Məhkəmə qərarları › İş №e-2(075)-1904/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1904/2024

26.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1904/2024 26.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh (3-cü şəxs LPO Maraqlı şəxs qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəki şəhəri, F.Abdurahmanov küçəsi ev 1/18-də qeydiyyatda olan xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh 4935 manat (dörd min doqquz yüz otuz beş) manat əsas borcun və əvvəlcədən ödənilmiş 71 manat (yetmiş bir) manat dövlət rüsumunun, ümumilikdə isə 5006 (beş min altı) manat borcun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ASC ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə imzalanmış 1284-12 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 10000 (on min) ABŞ dolları kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsinin təminatı kimi İddiaçı və X4 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Cavabdeh əvvəllər kredit öhdəliyini icra etsə də sonradan müqavilə öhdəliklərini pozmuş və ödəniş etməkdən yayınmışdır. Bununla bağlı Maraqlı şəxs ASC cavabdehlər Cavabdeh, İddiaçı və X3 qarşı “xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 4861.77 ABŞ dolları əsas, 1926.61 ABŞ dolları faiz, 1424.42 ABŞ dolları cərimə, ümumilikdə 8212.80 ABŞ dolları və 30 manat rüsumunun müştərək qaydada tutularaq iddiaçının hesabına ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmiş və Şəki Rayon Məhkəməsi xx.xx.2017-ci il tarixli 2(075)-39/2017 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh, İddiaçı və X1 Azərbaycan Mərkəzi Bankının borcun icra edildiyi günə Azərbaycan manatına olan məzənnəsi ilə hesablanmaqla 4499.44 ABŞ dolları əsas, 1054.75 ABŞ dolları faiz, ümumilikdə 5554.20 ABŞ dolları, bank tərəfindən ödənilən 30 manat rüsumun 21 manatı müştərək qaydada alınaraq Maraqlı şəxs ASC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 50 manat ekspertiza xərcinin 15 manatı iddiaçı Maraqlı şəxs ASC-dən, 35 manatı isə cavabdehlər Cavabdeh, İddiaçı və X1 müştərək qaydada alınmasını qət etmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 19 aprel 2017-cı il tarixli qətnaməsi ilə Şəki Rayon Məhkəməsinin 25 yanvar 2017cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2027-ci il tarixli 2(102)-8191/2017 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin MK-nın 19 aprel 2017-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 Fevral 2019-cu il tarixli Fərmanına əsasən borcluya restrukturizasiya olunan məbləğə güzəştli faizlə uzun müddətli yeni müqavilə bağlanmaq təklif olunsa da Cavabdeh sövdələşməkdən boyun qaçırmışdır. Belə olduğu halda Maraqlı şəxs ASC zamin kimi ona qarşı borc tələbini irəli sürmüş, yaşadığı ünvana xəbərdarlıq məktubu ünvanlamışdır. Bir neçə dəfə Cavabdeh götürüdüyü krediti müəssisəyə geri ödənilməsi barədə xəbərdarlıq etsə də heç bir nəticə verməmişdir. Cavabdeh icra vərəqəsi üzrə tələb olunan borc məbləğlərini ödəmədiyindən borcun məcburi ödənişinin təmin olunması məqsədilə Şəki rayonu üzrə İcra və probasiya şöbəsi əmək haqqından bankın xeyrinə tutulmanın həyata keçirilməsi üçün əmək fəaliyyəti göstərdiyi Zaqatala Regional qaz istismarı İdarəsinə icra sənədi göndərmişdir. Ona görə də məcburiyyət qarşısında Cavabdeh icra sənədi üzrə ödəməli olduğu kredit müqaviləsinə əsasən Dəmir Bank ASCnin hesabına 4471 manat (xx.xx.2024- cü il tarixli 1***-*******64 nömrəli qəbz) əsas borc, 21 manat (xx.xx.2024-cü il tarixli 1***-*******32 nömrəli qəbz) Bankın əvvəlcədən ödədiyi dövlət rüsumu, Ekspertiza Mərkəzinin hesabına 36 manat (xx.xx.2024-cü il tarixli 23207 nömrəli qəbz) ekspertiza xərci, İcra şöbəsinin hesabına 278 manat (xx.xx.2024-cü il tarixli 26559 nömrəli qəbz) + 36 manat (xx.xx.2018-ci il tarixli TT**********05135 nömrəli qəbz) + 31 manat (xx.xx.2018-ci il tarixli TT**********63730 nömrəli qəbz)+ 31 manat (xx.xx.2024cü il tarixli TT**********60830 nömrəli qəbz)+ 31 manat (xx.xx.2018-ci il tarixli 01 nömrəli qəbz), ümumilikdə isə 4935 manat (dörd min doqquz yüz otuz beş) vəsait tərəfindən aidiyyatı üzrə ödənilmişdir. Bundan sonra "xxxx" ASC tərəfindən borcun tam şəkildə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli **********482 saylı arayış təqdim olunmuşdur. Göründüyü kimi Cavabdeh yuxarıda göstərilən kredit müəssisəsi qarşında olan kredit öhdəliyini icra etməmiş, həmin öhdəliklər 4935 manat (dörd min doqquz yüz otuz beş) zamin kimi onun tərəfindən həyata keçirildiyindən həmin məbləğlərdə zərər ortaya çıxmışdır. Cavabdeh qeyd olunan məbləğləri keçən müddət ərzində könüllü şəkildə ona ödəmədiyindən 4935 manat borcu məcburi qaydada ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq cavabdeh və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onları iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(075)-39/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Maraqlı şəxs ASC-nin cavabdehlər Cavabdeh, İddiaçı və X3 qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh, İddiaçı və X1 Azərbaycan Respublikasının Mərkəzi Bankının borcun icra edildiyi günə Azərbaycan manatına olan məzənnəsi ilə hesablanmaqla 4499,44 ABŞ doları əsas borc və 1054,75 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5554,20 ABŞ dolları borc və bank tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 21 manatının müştərək qaydada alınaraq iddiaçı Maraqlı şəxs ASC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı ödənilməli olan 50 manat ekspertiza xərcinin 15 manatının Maraqlı şəxs ASC-dən, 35 manatının isə cavabdehlər Cavabdeh, İddiaçı və X1 müştərək qaydada alınması qət edilmişdir. - Həmin qətnamədən iddiaçı Maraqlı şəxs ASC və cavabdehlər Cavabdeh və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri Şəki apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(107)-857/2017 saylı qətnaməsi ilə, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(102)-8191 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. - xx.xx.2024-cü il tarixli 1***-*******4 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 4471 manat kredit borcu ödənişi həyata keçirilmişdir. - xx.xx.2024-cü il tarixli 1***-*******32 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 21 manat rüsum ödənişi həyata keçirilmişdir. - xx.xx.2024-cü il tarixli 23207 nömrəli qəbzdən görünür ki, 36 manat ekspertiza xərci ödənişi həyata keçirilmişdir. - xx.xx.2024-cü il tarixli 26559 nömrəli qəbzdən görünür ki, 278 manat icra ödənişi həyata keçirilmişdir. - xx.xx.2018-ci il tarixli 01 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 30 manat icra ödənişi həyata keçirilmişdir. - xx.xx.2018-ci il tarixli TT**********05135 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 36 manat icra ödənişi həyata keçirilmişdir. - xx.xx.2018-ci il tarixli TT**********63730 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 31 manat icra ödənişi həyata keçirilmişdir. - xx.xx.2018-ci il tarixli TT**********60830 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 31 manat icra ödənişi həyata keçirilmişdir. - Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin “Azəriqaz” İB və İddiaçı göndərdiyi xx.xx.2024-cü il tarixli 4090/21 saylı məktubunda qeyd edilmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-39/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu Cavabdeh, İddiaçı və X1 5554.20 ABŞ doları kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 21 manat alınıb tələbkar "xxxx" QSC-yə, 35 manat ekspertiza xərci isə Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilmişdir. İcra sənədi üzrə borcun 2166.68 ABŞ doları Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əasən silinmişdir. İcra sənədi üzrə qalan 334.45 ABŞ dolları borc, 21 manat dövlət rüsumunun LPO Maraqlı şəxs ASC-nin hesabına, 35 manat ekspertiza xərci isə Məhkəmə Ekspertizası Mərkəzinin hesabına və 664.9 manat icra ödənişinin isə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinin hesabına tutulması üçün icra sənədi xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Vətəndaşın müraciəti, təqdim edilmiş ödəniş qəbzlərini nəzərə alaraq borcludan cəmi 276.44 manat icra ödənişi tutulmalıdır. - Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli 4562/2021 saylı məktubunda qeyd edilmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-39/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu İddiaçı tərəfindən borc və icra xərci tam olaraq ödənilmişdir. - Ləğv prosesində olan Maraqlı şəxs ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2012-ci il tarixli 53026459 saylı kredit müqaviləsi üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(075)-39/2017 saylı məhkəmə qətnaməsi üzrə öhdəliyin xx.xx.2024-cü il tarixdə yerinə yetirildiyi, Cavabdeh, İddiaçı və X2 qeyd olunan məhkəmə qətnaməsi üzrə bank qarşısında borc öhdəliklərinin mövcud olmadığı qeyd edilmişdir. - 09 iyul 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 71 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 509.1. Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında müəyyən edilir ki, Cavabdeh ilə üçüncü şəxs Maraqlı şəxs ASC arasında kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsi üzrə zaminlərdən biri isə hazırkı iddiaçı olmuşdur. Kredit borcunun ödənilməməsi səbəbindən bankın müraciəti ilə məhkəmə qətnaməsi qəbul edilmiş və qanuni qüvvəsini aldıqdan sonra müvafiq icra qurumuna göndərilmişdir. İddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilən məbləği (Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən silinmələr nəzərə alınmaqla) və icra xərcini tam olaraq ödəmişdir. Hazırda iddiaçının tələbi həmin məbləğin reqses qaydasında əsas borcludan, yəni Cavabdeh tutulması barədədir. Məhkəmə iş materiallarını tətbiq edilməli olan hüquq normaları ilə qarşılıqlı olaraq araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Lakin iddiaçı hazırkı iddia tələbində 4935 manatın tutulmasını xahiş etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən qəbzlərə əsasən ödənilmiş məbləğ 4934 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 69.34 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə hissəsi:

Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4934 (dörd min doqquz yüz otuz dörd) manat və 69.34 (altmış doqquz manat otuz dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar