Məhkəmə qərarları › İş №e-2(075)-1965/2025

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1965/2025

17.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1965/2025 17.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Cəfərova Şəfəq Natiq qızının sədrliyi ilə İddiaçı cavabdeh Şəki Rayon Qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh Şəki Rayon Qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən tərtib edilmiş iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olmadığı üçün icraata qəbul edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsindən imtina edilərək geri qaytarılmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, “Mütərəqqi Ədliyyə Xidmətləri və Müasir Məhkəmə İnfrastrukturu” Layihəsinin “Elektron Kabinet” ə dair istifadə təlimatının 8.1.1-ci bəndinə əsasən iddia ərizəsi ilə məhkəməyə müraciət ediən zaman şəxs tərəfindən ünvanlanan məhkəmənin adı; müraciətin növü (iddia ərizəsi, məhkəmə əmri haqqında ərizə, kiçik mübahisələr üzrə iddia ərizəsi, kommersiya mübahisələri üzrə iddia ərizəsi, xüsusi icraat üzrə ərizə və inzibati mübahisələr üzrə iddia ərizəsi), kateqoriya və alt kateqoriya (mülkiyyət hüququ ilə əlaqədar mübahisələr, əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr, torpaq mübahisələri və s.) haqqında məlumatlar seçilməlidir. Məhkəmə həmi təlimata əsaslanaraq hesab edir ki, ərizə təlimatda qeyd edilən şərtlərə cavab vermir. Belə ki, elektron ərizədə ərizənin başlığı kimi kiçik mübahisələr üzrə iddia ərizəsi, iddianın növü olaraq iddia icraatı əvəzinə “sadələşdirilmiş icraat” qeyd etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə nail olmaq istəyir ki, bu tələblərə kiçik mübahisələr üzrə iddia ərizəsi çərçivəsində baxılaraq hüquqi qiymət verilə bilməz. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263- 264, 266, 267, 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Şəki Rayon Qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddiaçı qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra müvafiq iddia ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar