Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-20/2024 23.04.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz zəbt edilmiş torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə iddiaçıya mərhum valideynləri xx.xx.1993-cü il tarixində vəfat etmiş, X2 və xx.xx.2003-cü il tarixində vəfat etmiş X1 miras qalmış, ünvan 1 ünvanında yerləşən, tikilialtı 167,3 kv.m, həyətyanı torpaq sahəsi 434,4 kv.m, ümumi sahəsi 601,4 kv.m olan fərdi yaşayış evinə aid torpaq sahəsindən zəbt edərək, özünə məxsus torpaq sahəsinə qatdığı hissəsini qaytarması, qeyd edilən torpaq sahəsinin, texniki passportdakı sxemi ilə bölünməsinə uyğun, qonşu arası xəttin müəyyənləşdirilərək, cavabdehin hesabına bərpa edilməsi, iş üzrə ödənilmiş 100 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 17 noyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuş, iş üzrə məhkəmə hazırlıq iclasları 16 dekabr 2022-ci il və 13 yanvar 2023-cü il tarixlərdə keçirilmiş, 13 yanvar 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, iş üzrə icraat dayandırılmışdır. Ekspert vəsatəti 15 mart 2024-cü il tarixdə məhkəməyə daxil olmuş, Şəki Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli, 2(075)-20/2024 saylı qərardadı ilə iş üzrə icraat təzələnmiş, mülki işin məhkəmə hazırlıq iclası bu günə, yəni 23 aprel 2024-cü il tarixə saat 11:20-ə təyin olunmuşdur. Lakin 23 aprel 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək hazırki iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. İddiaçı ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli, 12 saylı Qərarının 5-ci bəndində göstərilmişdir ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” İddiaçı iddia ərizəsi ilə bağlı ödəmiş olduğu 50 manat rüsum onun özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1 və 170.3-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı “qanunsuz zəbt edilmiş torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı iddia ərizəsi ilə bağlı ödəmiş olduqları 50 manat dövlət rüsumu büdcəsindən onun özünə qaytarılsın. İddiaçı yenidən məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-20/2024
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-20/2024
23.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver