Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1967/2024 03.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı oğlunun nümayəndəsi Nümayəndə və iddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı oğlunun cavabdehlər Şəki Regional Cavabdeh1ndə Notariat Ofisi, Şəki rayonu Qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı oğlu cavabdehlər Şəki Regional Cavabdeh1ndə Notariat Ofisi, Şəki rayonu Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 may 1975-ci il tarixdə anadan olmuş X8 atasının 05 dekabr 1955-ci il tarixdə Nuxa şəhərində anadan olmuş İddiaçı oğlu olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onun əsaslandırılmışdır ki, o, 1974-cü ildə X10 ilə qeyri-rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.1975-ci il tarixdə Elşad xx.xx.1977-ci il tarixdə Dilşad adlı övladları olmuşdur. Nikahlarını xx.xx.1981-ci il tarixdə rəsmiləşdirmişlər. O, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək Keçmiş SSRİ Sialahlı Qüvvələrində hərbi xidmətdə olduğu üçün uşağın sənədi alınarkən o, iştirak edə bilməmişdir. Ona görə də ata adı qrafasına onun adı yazılsa da soyadı qrafasına anasının soyadı yazılmışdır. X6 xx.xx.1994-cü il tarixdə Ağdam rayonu Qərvənd kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Ona şəhid və həyat yoldaşı Məkkə Qaffarovaya şəhid ailəsi statusları verilmişdir. Həyat yoldaşı Məkkə Qaffarova xx.xx.2024-cü il tarixdə vəfat etmişdir və o, şəhid ailəsi statusunu əldə etmək üçün zəruri sənədləri toplamağa başlamışdır. Bu zaman Şəki Regional Cavabdeh1ndə notariat ofisindən bildirmişdir ki, onun X12 ilə qohum olmağı faktı təqdim etdiyi sənədlərlə müəyyən edilmir. Bundan sonra bəzi zəruri sənədləri əldə edə bilmək üçün Şəki Regional Cavabdeh1ndə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Oradan verilən xx.xx.2024-cü il tarixli məktubda atalığın müəyyən edilməsinin mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən İddiaçı oğlunun nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı oğlunun nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Şəki Rayon qeydiyyat şöbəsinin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Sübutların tədqiqi: İş materialarında olan: - Şəki şəhəri “Pirimlər” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X12 xx.xx.1975-ci il tarixdə Şəki şəhərində anadan olmuş, xx.xx.1994-cü ildə şəhid olmuşdur. - 07 may 2021-ci il tarixli, AZ-İİ 162965 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 25 aprel 1994-cü il tarixdə vəfat etməsi ölüm haqqında akt qeydləri kitabında 304 nömrə ilə qeyd edilmişdir. - Şəki Regional Cavabdeh1ndə Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli İddiaçı oğluna ünvanlanmış məktubundan görünür ki, atalığın müəyyən edilməsi tələbi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. - 05 iyun 1975-ci il tarixli, İİİ ЖГ 344780 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 25 may 1975-ci il təvəllüdlü X8 anası X10 göstərilmiş, atası isə İddiaçı oğludur. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı oğlu xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək Keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Yaşayış yerini dəyişdiyinə görə xx.xx.1995-ci il tarixdən Rusiya Federasiyasına qeydiyyatdan çıxarılmışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsinin 17 dekabr 2020-ci il tarixli məktubundan görünür ki, X12 N nömrəli hərbi hissənin tərkibində hərbi xidmət keçərkən Ağdam rayonu, Qərvənd kəndi uğrunda şəhid olmuşdur. - Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçinin X4 1994-cü ildə Şəhidlər Xiyabanında dəfn olunmuşdur. - Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, ərizəçinin qonşusudur. Qənbərin yoldaşının adı Məkkə olub. Onların birgə nikahından iki övladları dünyaya gəlib. Elşad qırx gün əsir qalmış, 1994-cü ildə şəhid olmuşdur. - Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, ərizəçinin qonşusudur. Qənbərin yoldaşının adı Məkkə olub. Onların birgə nikahından iki övladı: bir qızı və bir oğlu dünyaya gəlib. X10 bu yaxınlarda vəfat etmişdir. X12 1994-cü ildə Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Dəfnində iştirak etmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. 45.1-ci madəsinin tələblərinə görə uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və uşağın atasının ərizəsi olmadıqda atalıq məhkəmə qaydasında müəyyən olunur. 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 46.3-cü maddəsində uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. 47.2-ci maddəsinə əsasən bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Mülki Prosessual Məcəllənin: 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktınyəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Həmin qərarın 11.3-cü bəndində qeyd edilmişdir ki, ölən şəxsin özünü uşağın atası hesab etməsini təsdiq edən sübutlara şahid ifadələri, yazılı və maddi sübutlar, həmin şəxsin uşağın anası ilə bir evdə yaşaması, uşağın tərbiyəsində iştirak etməsi, yazılı məktubları, həmçinin uşağın bağçaya, məktəbə qəbul edilməsinə dair məktəb rəhbərliyinin adına yazdığı ərizələr və sair ola bilər. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin və vəkilinin izahatı, şahidlərin ifadəsi və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, iddiaçı 1974-cü ildə X10 ilə qeyri-rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.1975-ci il tarixdə Elşad xx.xx.1977-ci il tarixdə Dilşad adlı övladları olmuşdur. Nikahlarını xx.xx.1981-ci il tarixdə rəsmiləşdirmişlər. O, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək Keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olduğu üçün uşağın sənədi alınarkən o iştirak edə bilməmişdir. Ona görə də ata adı qrafasına onun adı yazılsa da soyadı qrafasına anasının soyadı yazılmışdır. X4 xx.xx.1994-cü il tarixdə Ağdam rayonu Qərvənd kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Ona şəhid və həyat yoldaşı Məkkə Qaffarovaya şəhid ailəsi statusları verilmişdir. Həyat yoldaşı Məkkə Qaffarova xx.xx.2024-cü il tarixdə vəfat etmişdir və o, şəhid ailəsi statusunu əldə etmək üçün zəruri sənədləri toplamağa başlamışdır.. Buna görə də hazırki tələb ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının X8 atası olması iş materiallarında olan sənədlər, şahid ifadələrindən, inzibati dairəsi üzrə nümayəndəliyin arayışlarından müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin edilməli, 25 may 1975-ci il tarixdə anadan olmuş X8 atasının 05 dekabr 1955-ci il tarixdə Nuxa şəhərində anadan olmuş İddiaçı oğlu olması hüquqi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 25 may 1975-ci il tarixdə anadan olmuş X8 atasının 05 dekabr 1955-ci il tarixdə Nuxa şəhərində anadan olmuş İddiaçı oğlu olması hüquqi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-1967/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1967/2024
03.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver