDCA202462 ban nömrəli minik avtomobil İddiaçı adına qeydiyyata alınmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş, 25 mart 2021-ci il tarixli, etibarnamədən görünür ki, İddiaçı mülkiyyətində olan **-RZ-*** dövlət qeydiyyat nişanlı, “Daewo Nexia” minik markalı avtomobili 25 mart 2022-ci il tarixədək Cavabdeh2 istifadəsinə vermişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş, 01 may 2021-ci il tarixli, etibarnamədən görünür ki, İddiaçı mülkiyyətində olan **-RZ-*** dövlət qeydiyyat nişanlı, “Daewo Nexia” minik markalı avtomobili 31 dekabr 2021-ci il tarixədək Cavabdeh1 istifadəsinə vermişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 dekabr 2022-ci il tarixli qərardan görünür ki, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı şikayəti üzrə toplanmış HK 1-2933 nömrəli material üzrə cinayət işinin başlanmsı rədd edilmiş, İddiaçı həmin tələbi ilə bağlı məhkəyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 16 iyun 2023-cü il tarixli, 9/2530 saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, “Daewoo Nexia” minik markalı, 2011-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin hazırki nəzəri orta bazar qiyməti təxminən 6000 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsinin 25 fevral 2023-cü il tarixli, 484 saylı məktubundan görünür ki, “Daewoo Nexia” minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobil 09 mart 2021-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmış və hal-hazırda da onun adına qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında olan şifahi razılıq əsasında cavabdehlər tərəfindən iddiaçıya, hər ay 420 manat olmaqla, 2 il müddətinə hissə-hissə ödəmək şərti ilə 10,080 manat dəyərindən “DAEWOO NEXİA” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobil verilmişdir. Cavabdehlər tərəfindən 3 ay müddətində hər ay 420 manat olmaqla, cəmi 1260 manat ödəniş edildikdən sonra qalan borc məbləği ödənilməmişdir. İddiaçı tərəfindən cavabdehlərə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq cavabdehlər iddiaçıya məxsus olan avtomobili qaytarmamış, avtomobilin dəyərini ödəməmişlər. Bununla da iddiaçının hüquqları pozulmuşdur. Mübahisə predmeti olan “Daewoo Nexia” minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin hazırki bazar dəyərinin müəyyən olunması üçün məhkəmə əmtəəşünaslıq ekspertizası təyin olunmuş, ekspert rəyinə əsasən avtomobilin dəyərinin hazırki orta bazar qiymətinin 6000 manat təşkil etməsi müəyyən olunmuşdur. Məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsini xahiş etmiş, cavabdehlər isə məhkəmə iclasında iştirak etməyərək iddiaya hər hansı münasibət bildirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 570.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: -570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Göründüyü kimi, dövlət qeydiyatına alınmasa belə tərəflərin arasında faktiki olaraq nisyə alqı-satqı müqavilsindən irəli gələn münasibətlər olmuşdur. Lakin cavabdehlər iddiaçı ilə aralarında şifahi razılaşma əsasında bağlanmış həmin nisyə alqı-satqı müqavilələrinə əsasən aldıqları avtomobilin dəyərini vaxtında iddiaçıya ödəməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, “DAEWOO NEXİA” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı, qara metallik rəngli, sedan tipli, XWBBL32EDCA202462 ban nömrəli minik avtomobil, olmadıqda isə onun dəyəri olan 6000 manat manat məbləğdə pul vəsaiti və ödənilmiş 91 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 50 (əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, X1 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222-227, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. “DAEWOO NEXİA” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı, qara metallik rəngli, sedan tipli, XWBBL32EDCA202462 ban nömrəli minik avtomobil, olmadıqda isə onun dəyəri olan 6000 manat manat məbləğdə pul vəsaiti və ödənilmiş 91 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq İddiaçı ödənilsin. 50 (əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, X1 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-188/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-188/2023
16.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver