Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-2039/2023 30.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(107)-2594 saylı və Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)-1555/2019 saylı icra sənədlərinin qaytarılması haqqında Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 icra sənədinin qaytarılması haqqında 01 avqust 2022-ci il tarixli qərarından X6 nümayəndəsi (vəkili) İddiaçı verdiyi şikayətə və ona əlavə olunmuş sənədləri araşdıraraq, Müəyyənetdim: X2 nümayəndəsi (vəkili) İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu şəxs X1 qədər maddi imkanın və daimi gəlirinin olması faktını, borclunun məhkəməyə ərizə təqdim edərək ayda 1000 manat olmaqla hissə-hissə ödəniş etməsinə barədə qərardad çıxaılmasına dair ərizəsinin olmasını, ailə üzvü kimi arvadının adına daşınmaz və ya daşınar əşya olub-olmaması faktının araşdırılmadan icra sənədinin geri qaytarılmasının əsassız olması faktlarını nəzərə alaraq həmin faktları əsas götürüb tələbkar kimi Safarov Qadimin (X8) 4 ildir pozulmuş hüququnun bərpa edilməsi üçün qanuni qüvvəsini almış və dövlətin adından çıxarılmış məhkəmə qətnaməsinin icrasının təmin edilməsi məqsədi ilə həmin mülki iş üzrə icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Lakin ərizəyə və ona əlavə olunmuş sənədlərə baxaraq, hesab edirəm ki, hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə hazırki iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. İş materiallarından görünür ki, X2 nümayəndəsi (vəkili) İddiaçı şikayət ərizəsində borclu şəxs X1 qədər maddi imkanın və daimi gəlirinin olması faktını, borclunun məhkəməyə ərizə təqdim edərək ayda 1000 manat olmaqla hissə-hissə ödəniş etməsinə barədə qərardad çıxaılmasına dair ərizəsinin olmasını, ailə üzvü kimi arvadının adına daşınmaz və ya daşınar əşya olub-olmaması faktının araşdırılmadan icra sənədinin geri qaytarılmasının əsassız olması faktlarını nəzərə alaraq həmin faktları əsas götürüb tələbkar kimi Safarov Qadimin (X8) 4 ildir pozulmuş hüququnun bərpa edilməsi üçün qanuni qüvvəsini almış və dövlətin adından çıxarılmış məhkəmə qətnaməsinin icrasının təmin edilməsi məqsədi ilə həmin mülki iş üzrə icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbinə əsasən icra sənədinin məhkəməyə qaytarılması haqqında qərardan şikayət Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə iddia icraatı qaydasında deyil, məhkəmə qətnamələrinin icrasından şikayət qaydasında şikayət verilir. İcra haqqında Azərbaycan Respublikası Qanunda icra sənədinin məhkəməyə qaytarılması haqqında qərardan hansı şəxslərin hansı yerin məhkəməsinə, hansı qaydada və müddətdə şikayət verilməsi təsbit edilmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.1.4-cü maddəsinə əsasən tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən, icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Həmin Qanunun 23.7-ci maddəsinə əsasən İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Göründüyü kimi, qanunun tələbinə görə icra sənədinin məhkəməyə qaytarılması haqqında qərardan şikayətə iddia ərizəsi formasında mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə şikayətlərə məhkəmə qətnamələrinin icrasından şikayət qaydasında qaydasında baxılır. Yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, X2 nümayəndəsi (vəkili) İddiaçı borclu şəxs X1 qədər maddi imkanın və daimi gəlirinin olması faktını, borclunun məhkəməyə ərizə təqdim edərək ayda 1000 manat olmaqla hissə-hissə ödəniş etməsinə barədə qərardad çıxarılmasına dair ərizəsinin olmasını, ailə üzvü kimi arvadının adına daşınmaz və ya daşınar əşya olub-olmaması faktının araşdırılmadan icra sənədinin geri qaytarılmasının əsassız olması faktlarını nəzərə alaraq həmin faktları əsas götürüb tələbkar kimi Safarov Qadimin (X8) 4 ildir pozulmuş hüququnun bərpa edilməsi üçün qanuni qüvvəsini almış və dövlətin adından çıxarılmış məhkəmə qətnaməsinin icrasının təmin edilməsi məqsədi ilə həmin mülki iş üzrə icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərar çıxarılması tələbinə dair iddia ərizəsinin mülki məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməli, X2 nümayəndəsi (vəkili) İddiaçı icra sənədinin məhkəməyə qaytarılması haqqında qərardan şikayət ərizəsi ilə məhkəmə qətnamələrinin icrası qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263-264 və 266-268-ci maddələrini rəhbər tutub, Qəraraaldım: X2 nümayəndəsi (vəkili) İddiaçı borclu şəxs X1 qədər maddi imkanın və daimi gəlirinin olması faktını, borclunun məhkəməyə ərizə təqdim edərək ayda 1000 manat olmaqla hissə-hissə ödəniş etməsinə barədə qərardad çıxarılmasına dair ərizəsinin olmasını, ailə üzvü kimi arvadının adına daşınmaz və ya daşınar əşya olub-olmaması faktının araşdırılmadan icra sənədinin geri qaytarılmasının əsassız olması faktlarını nəzərə alaraq həmin faktları əsas götürüb tələbkar kimi Safarov Qadimin (X8) 4 ildir pozulmuş hüququnun bərpa edilməsi üçün qanuni qüvvəsini almış və dövlətin adından çıxarılmış məhkəmə qətnaməsinin icrasının təmin edilməsi məqsədi ilə həmin mülki iş üzrə icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərar çıxarılması tələbinə dair iddia ərizəsinin mülki məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. X2 nümayəndəsi (vəkili) İddiaçı icra sənədinin məhkəməyə qaytarılması haqqında qərardan şikayət ərizəsi ilə məhkəmə qətnamələrinin icrası qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-2039/2023
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-2039/2023
30.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver