Məhkəmə qərarları › İş №e-2(075)-1932/2023

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1932/2023

15.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1932/2023 15.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, Ərizəçi İddiaçı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: Ərizəçi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun atası 02 sentyabr 1929-cu il tarixdə Şəki şəhərində anadan olmuş X3 Doğum şəhadətnaməsində anası olaraq qeyd edilmiş Zülhəccə Əbdülhəmid qızı ilə evin mülkiyyətçilik sənədində qeyd edilmiş X1 əslində eyni şəxs olduğu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarına baxaraq hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsi rəhbər tutularaq iddia ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin QƏRARİN 6.1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Həmin QƏRARİN 6.2-ci bəndində göstərilmişdir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Göründüyü kimi ərizəçi İddiaçı 02 sentyabr 1929-cu il tarixdə Şəki şəhərində anadan olmuş X3 Doğum şəhadətnaməsində anası olaraq qeyd edilmiş Zülhəccə Əbdülhəmid qızı ilə evin mülkiyyətçilik sənədində qeyd edilmiş X1 əslində eyni şəxs olması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qanunvericiliyin tələblərinə əsasən ərizəçi məhkəməyə müraciət edən zaman eyni şəxs olmaqla bağlı deyil, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbini irəli sürə bilər. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305-ci maddəsinin tələblərinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi tələbinə dair işlərə xüsusi icraat qaydasında baxılmalıdır. Lakin ərizəçi İddiaçı hazırki tələbini məhkəməyə xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında göndərmişdir. Belə olan halda ərizəçi İddiaçı atası 02 sentyabr 1929-cu il tarixdə Şəki şəhərində anadan olmuş X3 Doğum şəhadətnaməsində anası olaraq qeyd edilmiş Zülhəccə Əbdülhəmid qızı ilə evin mülkiyyətçilik sənədində qeyd edilmiş X1 eyni şəxs olması tələbinə məhkəmədə baxılması yolverilməzdir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçi İddiaçı özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 153.3, 307.2.5-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Ərizəçi İddiaçı atası 02 sentyabr 1929-cu il tarixdə Şəki şəhərində anadan olmuş X3 Doğum şəhadətnaməsində anası olaraq qeyd edilmiş Zülhəccə Əbdülhəmid qızı ilə evin mülkiyyətçilik sənədində qeyd edilmiş X1 eyni şəxs olması tələbinə dair ərizəsinin icraata qəbulundan imtina olunsun. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçi İddiaçı özünə qaytarılsın. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar