Məhkəmə qərarları › İş №e-2(075)-1895/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1895/2022

05.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1895/2022 05.11.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil oğlunun, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X26 qızının iştirakları ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika X24 filialı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı sənədin ona məxsus olması hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ad, soyadı və ata adı “İddiaçı Valeh oğlu” kimi yazılmış əmək kitabçasının, həmçinin 03 dekabr 2021-ci il tarixli, 917 nömrəli arxiv arayışında göstərilmiş Şəki rayonu, Baş Zəyzid kənd Şəfəq kolxozunun kolxozçuların əmək uçotu və kolxoz üzvləri ilə hesablaşma kitablarının (ona aid hissələrində), yəni hüquqmüəyyənedici sənədlərin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının əsl cavabdeh olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını əsl cavabdeh olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1955-ci il tarixdə Səki rayonunda anadan olmuşdur. xx.xx.1973-xx.xx.1975-ci illərdə hərbi xidmətdə olmuşdur. 1972-ci ildə (202 gün) və 1973-cü ildə (60 gün) Şəki rayonunun Baş Zəyzid kənd Şəfəq kolxozunda kolxozçu işləmişdir. Onun Əmək və Əhalinin Sosial Müdafiəsı Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına 26 aprel 2022ci il tarixli məktubula müraciət etmiş və cavab olaraq onun 25 il sığorta stajının olmaması, ümumi stajının 21 il 11 ay olduğu, X24 Filialı tərəfindən verilən xx.xx.2021-ci il tarixli 917 nömrəli arayışda əmək haqqı cədvəllərinin 1972-1973 və 1987-1988-ci il tarixlərdəki soyadının Musayev qeyd olunması səbəbindən sözügedən dövrlərin sığorta stajına əlavə edilmədiyi göstərilmişdir. Məktubda həmçinin göstərilmişdir ki, qeyd olunan müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğundan ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq həmin məktubla bildirilmişdir ki, Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək oensiyasıntn minimum məbləindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il staj olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci iyulun 1-dək hər il 6 ay artırılır). Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Təqdim edilmiş xx.xx.1975-ci il tarixli kitabçanın, 189 nömrəli kolxozun əmək kitabçasının və hərbi biletin surətlərinə əsasən sığorta stajı 18 il 4 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabına sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika X24 filialı tərəfindən ona verilmiş 917 nömrəli, 03 dekabr 2021-ci il tarixli arxiv arayışında göstərilmişdir ki, 1972-ci ildə X8, 1973-1974-cü illərdə X9, 1987-ci ildə X9, 1988-ci ildə Musayev, İddiaçı, 1989-1990-cı illərdə isə X2 qeyd edilmişdir. Şəki şəhər İcra Hakimiyyəti Başçısının Baş Zəyzid kənd nümayəndəsi tərəfindən verilmiş 25 may 2022-ci il tarixli arayışda da göstərilmişdir ki, 03 dekabr 2021-ci il tarixli, 917 saylı arxiv arayışında adı göstərilən X9 ilə İddiaçı eyni şəxsdir. Göründüyü kimi onun soyadı, adı və atasının adı “İddiaçı" olduğu halda kolxozun əmək kitabçasında soyadı və atasının adı “X9” kimi yazılmış, eyni zamanda 03 dekabr 2021-ci il tarixli, 917 nömrəli arxiv arayışında göstərilmiş Şəki rayonu, Baş Zəyzid kənd Şəfəq kolxozunun kolxozçuların əmək uçotu və kolxoz üzvləri ilə hesablaşma kitablarında 1972-ci ildə X8, 1973-1974-cü illərdə X9, həmçinin Musayev, İddiaçı kimi yazılmışdır. Beləliklə əmək kitabçasında və arxiv arayışında göstərilən şəxsin adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən ad və soyad ilə düz gəlmədiyinə görə o, həmin sənədlərin ona məxsus olması faktının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə etmiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı vəkili Vəkil izahat verərək bildirmişdir ki, iddiaçının 25 il sığorta stajı tamamlanmşdır. Bununla bağlı pensiyaya çıxmaq üçün müraciətlər etmişdir. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi imtina vermişdir ki, onun stajı tamamlanmır. Lakin arxiv arayışlarından da görünür ki, 72-73 və 87-88-ci ii tarixlərdə soyadı Mustafayev qeyd edildiyindən, həmin dövrdə Sosial sığorta stajına hesablanmır. Onlar ilkin olaraq öhdəliyin qoyulması qaydasında inzibati məhkəməyə müraciət etmişlər. Lakin inzibati məhkəmə məktub göndərərək, soyad problemi olduğu üçün onun inzibati qaydada həllinin mümkün olmadığını bildirmiş və Şəki rayon məhkəməinə müraciət edmələrini tövsiyə etmişlər. Ona görə də, məhkəmədən iddianınn təmin ediməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X10 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, İddiaçı ərizədə X24 Filialının 03 dekabr 2021-ci il tarixli 917 nömrəli arxiv arayışında əməkhaqqı cədvəllərinin 1972-1973 və 1987- 1988-ci il tarixlərindəki soyadının “Musayev" qeyd olunması səbəbindən sözügedən dövlərin sosial sığorta stajına daxil edilmədiyini qeyd etmişdir. Həmçinin müvafiq arayışda 1972-ci ildə “X8", 1973- 1974-cü illərdə isə ‘X9", 1987-ci ildə “X9”, 1988-ci ildə ‘Musayev", ‘İddiaçı", 1989-1990-cı illərdə isə "İddiaçı" kimi qeyd edildiyini bildirmişdir. İddia tələbi əsassızdır və təmin edilməməlidir. "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1-ci maddəsində Məhkəmələrin diqqəti hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması ilə əlaqədar meydana çıxan hüquqi nəticələrin vacibliyinə və bu xarakterli işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinin zəruriliyinə cəlb edilməsini qeyd edir. Daha sonra həmin qərarın 1.4-cü bəndində qeyd edilir ki, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması, yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü nəzərdə tutulur. Həmçinin sözügedən qərarın 4-cü bəndinə əsasən, məhkəmələrə izah olunur kı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsi dodum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doöumun. övladlıöa götürmənin, nikahın, boşanmanın, ölümün gevd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə gavdasında bu faktlar o halda müəvvən edilir ki. vətəndaşlığ vəziyyəti aktlarının dövlət gevdivvatını aparan organlarda müvafig gevdlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlığ vəziyyəti aktlarının gevdləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə gevd yalnız vətəndaşlığ vəziyyəti aktının gevd edilməsi faktının məhkəmə gavdasında müəvvən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər qeyd edilmişdir Həmin şərtlər kimi məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə ki, Mülki Prosessual Məcəlləsinin məcəllənin 310-cu maddəsində ərizənin məzmunu və ərizəyə baxılması qaydası qeyd edilmişdir ki, həmin qaydaya əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir . Göründüyü kimi həm qanunun, həm Ali Məhkəmənin Plenumunun Qərarına əsasən vətəndaşın hüquqi fakt qismində təsdiqlətmək istədiyi predmetlə bağlı təsdiqedici sənəd olmamalıdır və həmin sənədi məhkəmədənkənar yolla əldə etməyin mümkün olmamasını təsdiq edən sənəd ərizəyə əlavə edilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli. 03 saylı Qərarının 1.2-ci bəndində qeyd edilir ki. hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmçinin, sözügedən qərarın 3.4-cü bəndinə əsasən, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub- olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdig edilib- edilməməsinə xüsusi diqqət yetirilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı “sənədin şəxsə məxsus olma faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika X24 filialı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X11 izahat verərək göstərmişdir ki, o, uşaqlıqdan İddiaçı ilə birlikdə böyümüşdür, həmişə onu Valah kimi çağırmışlar. O vaxt vətəndaşlara soyadlar veriləndə Şəmsəddinin qardaşıgilə “Musayev” soyadı Şəmsəddinə isə “Mustafayev” soyadı verilmişdir. Həmin hal o vaxt normal hal idi, onlarda da eyni şey baş vermişdir. Onlar 1972-ci və 1973-cü illərdə Şəki rayonunun Baş Zəyzid kənd Şəfəq kolxozunda İddiaçı ilə birlikdə işləmişlər. Daha sonra İddiaçı hərbi xidmətə getmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra da İddiaçı Şəki rayonunun Baş Zəyzid kənd Şəfəq kolxozunda kolxozçu işləmişdir. Hesab edir ki, müxtəlif sənədlərdə İddiaçı soyadının Musayev, atasının adının isə Valeh yazılması texniki səhv səbəbindən olmuşdur. Belə ki, həmin dövrlərdə bu kimi hallar çox olmuşdur. Məhkəmə iclasın iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X7 izahat verərək göstərmişdir ki, İddiaçı kənd sakini kimi tanıyır, bir kənddə doğulub-böyümüş, eyni məktəbə getmişlər. Həmçinin onun ailəsini də, yaxından tanıyır. Həmişə onu İddiaçı kimi çağırmış, elə də tanımışlar. X22 rayonunun Baş Zəyzid kənd Şəfəq kolxozunda bir yerdə işləmişlər. İşlədikləri dövrdə də, həmişə onu İddiaçı kimi çağırmışlar. Hesab edir ki, müxtəlif sənədlərdə İddiaçı soyadının Musayev, atasının adının isə Valeh yazılması texniki səhv səbəbindən olmuşdur. Kənddə müxtəlif adamlarda da bu kimi səhvlər mövcuddur. Həmin dövrlərdə heç kim belə şeylərə əhəmiyyət vermədiyindən sənədlərdə nə gəldi yazıblar. İş materiallarına əlavə edilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-nin 06 dekabr 2021-ci il tarixli, 25 nömrəli arayışından görünür ki, Mustafayev X14 11 saylı X23 29 dekabr 1975-ci il tarixdə sürücülük vəzifəsinə qəbul edilmiş, 20 may 1981ci il tarixdə işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki şəhər İcra Hakimiyyəti Başçısının Baş Zəyzid kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 may 2022-ci il tarixli, 394 nömrəli arayışdan görünür ki, 03 dekabr 2021-ci il tarixli, 917 saylı arxiv arayışında adı göstərilən X9 ilə İddiaçı eyni şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X24 filialı tərəfindən verilmiş 03 dekabr 2021-ci il tarixli, 917 nömrəli arayışdan görünür ki, X1 işləmiş və cədvəldə göstərilən qaydada əmək haqqı olmuşdur: Məlumat hansı il Şəxsi Əmək Adam Sıra Vəzifəsi Pul üçün verilir hesab günü günü 1 1972 Kolxozçu 127 387 202 501.80 2 1973 - 17 197 60 236.40 3 1974 - 16 - - - - 1972-ci ildə X8, 1973-1974-cü illərdə isə X4 qeyd edilmişdir. - Təmir tikinti sahəsinin işçi və qulluqçularının zəhmət haqqı cədvəllərinə əsasən İddiaçı əmək haqqı aşağıdakı cədvəldə göstərilən kimi qeyd edilmişdir: Aylar 1981 1982 1983 1984 Yanvar - 82.70 98.40 105.30 Fevral - 86.91 84.06 26.91 Mart - 93.83 33.78 115.62 Aprel - 194.11 162.08 100.00 May - 112.71 94.60 81.00 İyun - 108.32 111.70 98.16 İyul 111.19 188.14 102.13 89.97 Avqust 88.07 152.34 74.82 - Sentyabr 74.77 170.98 102.79 məz. - Oktyabr 66.55 - 84.11 - Noyabr 90.48 123.26 76.69 - Dekabr 55.13 101.98 56.55 - - X25 müəssisəsinin işçi və qulluqçularının əmr kitabına əsasən 17 iyul 1984-cü il 10 nömrəli əmrin 1§ İddiaçı Valeh oğlu həmin tarixdən etibarən müəssisənin UAZ maşına sürücü qəbul edilməsi qeyd edilmişdir. - X25 müəssisəsinin işçi və qulluqçularının əmr kitabına əsasən 28 oktyabr 1986-cı il 82 nömrəli əmrin 1§ İddiaçı Valeh oğlu müəssisənin direktorunun UAZ-3303-01 markalı maşınının sürücüsü həmin tarixdən etibarən işdən azad edilməsi qeyd edilmişdir. - X25 müəssisəsinin işçi və qulluqçularına əməyin ödənişi üzrə hesablaşma kitablarına əsasən İddiaçı müəssisədə işləyən zaman əmək haqqısı aşağıdakı kimi qeyd edilmişdir: Aylar 1984 Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul 86.14 Avqust 139.00 Sentyabr 138.75 Oktyabr 138.50 Noyabr 138.50 Dekabr 138.50 Qeyd: 1985-ci ilin əməyin ödənişi üzrə hesablaşma kitabları Azərbaycan Respublikası Dövlət Arxivi Şəki filialına təhvil verilməmişdir. 1986-cı ilin isə əməyin ödənişi üzrə hesablaşma kitabında isə İddiaçı adına qeydiyyat tapılmamışdır. - Şəki rayonu Baş Zəyzid kənd Şəfəq kolxozunun kolxozçuların əməyini ödənişi üzrə hesablaşma kitablarına əsasən Musayev, İddiaçı kolxozda işləyən zaman əmək haqqı və günləri aşağıdaki kimi qeyd edilmişdir: Məlumat hansı Sıra il üçün Vəzifəsi Şəxsi hesab Gün Pul verilməsi 1 1987 Tütün 181 237 5309.65 Avtomaşın 2 1988 152 169 2334.62 sürücüsü 3 1989 - 67 227 4899.72 4 1990 - 55 269 3230.13 Qeyd: 1987-ci ildə X9, 1988-ci ildə Musayev, X6, 1889-1990-cı illərdə isə İddiaçı kimi qeyd edilmişdir. - Şəki rayonu, Vərəzət kənd Vərəzət kolxozunun kolxozçuların əmək stajı və qazancının uçotu kitabına əsasən İddiaçı kolxozda işləyən zaman əmək haqqısı və günləri aşağıdaki kimi qeyd edilmişdir: Məlumat Şəxsi Sıra hansı il üçün Vəzifəsi Gün Minimum Pul hesab verilməsi 1 1991 Sürücü s/11 241 220 5238.74 2 1992 - s/14 320 220 27213.74 3 1993 - s/12 266 220 169268.30 4 1994 - s/11 221 220 116796.64 5 1995 - s/11 254 220 905680 6 1996 - s/11 283 220 583713 7 1997 - s/11 300 220 1645778 8 1998 - s/11 48 220 99382 İş materiallarına əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, İddiaçı Valeh oğlu 1975 ci ildə sürücülük vəzifəsinə qəbul edilmiş, 1981-ci ildə 52-34 AZT sürücülük vəzifəsinə keçirilmişdir, 20 may 1981-ci ildə vəzifəsindən azad olunmuş, 06 iyul 1981-ci ildə sürücülük vəzifəsinə qəbul olmuş, 16 iyul 1984-cü ildə işdən azad edilmiş, 17 iyul 1984-cü ildə Ətlik-Camışçılıq müəssisəsi üzrə UAZ maşınınna sürücülük vəzifəsinə qəbul olunmuş, 18 oktyabr 1986-cı ildə işdən azad olunmuş, 01 may 1987-ci ildə Baş Zəyzid “Şəfəq” kolxozuna işə qəbul olunmuş, 27 mart 1991-ci ildə Baş Zəyzid “Şəfəq” kolxozunun kolxoz uzvlüyündən azad edilmiş, 15 aprel 1991-ci ildə Şəki rayonu, Vərəzət kəndi, Vərəzət kolxozuna sürücü vəzifəsinə qəbul edilmiş, 01 oktyabr 1998-ci ildə işdən azad edilmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, iş materiallarında olan 05 yanvar 1976-cı il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı əmək kitabçası açılmış, lakin həmin əmək kitabçasında iddiaçının adı, soyadı və ata adı texniki səhv olaraq İddiaçı Valeh oğlu kimi qeyd edilmişdir. Əslində isə İddiaçı ilə İddiaçı Valeh oğlu eyni şəxsdir və həmin əmək kitabçası İddiaçı məxsusdur. Həmçinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X24 Filialı tərəfindən verilmiş 03 dekabr 2021-ci il tarixli, 917 nömrəli arxiv arayışından görünür ki, İddiaçı onun Şəki rayonu Baş Zəyzid kənd Şəfəq kolxozunda işləməsini əks etdirən arxiv arayışı verilmişdir. Həmin arxiv arayışlarında İddiaçı adı texniki cəhətdən yanlış olaraq 1972-ci ildə X8, 1973-1974-cü illərdə X9, 1987-ci ildə X9, 1988-ci ildə Musayev, İddiaçı, 1989-1990-cı illərdə isə X2 qeyd edilmişdir. Lakin arxiv arayışında adları yanlış olaraq səhv yazılmış yuxarıda sadalanan şəxslər İddiaçı ilə eyni şəxsdir və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X24 Filialı tərəfindən verilmiş həmin 03 dekabr 2021-ci il tarixli, 917 nömrəli arxiv arayışı İddiaçı məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Göründüyü kimi məhkəmə iclasında şahid qismində dindirilmiş X11 və X3 rayonunun Baş Zəyzid kənd Şəfəq kolxozunda iddiaçı ilə bir yerdə işləmələrini bildirmişlər. İşə əlavə edilmiş etirazdan görünür ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məhkəməyə etiraz ərizəsi təqdim etmiş və iddiaçının əvvəlcədən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X24 Filialına müraciət etməməsini əsas gətirərək iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Lakin iddiaçı ad və soyadında yanlışlığın aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X24 Filialına müraciət etmiş, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X24 Filialının 02 sentyabr 2022-ci il tarixli, 751 saylı məktubu ilə iddiaçıya hüquqmüəyyənedici sənədlərin ona məxsus olmasının təsdiqi Arxivin səlahiyyətinə aid olmadığı üçün sorğuya cavab verilməsi mümkün olmaması qeyd edilməklə bundan imtina edilmişdir. Göründüyü kimi iddiaçı məhkəməyə müraciət edərək “arxiv arayışının” ona məxsus olmasının müəyyən edilməsini xahiş etmişdir. Buna qədər iddiaçı soyadının və ata adının səhv yazılması və həmin sənədlərin ona məxsus olması ilə bağlı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X24 Filialına müraciət etmiş, lakin həmin idarədən imtina məktubu almışdır. Hazırda ərizəçinin qeyd edilən əmək kitabçasının və arxiv arayışının ona məxsusluğu müəyyən olunmasından sonra ərizəçi yenidən pensiya təyin olunması ilə bağlı Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-yə müraciət etmək hüququ yaranır. Həmin məsələyə hüquqi qiyməti isə qanunvericiliyə uyğun olaraq DSMF verəcəkdir. Məhkəmə hesab edir ki, hazırkı halda hüquq haqqında mübahisəyə baxılıb həll edilməsi məhkəməyə aiddir və həmin məsələ məhkəmədə öz həllini tapmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, soyadı, adı və ata adı “İddiaçı Valeh oğlu” kimi yazılmış əmək kitabçasının, həmçinin, 03 dekabr 2021-ci il tarixli, 917 nömrəli arxiv arayışında göstərilmiş Şəki rayonu, Baş Zəyzid kənd Şəfəq kolxozunun kolxozçuların əmək uçotu və kolxoz üzvləri ilə hesablaşma kitablarının (ona aid hissələrdə), yəni hüquqmüəyyənedici sənədlərin İddiaçı məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi İddiaçı dövlət büdcəsinə ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Soyadı, adı və ata adı “İddiaçı Valeh oğlu” kimi yazılmış əmək kitabçasının, həmçinin 03 dekabr 2021-ci il tarixli, 917 nömrəli arxiv arayışında göstərilmiş Şəki rayonu, Baş Zəyzid kənd Şəfəq kolxozunun kolxozçuların əmək uçotu və kolxoz üzvləri ilə hesablaşma kitablarının (ona aid hissələrdə), yəni hüquqmüəyyənedici sənədlərin İddiaçı məxsus olması faktı müəyyən edilsin. Ərizəçi İddiaçı dövlət büdcəsinə ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar